Bu gün dövlətlə QHT-lər arasında əməkdaşlıq ən yüksək səviyyədədir
30.05.2014 [09:07]
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Azay müəllim, hazırda dövlətlə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq hansı səviyyədədir?
- Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında elə bir sahə yoxdur ki, əməkdaşlıq olunmasın. Artıq hökumət QHT-ləri tərəf kimi deyil, partnyor kimi qəbul edir. Eyni zamanda, dövlət qeyri-hökumət təşkilatları ilə ictimai əhəmiyyətli məsələlərlə bağlı yaxından işbirliyi qurur, həmin təşkilatları dəstəkləyir. Bütövlükdə, dövlət-QHT münasibətləri sözün əsl mənasında ən yüksək səviyyədədir. Bu gün QHT-lərin qaldırdığı elə bir məsələ yoxdur ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ona laqeyd yanaşsın. Ümumiyyətlə, ölkə Prezidenti QHT-lərlə əməkdaşlıq məqsədilə əhəmiyyətli mexanizm yaradıb və bu mexanizm özünü doğruldur. Bu mexanizm vasitəsilə Azərbaycan QHT-ləri nəinki hökumətlə yaxından əməkdaşlıq edir, eyni zamanda, bu gün ölkədən kənarda missiyalar yerinə yetirir və bu prosesdə də dövlətin dəstəyini hiss edirlər.
- QHT-lərə verilən dəstək müqabilində onların fəaliyyətini qaneedici hesab etmək olarmı?
- Vətəndaş cəmiyyətinin inkişafı və güclənməsi bir prosesdir. Yəni, bu, birdəfəlik məsələ deyil, uzun müddət tələb edən, eyni zamanda, ciddi yanaşma tələb edən prosesdir. O baxımdan da biz düşünürük ki, bu gün dövlətimizin QHT sektoruna qoyduğu ictimai və maddi sərmayə özünü doğrultmaqdadır. 7-8 il əvvəllə müqayisə etsək, görə bilərik ki, QHT sektorunda çox böyük dəyişikliklər baş verib. Təkcə xarici donorlardan asılı olan təşkilatlar deyil, bütövlükdə ən müxtəlif istiqamətdə fəaliyyət göstərən QHT-lər də dövlətin imkanlarından yararlanırlar. Bunun nəticəsində nəyə nail olmuşuq? İlk növbədə, QHT-lərin xarici donorlardan asılılıq səviyyəsi xeyli aşağı düşüb. İkincisi, xarici donorların diqqət yetirmədiyi sahələr, xüsusilə ölkəmizin ərazi bütövlüyü, vətənpərvərlik, Qarabağla bağlı təşkilatlara qrantlar verilmirdi. Dövlətin dəstəyi sayəsində isə həmin təşkilatlar ayaq üstə dayanmağı bacardılar. Bu gün QHT-lər dövlətin dəstəyi ilə milli maraqların qorunması istiqamətində xaricdə çox önəmli layihələr həyata keçirirlər. Dövlətin dəstəyi hesabına hökumətlə QHT-lər arasında olan inam və etimad mühiti xeyli güclənib. Əvvəllər bir çox QHT-lər hökumətlə əməkdaşlıq etməkdən yayınırdılar, eyni zamanda, hökumət də bəzi təşkilatlarla müəyyən məsafə saxlayırdı. Hazırda belə hallar aradan qalxıb. Hesab edirəm ki, bu prosesdə son illər qəbul edilən qərarların əhəmiyyətli təsiri olub. Bu baxımdan, QHT-lərin fəaliyyətində və mövqeyində dəyişikliklər mütləq şəkildə var. Amma onu da demək istəyirəm ki, verilən dəstək müqabilində QHT-lərin işi bizi tam qane etmir. Hələ də görəcəyimiz çoxlu işlər var. QHT-lər öz daxilində islahatlar aparmalıdırlar, şəffaflıq amilinə, demokratik prinsiplərə riayət etməlidirlər, vaxtlı-vaxtında hesabatlarını veməlidirlər. Bilirsiniz ki, aprelin 1-nə olan məlumata görə, 1695 QHT Maliyyə Nazirliyinə hesabat verməmişdi. Baxmayaraq ki, aprelin 1-dək bu hesabat verilməli idi. Yəni, bu hallara yol verilməməlidir. QHT-lər öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Biz də çalışırıq ki, onlar problemlərinin həllinə vaxtında nail olsunlar.
- Qeyri-hökumət təşkilatları Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması işində nə dərəcədə fəaldırlar?
- QHT-lərə Dövlət Dəstəyi Şurası yarandıqdan sonra bu sahədə bir canlanma yarandı, QHT-lərə yeni nəfəs verildi. Dediyim kimi, bu sahəyə heç bir xarici donor vəsait ayırmırdı. Amma 6 ildir ki, QHT-lər milli maraqların müdafiəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün dünya ictimaiyyətinə çatdırılması, məcburi köçkünlərlə bağlı məlumatlar, işğal olunan ərazilərdə ekoloji terror, mədəni və tarixi abidələrin dağıdılması ilə bağlı layihələr həyata keçirir. Yəni, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri QHT-lərimiz vasitəsilə də dünyaya çatdırılır. Belə tədbirlər isə əvvəllər yox idi. İndi biz bu prosesə xarici QHT-ləri də cəlb etmişik. Məsələn, keçən ilin mayından biz dünyanın aparıcı 15 ölkəsində xüsusi qrant proqramı elan etdik və proqramın əsasını Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsi, Xocalı soyqırımının tanıdılması və s. layihələr təşkil edirdi. Görülən bu işlər tədricən öz effektini verir. Təbii ki, dünya ölkələrində vətəndaş cəmiyyətinin fikrinə daha çox etimad göstərirlər və ona görə də, həyata keçirilən tədbirlər maraqla qarşılanır. Bu baxımdan, düşünürəm ki, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət özünü doğruldur və konkret nəticələr var. Bu o deməkdir ki, Azərbaycan müdafiə taktikasından hücum taktikasına keçib. Artıq bütün imkanlardan istifadə edərək Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi çox yaxşı nəticələr verir. Əgər biz 15-20 il bundan əvvəl yalnız müdafiə olunurduqsa, artıq dövlətimizin hücum diplomatiyası sayəsində ermənilərin yalanlarına inananların sayı xeyli dərəcədə azalıb. İşğalçı dövlət artıq yalan təbliğat qurmaqda çətinlik çəkir. Çünki qarşılarında Azərbaycan dövləti və onun dəstəklədiyi qurumlar var. Bu da milli maraqlarımızın qorunması baxımından çox vacib tədbir və strategiyadır.
- Azay müəllim, bildiyimiz kimi, ATƏT Parlament Assambleyasının yay sessiyası Azərbaycanda keçiriləcək. Bu hadisənin ölkəmiz üçün siyasi əhəmiyyəti nədən ibarətdir?
- Bu, çox böyük siyasi hadisədir. ATƏT-ə qoşulduğumuz son 22 ildən bu yana ilk dəfədir ki, Azərbaycan ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək. Bu tədbir 28 iyun-3 iyul tarixlərində keçiriləcək. Azərbaycana 57 üzv ölkənin və 10 tərəfdaş ölkənin 500-ə yaxın deputatı və o qədər də parlamentlərin əməkdaşları gələcəklər. Əgər onları müşayiət edənləri də nəzərə alsaq ki, sessiya çərçivəsində 1500 nəfərə yaxın nümayəndənin Azərbaycana gələcəyi gözlənilir. Qonaqlar sadə insanlar deyil, siyasətçidirlər, öz ölkələrində qərar qəbul edən şəxslərdirlər. Tədbirin Bakı şəhərində keçirilməsi ona dəlalət edir ki, Azərbaycan artıq beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in etibar etdiyi ölkədir. Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitindədir, torpaqlarımız işğal edilib. Amma buna baxmayaraq, ölkəmizdəki inkişaf, sabitlik, tolerantlıq ATƏT PA-ya imkan verir ki, tərəddüd etmədən özünün illik sessiyasını Azərbaycanda keçirsin.
İkincisi, bu o deməkdir ki, Azərbaycan ATƏT çərçivəsində gedən proseslərdə aktiv rol oynayır. Təsadüf olsa da, Ukrayna ilə bağlı qurumun ən vacib toplantısı Bakıda keçiriləcək, yəni sessiyada bu məsələ müzakirə olunacaq, bölgə ilə bağlı baş verən hadisələrə qiymət veriləcək. Üçüncüsü isə, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumdur. Biz həmişə Minsk qrupunun bu yöndəki fəaliyyətini tənqid etmişik. Atəşkəsin 20 illiyinə təsadüf edən illik toplantıda xalqımızın seçdiyi deputatların haqqı olacaq ki, bir daha ATƏT-in rəhbərliyindən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımların atılmasını tələb etsin.
Bakı sessiyası həm də Helsinki Yekun Aktının qəbul olunmasının 40 illiyinə həsr olunacaq Finlandiyada keçiriləcək sessiya üçün ciddi hazırlıq mərhələsi daşıyır. Bakıda qəbul olunacaq qərarlar ATƏT-in bundan sonrakı fəaliyyətinin hansı istiqamətdə gedəcəyini müəyyənləşdirən mühüm amil rolunu oynayacaq. Ona görə də, biz bu sessiyaya böyük önəm veririk. Hesab edirəm ki, bu, ölkəmizin Avropaya, dünyaya nə qədər açıq olduğunu göstərəcək.
Ən nəhayət, bu hadisə avropalılara imkan verəcək ki, Azərbaycanın inkişafı ilə tanış olsunlar. Çünki bəzən bir məkanı görməyəndə onun haqda düzgün təsəvvür olmur. Bəzi xarici siyasətçilər bizimlə söhbətlərində etiraf edirlər ki, ölkəmizə səfərdən sonra onların təsəvvürləri müsbət mənada dəyişir. Buraya gələn əcnəbilər Azərbaycanı Avropanın yüksək inkişaf edən dövləti kimi qiymətləndirirlər. Hesab edirəm ki, ATƏT PA-nın Bakıda keçiriləcək illik sessiyası bu baxımdan da əhəmiyyətli olacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

