/ / Əflatun Amaşov: Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə daha səmərəli fəaliyyət perspektivi üçün zəmin yarada bilib
Əflatun Amaşov: Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə daha səmərəli fəaliyyət perspektivi üçün zəmin yarada bilib
29.01.2014 [08:59]
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi:
- 2013-cü il Azərbaycan mediası üçün hansı önəmli hadisələrlə yadda qaldı?
- 156 jurnalistin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında inşa edilmiş binanın mənzillərinin sahibinə çevrilməsini xüsusi vurğulamağa dəyər. İyulun 22-də Milli Mətbuat Gününə təsadüf edən bu hadisə ömrünü-gününü jurnalistikaya sərf etmiş insanların zəhmətlərinin bəhrəsini görmələri anlamında nə qədər fərdi səciyyə daşıyırdısa, peşənin cəmiyyətdəki nüfuz göstərici nöqteyi-nəzərdən bir o qədər ümumi əhəmiyyətə malik idi. Müstəsna ictimai missiya yerinə yetirən media əməkdaşlarının həyat şəraitlərinin yaxşılaşdırılması onların öz sahələrinə daha möhkəm bağlanmalarını bir növ, stimullaşdırır. Belə bir həyati təminat cəmiyyətdə söz və fikir azadlıqlarının dərinləşməsinə dəstək baxımından da müstəsna önəm daşıyır. 2013-cü ildə Azərbaycan jurnalistlərinin VI qurultayı baş tutdu. Qurultayda Azərbaycan mediasının bu günü və sabahı ilə bağlı vacib diskussiyalar aparıldı, qərarlar çıxarıldı. Ali məclis, eyni zamanda, mütəşəkkil institut kimi jurnalistikanın cəmiyyətə mesajı anlamında da xüsusi səciyyə daşıdı, ölkə gündəminin başlıca hadisəsinə çevrildi.
Ötən il Azərbaycan jurnalistlərinin dövlət başçısı cənab İlham Əliyevlə geniş formatlı görüşünün keçirilməsi ilə də tarixə düşdü. Görüşdə ölkə mediasına dair bir çox vacib məqamlar müzakirə olundu. Cənab Prezident söz və ifadə azadlığı ilə bağlı dəyərli fikirlərini bölüşdü. Media təmsilçilərinin qaldırdıqları məsələlərə həssas münasibət göstərdi. Hesab edirəm ki, dövlət başçısı ilə istər jurnalistlər üçün yeni yaşayış binasının açılışındakı, istərsə də noyabrın 24-də “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimindəki görüş ötən ilin ən yadda qalan media olaylarındandır.
- Bir neçə gün öncə Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərə dair hesabatını açıqladı. Şuranın ötənilki fəaliyyətindən gəlinən nəticələr barədə hansı ümumiləşdirməni aparmaq mümkündür?
- Gördüyümüz işlərə cəmiyyətin verdiyi qiymət daha önəmlidir. Ümumən onu deyə bilərəm ki, 2012-ci illə müqayisədə ötən il MŞ-yə daxil olan şikayətlərin sayında azalma var. 610 müraciətdən 423-ü ayrı-ayrı media orqanlarının fəaliyyətindən narazılığı əks etdirir. 2012-ci ildə şikayətlərin sayı 507 idi. Əlbəttə, bu, bir tərəfdən Şuranın işinin effektivliyi ilə izah olunursa, digər tərəfdən məsələyə Azərbaycan jurnalistikasının inkişafı kimi yanaşmaq lazımdır. Mövcud anlamda ənənəvi KİV-lərin fəaliyyətini vurğulamaq istərdim. Hesab edirəm ki, ötən illər ərzində onlar oturuşmuş media strukturu olaraq özlərini təsdiqləməyi bacarıblar. Bu təsdiqləmədə peşə dəyərlərinə həssas yanaşma vacib amildir. Problemlərin qalmasına baxmayaraq, həmin KİV-lər ümumi işə fayda baxımından model yarada biliblər. Əslində, formalaşdırdıqları dəst-xətt internet media resurslarının bir çoxu üçün də təcrübi əhəmiyyət daşımaqdadır və mövcud pozitiv meyil kifayət qədər aydın sezilir.
Ancaq neqativ cəhətlər də az deyil. “Reket jurnalistika” ilə mübarizə hələ də aktual səciyyə daşımaqdadır. İnternet media resurslarının sayının artması cəmiyyətin informasiya tələbatının ödənilməsi imkanlarının genişləndirilməsi baxımından zəruridir. Ancaq artımın gətirdiyi mənfi meyillərdən uzaqlaşmaq üzərində də dayanmalıyıq. Nəzərə alaq ki, peşə davranışı qaydalarına etinasızlıq göstərən bir sıra şəxslərin internetin doğurduğu şərait nəticəsində “fəaliyyət” dəst-xətlərini bu məkana daşıması reallığı var. Digər tərəfdən, münbit zəmin jurnalistikaya sırf sui-istifadə vasitəsi olaraq yanaşmayan qeyri-peşəkarlar üçün də cəlbedicidir. Onların ictimai mənafelərə bəzən tam bilməyərəkdən, etdiklərinin təfərrüatını düşünmədən zərbə vurduqları vəziyyətin yarandığını görürük. Belə nəticəyə gəlirik ki, hazırkı durum arxayınlaşmaq üçün əsas vermir. Əksinə, daha mütəşəkkil olmaq zərurətini ortaya qoyur. Zənnimcə, Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə daha səmərəli fəaliyyət perspektivi üçün zəmin yarada bilib.
- Mətbuat Şurası 2014-cü ili “İnternet media ili” elan etdi. “İnternet media ili” çərçivəsində Mətbuat Şurası hansı tədbirləri reallaşdırmağı planlaşdırır?
- Bildiyiniz kimi, Mətbuat Şurası hələ ötən ilin fevralında İnternet media resursları üzrə Komissiya formalaşdırmışdı. Güman edirəm, bu il həmin komissiyanın fəaliyyəti bir qədər də intensiv səciyyə daşıyacaq. Şura internet təhlükəsizliyi ilə bağlı məsələləri diqqət mərkəzində saxlamağa çalışacaq. Mövcud istiqamətdə müvafiq qurumlarla əməkdaşlığı dərinləşdirməyi nəzərdə tuturuq. Mətbuat Şurası internet media resurslarında monitorinqlərini davam etdirəcək. Komissiyanın şikayətlərin araşdırılması prosesinə daha yaxından cəlbi vacibdir. Çünki Şuraya həmin media resurslarının fəaliyyəti ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrindən narazılıq məktubları daxil olmaqdadır. Digər tərəfdən, MŞ-nin sıralarında təmsil olunmaq üçün müraciət edən xəbər portalları var və onlara media məkanında təmsilçilik üçün dəstək göstərilməlidir ki, Mətbuat Şurası bu işi də həyata keçirməyi planlaşdırır.
Bildiyiniz kimi, internet hüquqi tənzimləmədən uzaq məkandır. Əlbəttə, fikir azadlığı və plüralizmə şərait baxımından belə bir məkanın mövcudluğu çox yaxşı haldır. Ancaq birinin azadlığı digərinin azadlığını əlindən almamalı, həyat axarını pozmamalıdır. Çünki pozuntu halları ümumən cəmiyyətin ahənginə mənfi təsirini göstərir. Jurnalistika təbiət etibarilə bu ahəngdarlığı qorumağa çalışan missiya yerinə yetirirsə, onun özü məsələyə daha həssas münasibət bəsləməlidir.
Peşə dəyərləri mahiyyət etibarilə hər yerdə eynidir. Sadəcə, söhbət həmin dəyərlərin real iş müstəvisində tətbiqindəki transformasiyadan, yəni çatdırılma üsullarındakı dəyişikliklərdən gedir. Zənnimcə, qarşıda duran mühüm məsələ bu prosesi anlatmaqdan, internetin verdiyi imkanların ilk baxışdan kimlərəsə məsuliyyətsizlik kimi görünməsinin yaratdığı mənfiyönümlü eyforiyanı sarsıtmaqdan gedir. Nəzərə alaq ki, eyforiyaya qapılanlar bütün dünyada var və onlar texniki imkanlardan yararlanma bacarıqlarını digərləri üzərində üstünlük sayaraq özlərinin oyun qaydalarını qurmaq istəyiblər. Təbii ki, bu qaydalardakı siyasi məram da zamanla üzə çıxıb. Yaxın Şərqdə baş verən bir sıra proseslərin mahiyyəti hamımıza yaxşı məlumdur. Odur ki, məsələlərə həssas yanaşmaq lazımdır. Məqsədimiz media dəyərlərini qoruyub saxlamaqdırsa, bütün detalları nəzərə almalıyıq. Sahənin biliciləri ilə əməkdaşlıq qurmalı, fikir mübadiləsi aparmalıyıq. Mətbuat Şurası bütün bunları nəzərə alaraq, 2014-cü ildə internet media ilə əlaqədar beynəlxalq konfransların təşkilini də prioritet vəzifə sayır.
- 2014-cü ildə Mətbuat Şurasının fəaliyyətində hansı məqamlar xüsusi əhəmiyyət daşıyacaq? Hansısa cəhəti fərqləndirmək mümkündürmü?
- Mətbuat Şurasının 2014-cü il üçün iş planı təsdiqlənib. Plana uyğun hərəkət edəcəyik. Sənəddəki hər bir fəaliyyət müstəsna səciyyə daşımaqdadır. Başlıca missiyamıza uyğun şəkildə media ilə bağlı şikayətlərin araşdırılmasını həyata keçirəcəyik.
Qarşıda bizi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 130, o cümlədən Azərbaycanın ictimai fikir tarixində mühüm rolu olan Əli bəy Hüseynzadənin 150, Cəlil Məmmədquluzadənin 145 illik yubileyləri ilə bağlı mərasimlərin, eləcə də digər tematik toplantıların təşkili gözləyir. Qeyd etdiyim kimi, internet media sahəsində beynəlxalq toplantıların təşkilini nəzərdə tuturuq. İlk belə tədbiri aprel ayında gerçəkləşdirməyi planlaşdırırıq. Bundan öncə isə fevral ayında internet təhlükəsizliyi ilə bağlı tədbirimiz var.
Mətbuat Şurasının iş planında “Məmur-media dialoqu” layihəsi çərçivəsində regional müşavirələrin təşkili də önəmli yer tutur. Onu da qeyd edim ki, MDB məkanının özünütənzimləmə qurumlarının ötən il Ukraynanın Odessa şəhərində baş tutmuş illik toplantısında şəbəkəyə rəhbərliyin Azərbaycana keçməsi təsdiqləndi. Buna görə də, növbəti illik toplantının ölkəmizdə təşkili gündəlikdə duran vacib məsələlərdəndir. Ənənəvi olaraq, 22 iyul Milli Mətbuat Gününü, jurnalistika və ümumilikdə ictimai fikir tariximizlə bağlı bir sıra önəmli məsələləri diqqət mərkəzində saxlayacağıq. İnanıram ki, 2014-cü il istər Mətbuat Şurası, istərsə də bütövlükdə mediamız üçün daha məhsuldar keçəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

