Qələbəmiz şəksizdir
07.10.2013 [09:54]
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “www.yap.org.az” saytına müsahibə verib:
Vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti olduqca yüksək dəyərləndirirlər
- Əli müəllim, Azərbaycan mühüm tarixi hadisə ərəfəsindədir. Təbliğat-təşviqat kampaniyası yekunlaşmaq üzrədir. Bütövlükdə, 2013-cü ili necə qiymətləndirirsiniz?
- Şübhəsiz, 2013-cü il ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələrlə yadda qalmaqdadır. Ümumilikdə, cari ilin xarakteristikasını vermək istəsək, ilk növbədə, bu dönəmi 2 mühüm hissəyə bölmək lazımdır. Birincisi, Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, digəri isə seçki prosesi və prezident seçkiləri kampaniyasının gedişi ilə əlaqədardır.
Birinci istiqamətlə əlaqədar olaraq qeyd etmək olar ki, Azərbaycan iqtisadiyyatı cari ildə də öz dinamik inkişafını davam etdirib. Ölkə iqtisadiyyatının sürətli inkişafı iqtisadi göstəricilərin artmasında, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasında ifadə olunub. Bundan başqa, çoxlu sayda yeni istehsal müəssisələri yaradılıb ki, bütün bunlar da məşğulluq səviyyəsinin artmasına ciddi surətdə təsir göstərib. Qeyd edim ki, yaradılmış yeni iş yerləri, müəssisələr müasir istehsal sahələrini ehtiva edir ki, bu da Azərbaycan iqtisadiyyatının daha da modernləşməsinə xidmət edir. Digər sahə və sektorlarda da dinamik inkişaf prosesi davam etməkdədir. Hesab edirəm ki, cari il Azərbaycanın inkişafı baxımından yeni mərhələ kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, 2013-cü ilin xarakteristikasının çox mühüm tərkib hissələrindən biri də seçki kampaniyasıdır. Bu proses, ilk növbədə, Azərbaycan vətəndaşları tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 5 ildə görülən işlərə qiymət vermək imkanı yaradır. Əminliklə söyləmək olar ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti olduqca yüksək dəyərləndirirlər. Onu da qeyd etmək lazımdır ki, ötən illərin təcrübəsinə və tərəqqinin nəticələrinə istinad edən vətəndaşlar növbəti dönəmdə də son 5 ilin inkişafına səbəb olmuş konsepsiya və siyasətin davam etdirilməsini istəyirlər. Bütovlükdə, seçki kampaniyası belə bir ab-havanın fonunda keçir. Onu da qeyd edim ki, seçkiöncəsi mühit olduqca stabildir, həmçinin, Azərbaycan növbəti prezident seçkilərinə də təkmil Seçki Məcəlləsi və zəngin qanunvericilik bazası ilə gedir, eləcə də siyasi sistemin demokratiklik səviyyəsi olduqca yüksək şəkildə təmin olunub.
Azərbaycan vətəndaşları YAP-ın seçki kampaniyasına diqqətlə və həssaslıqla yanaşırlar
- Artıq təbliğat-təşviqat kampaniyası demək olar ki, geridə qalıb. Bu dövrdə Yeni Azərbaycan Partiyası ölkə miqyasında çoxsaylı mitinq-görüşlər keçirib, bütövlükdə, seçicilərlə aktiv təmaslar yaradılıb. Ümumiyyətlə, YAP-ın kampaniya çərçivəsindəki fəaliyyətini necə qiymətləndirmək olar?
- Təbliğat-təşviqat kampaniyası artıq başa çatmaq üzrədir. Bütövlükdə, hesab edirəm ki, kampaniya fəallıq şəraitində, o cümlədən seçicilərin yüksək diqqəti fonunda davam edir. Onu da qeyd etməliyəm ki, bu dəyərləndirməni seçki kampaniyasında iştirak edən bütün siyasi partiyalara və namizədlərə şamil etmək olmaz.
İlk növbədə, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasında böyük fəallıq müşahidə edilib. YAP-ın seçki kampaniyası zamanı bu günə qədər Azərbaycanın bütün bölgələrini əhatə edən 2 minə qədər görüş keçirilib. Görüşlərdə 2 milyona yaxın seçici iştirak edib. Bütövlükdə, partiyamızın seçki kampaniyası çoxşaxəli olmaq etibarilə ölkəmizin hər bir bölgəsini, hər bir yaşayış məntəqəsini əhatə edir. Bu prosesdə cəmiyyətin bütün təbəqələrindən olan insanlar - ziyalılar, ayrı-ayrı sahələrdə mühüm uğurlara imza atmış şəxslər, elm xadimləri, millət vəkilləri və s. iştirak edirlər.
Ola bilsin ki, hansısa siyasi partiyalar və ya namizədlər öz təbliğatlarını lazımi səviyyədə qura bilməyiblər, yaxud seçki kampaniyasına ciddi hazırlaşmayıblar. O səbəbdən onların seçki kampaniyası olduqca sönük və passiv görünür. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının keçirdiyi görüşlərin əhatə dairəsini, oradakı seçici sayını bununla müqayisə etdikdə böyük bir fərq ortaya çıxır. Bu da ondan irəli gəlir ki, əvvəla, Yeni Azərbaycan Partiyası seçki kampaniyasına kifayət qədər ciddi hazırlaşıb, məhz bunun sayəsində fəal seçki kampaniyası aparılır, digər tərəfdən, Azərbaycan vətəndaşları YAP-ın seçki kampaniyasına çox diqqətlə və həssaslıqla yanaşırlar. Bunun əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə edilən uğurlar və gələcəkdə Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcəyinə olan inam dayanır.
10 il dövlət başçısı vəzifəsini yerinə yetirən bir Şəxsin prezident seçkiləri ərəfəsində belə bir yüksək reytinqə sahib olması unikal hadisə sayıla bilər
- Seçki kampaniyası ərəfəsində keçirilən bütün rəy sorğularında Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə üstünlüyü qeydə alınmaqdadır. Buna münasibətiniz necədir?
- Seçki kampaniyası ərəfəsində keçirilən və nəticələrində Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə üstünlüyünün qeydə alındığı rəy sorğularının obyektivliyi şübhəsizdir. Cəmiyyət nümayəndəsi olaraq asanlıqla belə bir nəticəyə gələ bilərik ki, bu sorğular insanların siyasi əhval-ruhiyyəsi və ovqatını dəqiqliklə əks etdirir. Sorğulardan da göründüyü kimi, cənab İlham Əliyev cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, insanlar qarşıdan gələn seçkilərdə dövlət başçısına səs vermək niyyətində olduqlarını bildirirlər.
Hesab edirəm ki, Azərbaycan vətəndaşları nəinki Azərbaycanın, bütövlükdə, hər bir kəsin həyatındakı dəyişiklikləri müsbət qiymətləndirirlər. Daxildəki inkişafa paralel olaraq, ölkənin beynəlxalq nüfuzu artıb, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib, ölkəmizin iqtisadiyyatı bölgə iqtisadiyyatının, demək olar ki, 85 faizinə bərabərdir. Bütün bunlar prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin ictimai reytinqinin formalaşmasına təsir göstərib. Eyni zamanda, gələcəklə bağlı gözləntilər də İlham Əliyevin müsbət reytinqini formalaşdıran amillərdəndir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, 10 il dövlət başçısı vəzifəsini yerinə yetirən bir şəxsin prezident seçkiləri ərəfəsində belə bir yüksək reytinqə sahib olması unikal hadisə sayıla bilər. Bu unikallığın da səbəbi, qeyd etdiyim kimi, Azərbaycanın son 10 ildəki möhtəşəm inkişafı ilə bağlıdır.
Təbiidir ki, seçki kampaniyası dövründə və seçkilər ərəfəsində cənab İlham Əliyevə rəqib ola biləcək namizədin olmaması namizədlərin reytinq göstəricilərinin bir-birindən xeyli fərqlənməsinə səbəb olur. Obyektiv şəkildə dəyərləndirsək, prezidentliyə namizədlər arasında İlham Əliyevlə nəinki müqayisə oluna biləcək, hətta müqayisəyə yaxın gələ biləcək elementlər mövcud deyil. Belə olan halda, təbii ki, insanlar öz rəylərini bildirərkən bu qədər fərq ortaya çıxır. Bunu obyektiv reallığın nəticəsi, Prezident İlham Əliyevin vətəndaşlar tərəfindən yüksək səviyyədə dəstəklənməsinin ifadəsi hesab edirəm, Yeni Azərbaycan Partiyasının nümayəndəsi olaraq bunu gələcək möhtəşəm qələbəmizin əlaməti kimi dəyərləndirirəm.
YAP-ın seçkilər dövründə müşahidə aparan beynəlxalq təşkilatlardan gözləntisi onların ədalətli, qərəzsiz, hər hansı sifarişə və konyukturaya uyğun olmayan qiymətləndirmə aparmasıdır
- Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı beynəlxalq təşkilatların hazırladıqları hesabatları, o cümlədən ATƏT-in DTİHB-nin ikinci aralıq hesabatını necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası olaraq, biz Azərbaycanda keçirilən seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən dəyərləndirilməsi ilə əlaqədar mövqelərimizdə bir sıra narahatlıq doğuran məqamları qeyd etmişik. Eyni zamanda, qeyd etməliyəm ki, beynəlxalq müşahidəçilərin özləri də yekcins deyillər. Bütövlükdə, Azərbaycanda keçirilən seçki kampaniyasını bir çox təşkilatları təmsil edən beynəlxalq müşahidəçilər izləyirlər. Maraqlı mənzərə ondan ibarətdir ki, Azərbaycanda müşahidə aparan müşahidəçilərin seçkilərlə bağlı dəyərləndirmələrində fərqli məqamlar ortaya çıxır. Bu, ondan xəbər verir ki, görünür, Azərbaycanda müşahidə missiyasını həyata keçirən bəzi təşkilatların təmsilçiləri proseslərin obyektiv dəyərləndirilməsindən daha çox, öz istəklərini ortaya qoymağa meyilli olurlar. Buna misal olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatları tərəfimizdən qeyri-obyektiv məqamları özündə əks etdirən hesabatlar kimi qiymətləndirilib və bunun üçün əlimizdə çox ciddi əsaslar olub. Qurumun bu yaxınlarda açıqladığı ikinci aralıq hesabat da bu baxımdan istisna deyil, belə ki, orada bir sıra dəqiq olmayan, bəzi hallarda qərəzli adlandırıla biləcək məqamlar var. Onlar YAP-ın möhtəşəm seçki kampaniyasını müşahidə edirlər. YAP-ın hansı bölgədə seçkilərlə əlaqədar təbliğat kampaniyası həyata keçirilirsə, ATƏT-in DTİHB-nin təmsilçiləri mütləq şəkildə orada iştirak edirlər. Bu, olduqca normal haldır, çünki müşahidəçilərin seçki kampaniyasının aparıldığı tədbirləri izləməsi təbiidir. Lakin qurumun ikinci aralıq hesabatında YAP-ın təşviqat tədbirlərində vətəndaşların məkana məcburi gətirilməsi iddiasının əksini tapması həqiqətdən uzaqdır. Məsələ ondadır ki, hesabatda, sadəcə olaraq, ümumi şəkildə üç yerdə belə halın baş verdiyi qeyd olunur, lakin bu halların konkret harada baş verməsi barədə heç bir məlumat yoxdur. Əgər belə hallarla bağlı dəqiq məlumatlar, faktlar irəli sürülsə idi, o zaman biz Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi bu məsələyə aydınlıq gətirərdik və bunların doğru, yaxud yalan olmasını araşdırardıq. İndiki halda isə heç bir əsas olmadan hesabatda belə bir iddianın ortaya qoyulmasını qeyri-obyektivlik, hətta qərəzlilik hesab etmək olar.
YAP-ın seçkilər dövründə müşahidə aparan beynəlxalq təşkilatlardan gözləntisi onların ədalətli, qərəzsiz, hər hansı sifarişə və konyukturaya uyğun olmayan qiymətləndirmə aparmasıdır. Hakimiyyətdə olan partiyanın nümayəndəsi kimi qeyd edə bilərəm ki, hazırkı iqtidar ölkədə ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsinə hamıdan çox maraq göstərir. Namizədinin reytinqinin həddən artıq yüksək olması fonunda YAP-ın administrativ resurslardan istifadə etməyə ehtiyacı yoxdur. Belə bir yüksək reytinq fonunda Yeni Azərbaycan Partiyasının başlıca məqsədi ondan ibarətdir ki, seçkilər tam demokratik, qanunların bütün tələblərinin qorunması şəraitində keçirilsin. Çünki biz inanırıq ki, qələbəmiz şəksizdir, bu qədər yüksək reytinqi olan cənab İlham Əliyevin qələbə qazanacağını əminliklə söyləyə bilərik. Belə olan halda, seçkilərin ədalətli və şəffaf keçirilməsində ən çox maraqlı olan elə hazırki iqtidardır.
Növbəti 5 illə bağlı Prezident İlham Əliyevin proqramı xalqa xidmət etmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, xalqın mənafeyinə cavab verən işləri həyata keçirməkdən ibarətdir
- 9 oktyabr seçkilərindən sonra Azərbaycanı növbəti 5 ildə nələr gözləyir?
- Prezident İlham Əliyevin seçki proqramı elan edilib. Təbii ki, 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar və siyasət böyük uğurlara gətirib çıxarıbsa, deməli, növbəti 5 il ərzində də bu siyasət əsas parametrləri ilə davam etdiriləcəkdir. Bütövlükdə, “İlhamla irəli” konsepsiyasının seçki şüarı kimi seçilməsi də elə bu məqsədə xidmət edir ki, növbəti 5 ildə də islahatlar davam etdirilsin. Yəni, bundan sonra da Azərbaycanın müsbət mənada, inkişaf əsasında, tərəqqi zəminində dəyişdirilməsi prosesi davam etdiriləcəkdir. Bu, Azərbaycanın bir tərəfdən iqtisadi qüdrətinin artırılmasında ifadə olunacaq, digər tərəfdən, iqtisadi inkişaf zəminində Azərbaycanda sosial rifah səviyyəsinin daha da yüksəldilməsi ilə müşayiət olunacaq. Eyni zamanda, təbiidir ki, dövlətin gücünün, qüdrətin artırılması və digər göstəricilər üzrə Azərbaycanın daha da müasirləşməsi, modernləşdirilməsi xətti davam etdiriləcəkdir.
Hesab edirəm ki, növbəti 5 il ötən illər ərzində əldə olunan uğurların davam etdirilməsi, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə uğurla təmsil olunmasında yeni bir mərhələ olacaqdır. Növbəti 5 illə bağlı Prezident İlham Əliyevin proqramı xalqa xidmət etmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, xalqın mənafeyinə cavab verən işləri həyata keçirməkdən ibarətdir. Bu hədəflər qarşıdakı 5 ildə Prezident İlham Əliyevin fəaliyyətində və gördüyü işlərdə öz əksini tapacaqdır.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

