Siyavuş Novruzov: 2013-cü il dövlətimiz və xalqımız üçün uğurlarla yadda qaldı
27.12.2013 [09:25]
“Xalqımız bir daha Heydər Əliyev siyasi kursuna sadiq olduğunu sübut etdi”
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, 2013-cü il Azərbaycan dövləti, xalqı üçün əhəmiyyətli il kimi yadda qaldı. Ümumiyyətlə, bu il ərzində ölkədə gedən prosesləri necə sıralayardınız?
- 2013-cü il Azərbaycan dövləti, xalqı üçün sözün əsl mənasında uğurlu bir il oldu. Həm iqtisadiyyatda, həm siyasətdə ardıcıl olaraq aparılan islahatlar nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artdı. Əhalinin rifah halının yaxşılaşdırılması üçün addımlar atıldı ki, onlardan biri də yeni iş yerlərinin yaradılması oldu. Qanunvericilik bazasının formalaşmasında, təkminləşməsi istiqamətində də əsaslı addımlar atıldı, bir çox qanunlar qəbul olundu. O cümlədən, ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərin qurulması, Avropa ilə əlaqələrin geniş şəkildə inkişaf etdirilməsi baxımından da bir sıra uğurlara imza atıldı. “Şahdəniz-2” müqaviləsinin imzalanması isə Azərbaycanın bu ildə qazandığı uğurların məntiqi nəticəsidir. Bunlarla yanaşı, ölkəmiz bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə də ev sahibliyi etdi. Keçirilən tədbirlərdə dünyanın tanınmış ictimai-siyasi, elm xadimləri iştirak edərək bəşəriyyəti düşündürən məsələlərlə bağlı fikir mübadilələri apardılar. 2013-cü ilin ən yaddaqalan hadisəsi isə Azərbaycanda azad, ədalətli, şəffaf şəkildə keçirilən prezident seçkiləri oldu. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük səs çoxluğu ilə növbəti 5 illik üçün Azərbaycana rəhbər seçilməsi xalqımızın ən böyük qələbəsi oldu. Bu seçki prosesində xalqımız bir daha Ulu öndər Heydər Əliyev siyasi kursunun davamlı olmasını istədiyini sübut etdi. Bu ilin nəticələri eyni zamanda, gələcək illərin də dövlətimiz üçün uğurlu olacağından xəbər verir. Çünki həyata keçirilən siyasətin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də ölkə başçısı tərəfindən layiqli şəkildə davam etdirilir.
- Azərbaycanın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının yeri və rolu danılmazdır. YAP bu ilin əvvəlində qarşıya qoyduğu məqsədlərə nail ola bildimi?
- Qeyd etdiyim kimi, 2013-cü il Azərbaycanda seçki ili olub və bu ildə də Yeni Azərbaycan Partiyası öz seçki proqramına və taktikasına uyğun olaraq əsas istiqamətlərini seçkiyə yönəltdi. Digər partiyalardan, təşkilatlardan fərqli olaraq YAP hər bir seçkiyə hazırlığa bir il öncədən başlayır. 2013-cü ilin yanvar ayından etibarən partiya qarşısına qoyduğu məqsəd və vəzifələri yerinə yetirərək işlərini həyata keçirib. İlk növbədə, ölkənin bütün şəhər və rayonlarında YAP-ın rəhbərlikləri ictimaiyyətin nümayəndələri, ağsaqqalları, gəncləri, tanınmış ziyalıları, partiya fəalları ilə çoxlu sayda görüşlər keçirərək Azərbaycanın gələcəyi, perspektivləri ilə bağlı geniş müzakirələr apardılar. Bu il partiya qurultayını keçirərək prezident seçkilərində öz namizədini irəli sürdü və namizədin sənədləri rəsmi olaraq MSK-ya təqdim edildi. O cümlədən, partiyada struktur dəyişiklikləri həyata keçirildi, Siyasi Şurada, İdarə Heyətində dəyişikliklər olundu. Həmçinin, yeni Sədr müavinlərinin seçilməsi də təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Xüsusilə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Sədr müavini seçilməsi partiyaya yeni bir impuls gətirdi. Bu dövr ərzində qadınların, gənclərin partiyaya üzv olması ilə bağlı çoxlu sayda müraciətlər olundu. Ümumiyyətlə, hərtərəfli yanaşanda 2013-cü il YAP üçün həm çətin, həm şərəfli, həm də uğurlu il kimi yadda qaldı.
- Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası bir çox sağ mərkəzçi beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bəs, 2014-cü ildə partiyanın beynəlxalq fəaliyyəti hansı prinsiplərdən ibarət olacaq?
- Yeni Azərbaycan Partiyasının genişmiqyaslı beynəlxalq əlaqələri mövcuddur. YAP həm Asiya, həm də Avropa ölkələrindən olan siyasi partiyalarla geniş əlaqələrə malikdir. YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının İdarə Heyətinin üzvüdür. Həmçinin, Avropa Xalq Partiyalarının da daxil olduğu qurumda müşahidəçi qismində öz fəaliyyətini davam etdirir. Bundan əlavə, YAP MDB məkanında olan partiayalarla da yüksək səviyyədə əməkdaşlıq etməkdədir. YAP Gənclər Birliyi bir neçə uğurlu tədbirlər keçirib ki, buraya Azərbaycanda Asiya ölkələrinin gənclərinin, qadınlarının iştirakı ilə mötəbər tədbirləri daxil edə bilərik. Demək olar ki, hər ay həmin ölkələri təmsil edən siyasi partiyaların nümayəndə heyəti ilə intensiv olaraq əməkdaşlıq edir, görüşlər keçiririk. Bu görüşlər çərçivəsində aparılan müzakirələr Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, dövlətlərarası əlaqələrin yaxşılaşdırılması baxımından müstəsna rol oynayır. Postsovet məkanında Azərbaycanda fəaliyyət göstərən heç bir siyasi partiyanın YAP qədər geniş beynəlxalq əlaqələri mövcud deyil.
- Ölkədə fəaliyyət göstərən az sayda siyasi partiya var ki, onların hesabatları şəffafdır. Təbii ki, YAP bu sırada hər zaman birincidir. Fikrinizcə, fəaliyyətlərini, hesabatlarını cəmiyyətdən gizlədən bəzi partiyaların məqsədləri nədən ibarətdir?
- Hər bir siyasi partiyanın fəaliyyəti şəffaf olmalı və ildə bir dəfədən az olmayaraq cəmiyyət qarşısında hesabat verməlidir. Yeni Azərbaycan Partiyasından fərqli olaraq bir çox siyasi partiyalar cəmiyyət qarşısında hesabat vermirlər. Biz partiyanın gördüyü bütün işlər, tədbirlər, o cümlədən, beynəlxalq əlaqələr barədə ictimaiyyəti daima məlumatlandırırıq. Əsas məsələlərdən biri də siyasi partiyaların maliyyələşməsidir. YAP mütəmadi olaraq öz hesabatlarını dərc edir və ictimaiyyətə çatdırır. İlin yekunlarına dair həmişə geniş hesabatla çıxış edir. Burada geniş statistik məlumatlar öz əksini tapır ki, bu dövr ərzində nə qədər maliyyə vəsaiti toplanıb və bu maliyyə hansı istiqamətlərə xərclənib. Əslində bu, Azərbaycan qanunvericiliyinin tələbidir. Biz də bu tələbə uyğun olaraq işlərimizi tənzimləyirik. Hər bir siyasi partiyanın nizamnaməsi və götürdüyü öhdəliklər olmalıdır. Təəssüflər olsun ki, digər partiyalar bunu etmirlər. Çünki həmin siyasi partiyaların maliyyə mənbəyi qaranlıqdır, şəffaflıqdan kənardır. Milli Məclisdə qəbul edilən qanuna əsasən hər bir qeyri-hökumət təşkilatı, o cümlədən, siyasi partiyalar bütün maliyyə mənbəyi ilə bağlı məlumat verməlidir. Bəzən siyasi partiyalar QHT-lər vasitəsilə maliyyələşir. Bu maliyyənin əksəriyyəti xaricdən gələn qrantlardan ibarətdir. Xaricdən gələn belə maliyyə yardımlarının arxasında dağıdıcı anti-dövlət, anti-millət mövqeyi dayanır.
- YAP İcra katibinin müavini, həmçinin, millət vəkili kimi qarşıdan gələn 2014-cü ildə Azərbaycan xalqına nə arzu edərdiniz?
- İlk növbədə mətbuatdan istifadə edərək xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Hər bir azərbaycanlıya işlərində uğurlar arzu edir, hər bir insanın həyatında, ailəsində uğurlu, xeyirli bir il olmasını diləyirəm. Ən böyük arzum isə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsidir. Yurd-yuvalarından didərgin düşmüş insanlara bu ilin ən yaddaqalan il olmasını istərdim.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

