Prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi bütövlükdə Azərbaycan xalqının qələbəsidir
18.10.2013 [09:19]
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, Mərkəzi Seçki Komissiyası (MSK) 9 oktyabrda keçirilmiş prezident seçkilərinə dair yekun protokolu təsdiq etdi. Ümumilikdə, seçkilərdən keçən günlər ərzində baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Qeyd etdiyiniz kimi, Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmən elan edildi. MSK-nın qərarında da seçkinin nəticələri ilə bağlı rəqəmlər açıq ifadə olunub. Qurumun iclasında Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək komissiya üzvləri tərəfindən imzalanıb. Protokolun təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb. Qəbul olunmuş qərar bir daha göstərdi ki, bu seçkilərdə Azərbaycan vətəndaşlarının fəallığı daha yüksək səviyyədə olub və Prezidentimiz cənab İlham Əliyev seçicilərin böyük dəstəyi ilə yenidən növbəti 5 il üçün dövlətimizin başçısı seçilib. Konstitusiya Məhkəməsinin müvafiq qərarından sonra Prezidentin andiçmə mərasimi keçiriləcək və beləliklə də, Prezident İlham Əliyev növbəti 5 il üçün səlahiyyətlərini uğurla davam etdirəcək.
Bütövlükdə, Azərbaycanda keçirilmiş seçkilər haqqında ümumiləşmiş qaydada nələri demək olar? Bu sırada seçkilərin yüksək fəallıq şəraitində keçirilməsini, Azərbaycan vətəndaşlarının öz siyasi iradəsini azad və demokratik şəraitdə ifadə etməsini, seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini qeyd edə bilərik. Eyni zamanda, bu seçkilərdə Azərbaycan vətəndaşlarının mövqeyi bir daha onu bariz şəkildə nümayiş etdirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə müdafiə olunur. Burada xalqla hakimiyyətin vəhdəti özünü açıq şəkildə göstərir. Seçkilərin keçirildiyi gün axşam ilkin nəticələr elan edildikdən sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Həmin tarixi müraciətində Prezidentimiz bu seçkilər, onun əhəmiyyəti, bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət, qarşımızda duran vəzifələr barədə çox dəyərli fikirlər söylədi. Bizim qarşımızda xalq olaraq həqiqətən də çox böyük vəzifələr dayanır. Bu vəzifələri həyata keçirmək üçün ölkəmizdə dünya siyasətini daha dolğun, daha praqmatik qəbul edərək onu Azərbaycanın maraqlarına uyğunlaşdırmağa layiq liderin olması vacibdir. Belə bir lider cənab İlham Əliyevdir və xalq da bunu daha aydın şəkildə gördüyündən bu seçkilərdə Ona böyük dəstək verdi.
Digər bir keyfiyyət isə dövlət başçısının qətiyyətli olmasıdır. Prezident İlham Əliyev 10 illik rəhbərliyi dövründə çox ciddi addımlar atıb və atdığı bu addımlarda həmişə milli maraqlarımızı öndə tutub. Prezident İlham Əliyev hansısa böyük dövlətin, beynəlxalq təşkilatın təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib. Prezidentimiz qərar qəbul edərkən bir prinsip Onun üçün önəmli olub, bu da Azərbaycanın milli və dövlət maraqlarıdır. Dəfələrlə Prezident İlham Əliyev ən yüksək səviyyələrdə belə, Azərbaycana hansısa təzyiqlər olduqda qətiyyətli şəkildə öz mövqeyini nümayiş etdirib. Buna çoxlu misallar gətirmək olar. Amma xalqımız bunların hamısını görüb. Ona görə də, 9 oktyabr prezident seçkilərinin nəticələri tamamilə gözlənilən, məntiqli və siyasi zərurətdən doğan bir nəticədir. Bu nəticə xalqımızın maraqlarına uyğun nəticədir və burada siyasi hakimiyyətin müəyyən etdiyi xəttin davamlı olması, Ulu öndər Heydər Əliyevdən başlamış böyük siyasətin davam etməsi hər bir azərbaycanlının marağındadır. Ona görə də, bu seçkilərin nəticələri faktiki olaraq milli maraqlarımızın göstəricisidir.
- Seçkilərin nəticələri ilə bağlı beynəlxalq təşkilatların rəylərinə münasibətiniz necədir?
- Əvvəla qeyd edim ki, hər bir ölkədə seçki və onun keçirilməsi, nəticələri həmin ölkənin xalqına mənsubdur. Beynəlxalq aləmdə qəbul olunmuş qaydalar, normalar, beynəlxalq sənədlər mövcuddur. Azərbaycan da beynəlxalq qurumların, o cümlədən, BMT-nin, Avropa Şurasının, ATƏT-in, İƏT-in və s. təşkilatların üzvüdür. Ölkəmiz hansı təşkilatın üzvüdürsə, orada üzərimizə götürdüyümüz öhdəlikləri ardıcıl olaraq həyata keçiririk. Seçkilərin gedişatını 1400-ə qədər xarici müşahidəçi izləyib. O cümlədən, 50 minə qədər yerli müşahidəçi prosesi izləyib. YAP da çoxsaylı müşahidə prosesini həyata keçirib. Bu seçkilərə əsas qiyməti xalq bildirir və Azərbaycan xalqının da münasibəti aydındır. Bu, səsvermədə özünü göstərib. Ona görə də, xarici təşkilatların verdiyi tövsiyələr, qərarlar Azərbaycan üçün hökm deyil. Seçkiləri müşahidə edən bütün xarici qurumların müsbət rəy verdiyi təqdirdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələrinin bir qisminin bu seçkilər haqqında söylədikləri mənfi fikirlər özünü doğrultmur. ATƏT/DTİHB-nin müşahidə missiyasının üzvlərində biz yekdil bir fikir görmədik. Həm seçkilərin nəticələrinə dair ilkin rəylə bağlı keçirilən mətbuat konfransında, həm də sonrakı proseslərdə biz fərqli fikirləri müşahidə etdik. Hətta qurumun bəzi üzvləri ayrıca bəyanatlar verərək, müşahidə missiyası adından deyilən tənqidlərlə razı olmadıqlarını bildirdilər və seçkilərin azad, demokratik qaydada keçirildiyini xüsusi qeyd etdilər.
Bu günlərdə Avropa Şurası ilə Avropa Parlamentinin birgə bəyanatı elan olundu. Həmin bəyanatda da ATƏT/DTİHB-nin müşahidə missiyasının verdiyi açıqlamalar tənqid olundu. Birmənalı göstərildi ki, ATƏT-in bu qurumu özünü doğrultmur və seçkilərin nəticələri ilə bağlı subyektivliyə yol verilir. Subyektiv fikirlər də sonradan haqlı narazılığa gətirib çıxarır. ATƏT PA-nın payız sessiyasında da bu barədə müzakirələr olub. Verilən açıqlamalar göstərdi ki, fikirlər üst-üstə düşməyib. Ona görə də, ATƏT-in bu qurumunun yaydığı açıqlamaların üzərində dayanmağa bəlkə də ehtiyac yoxdur. Amma təəssüf ki, bəzi dövlətlərin nümayəndələri, o cümlədən, ABŞ nümayəndələri bu qurumun qeyri-obyektiv rəyi əsasında Azərbaycandakı prezident seçkilərinə münasibət formalaşdırırlar. Əgər hər hansı ölkə, məsələn, ABŞ özü müşahidə aparmayıbsa, hansısa müşahidə aparan qrupun rəyinə istinad edərək fikir söyləyirsə, Avropa Şurasının, Avropa Parlamentinin və başqalarının müşahidə missiyası daha mötəbərli deyilmi? Nə üçün yalnız ATƏT/DTİHB-nin rəyinə istinad olunur? Əlbəttə, bu yolverilməzdir və Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı öz etirazını bildirib. Fikrimcə, qurum yekun rəyində bu məsələləri mütləq nəzərə alacaq və qeyri-obyektivlikdən geri çəkiləcək. Çünki biz haqlıyıq və Azərbaycan xalqının seçiminə bu cür yanaşmaq yolverilən deyil.
- Müxalifətin radikal qanadı da prezident seçkilərinin nəticələrini tanımadığını iddia edir. Sizcə, onların belə bir iddiasına əsas varmı?
- Azərbaycanda müxalifətin radikal qanadı bu seçkilərdə tam iflasa uğradı. Çünki Azərbaycan cəmiyyəti bu radikalizmi rədd edir. Radikalların hay-küy qaldırmalarına baxmayaraq, reallıq göz önündədir. Radikalların namizədi olan Cəmil Həsənlinin təbliğat kampaniyasının nə qədər uğursuz olduğu aydın göründü. Əslində, teledebatlarda onun dedikləri yalanları radikalların bəzi nümayəndələri çoxdan deyirdi. Hamı şahidi oldu ki, radikal müxalifətin namizədi olaraq C.Həsənli Azərbaycanda görüləcək işlər, iqtisadi məsələlər, xarici siyasət, qarşıda duran vəzifələr və onun həlli yolları barədə hansısa proqram ortaya qoymadı. Yəni, köhnəlmiş tezisləri təkrar dövriyəyə buraxmağa cəhd edilirdi. Ona görə də, ictimai rəy bu çıxışlara heç bir reaksiya vermirdi.
Radikallar seçki dövründə bir neçə dəfə mitinq keçirməyə cəhd göstərdi. Əslində, bu mitinq deyildi, çünki az sayda insan həmin tədbirlərə gələrək hay-küy qaldırırdılar. Bu aksiyadakıların sayı o qədər az idi ki, seçicilərin sayı ilə müqayisədə o qədər aşağı idi ki, seçkilərin nəticələrinə hər hansı təsiri ola bilməzdi. Ona görə də, onların seçki kampaniyası dövründə uğursuzluğu seçkidən sonra da davam etdi.
Radikallar öz məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. İddia edirdilər ki, guya “Milli şura”nın namizədinə çoxlu səs verilib. Amma faktlar araşdırıldı və məlum oldu ki, onların dediyi pozuntular olmayıb. Əgər qanun pozuntusu olan yerlər varsa da, həmin pozuntuların çoxunu da “Milli şura”nın nümayəndələri edib. Bu seçkiyə “Milli şura” deyilən qurumun kölgə salmaq cəhdi iflasa uğradı. Cəmiyyətdə hər hansı reaksiya olmadı, onların özləri deyib, özləri də eşitdilər. Seçkidən sonrakı mitinq də fiaskoya uğradı. Əgər bunu mitinq hesab edirlərsə, ona mən bilmirəm ki, əsl mitinq necə olur.
Bütün bunlar bir daha göstərdi ki, radikalların cəmiyyətdə heç bir dəstəyi yoxdur. Hesab edirəm ki, Azərbaycanda bu seçkilər cənab İlham Əliyevin lider, şəxsiyyət olaraq qələbəsidir və bu qələbə Azərbaycan xalqının qələbəsidir. Xalqımız Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir və biz növbəti 5 ildə də Prezidentimizin rəhbərliyi ilə ölkəmizin inkişafının şahidi olacağıq.
- Mübariz müəllim, bu gün 18 oktyabr tarixi Azərbaycanda müstəqillik günü kimi qeyd olunur. Müstəqilliyimizin bərpa olunduğu 22 ili qısaca necə təhlil edərdiniz?
- Bu gün müstəqilliyimizin 22-ci ildönümünü qeyd edirik. Bu çox tarixi bir hadisədir. Xalqımız 1991-ci ildə dövlətimizin müstəqilliyini bərpa etdi. Müstəqilliyimizi bərpa etdikdən sonra qarşımızda çox ciddi vəzifələr dayanırdı. Birincisi, müstəqil dövlət quruculuğu, ikincisi, bu dövlətin iqtisadi sisteminin yaradılması, üçünçüsü, onun hüquqi sisteminin yaradılması, dördüncüsü, Ermənistanın davam edən hərbi təcavüzünün qarşısı alınaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, beşincisi, Azərbaycan xalqının milli-psixoloji durumunun yeni dövrə uyğun şəkildə təmin edərək elmimizi, mədəniyyətimizi, təhsilimizi inkişaf etdirmək, müasir Azərbaycan quruculuğunu həyata keçirməkdən ibarət idi.
Əlbəttə, bu siyasəti reallaşdırmaq çox ciddi addımlar atılmasını tələb edirdi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan dairələr bu siyasəti həyata keçirə bilmədilər. Hətta ölkəni ağır vəziyyətdə qoyub hakimiyyətdən uzaqlaşdılar. O dövrdə Azərbaycan xalqının ümidi olan Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi böyük fəlakətlərdən xilas etməklə onun qarşısında duran vəzifələrin həlli üçün əlverişli perspektivlər yaratdı. Bu tariximiz hamımızın gözü önündə baş verib. Və bu tarixi kitablardan oxuyan gənc nəsil də hadisələri gözəl başa düşür. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində müstəqilliyimizi təmin etdik. Bu təminat altında bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti davam edir. Gənc müstəqil dövlət olmağımıza baxmayaraq biz BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkəyə çevrildik, bütün sahələr üzrə böyük nailiyyətlər əldə etdik. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını dəfələrlə üstələyir. Bu müstəqillik illərində, son 10 ildə Prezident İlham Əliyevin siyasəti ilə Azərbaycanda yoxsulluğu olduqca aşağı səviyyəyə saldıq, bölgədə Azərbaycanı lider dövlətə çevirdik, ən güclü orduya malik olduq və bütün bu uğurlarımız bundan sonra da davam edəcək. Azərbaycanın iqtisadiyyatı bu gün Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir. Və ölkəmiz bölgənin ən güclü dövlətidir. Prezident seçkilərinin nəticəsi də göstərdi ki, xalq ölkəmizi irəli aparan siyasi xətti birmənalı şəkildə müdafiə edir və bundan sonra da edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

