Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini dəyişməyəcək
29.08.2014 [14:21]
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı
- Məlahət xanım, cəbhə xəttində son gərginlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün ən böyük təhlükə olduğunu bir daha təsdiqlədi. Münaqişənin həlli ilə bağlı hansı prinsiplər əsas götürülməlidir?
- 20 ildən çoxdur ki, Ermənistan tərəfindən torpağımız işğal olunub, 1 milyon insan məcburi köçkün vəziyyətə düşüb. Münaqişə hələ də həll olunamış qalır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul olunub. Bu sənəd tam əsas verir ki, münaqişə sülh yolu ilə, ədalətli şəkildə həll edilsin. Eləcə də, AŞPA, ATƏT, NATO PA və digər beynəlxalq təşkilatlar, eləcə də, müxtəlif ölkələrin parlamentləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Bununla yanaşı, Xocalı soyqırımı da bir sıra dövlətlər tərəfindən tanınıb.
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı qətnamələr qəbul edilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil. Və məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacağıq. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Sülh danışıqları nəticə verməsə Azərbaycan öz ərazilərini digər vasitələrlə işğaldan azad etmək gücündədir.
- Son zamanlar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar da münaqişə ilə bağlı mövqe bildirdilər. Buna münasibətiniz necədir?
- Ermənistanın cəbhədə törətdiyi son təxribatlar ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində hər şey aydın göstərilib. Ancaq bütün bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır. Bütün bunlar beynəlxalq ictimaiyyətin ikili standart aparmasının nəticəsidir. Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlardan çıxış edir.
Bu gün bütün dünya ictimaiyyəti, Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın son təxribatlar zamanı verdiyi hər bir şəhidə, hər bir yaralıya görə məsuliyyət daşıyırlar. Ermənilərin cəbhədə törətdiyi son təxribatlar zamanı Azərbaycan hərbçilərinin öldürülməsinin məsuliyyəti işğalçı, mənfur və terrorçu Ermənistan hakimiyyəti ilə yanaşı, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin də üzərinə düşür. Ona görə də ən qısa zamanda bu işğala, bu təcavüzə son qoyulmalıdır.
- Minsk qrupunun fəaliyyəti Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır? Sizcə, cəmiyyətimiz haqlı deyilmi?
- ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur. Görünən odur ki, hər üç həmsədr dövlət ermənipərəstdir. ABŞ, Fransa və Rusiyanın həmsədr olması işğalın uzanmasına səbəb olub. Çünki hər üç dövlətin Ermənistana isti yanaşması məlumdur. Ermənistan Rusiyanın forpostudur, ABŞ və Fransada isə erməni lobbisi və diasporu güclüdür. Belə vəziyyətdə onların vasitəçiliyinin heç bir nəticəsi olmayacaq. Minsk qrupu ölü qurumdur. Bunu aradan qaldırmaq üçün hansısa irəliləyiş etməlidir. Əgər ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətinə, 1 milyon insanın qaçqın-köçkün həyatına, dinc insanların ölümünə, ermənilər tərəfindən insanların evlərinin, yurdlarının, məzarlıqlarının dağıdılmasına göz yumursa, bu qurum tarixdə mürtəce təşkilat kimi qalacaq. Əgər bu adı öz üzərindən götürmək istəyirsə, Minsk qrupu Ermənistanın təcavüzünün aradan qaldırılması üçün əməli fəaliyyət göstərməlidir.
Amma biz bu gün nəyi müşahidə edirik? Minsk qrupu həmsədrlərinin bəyanatlarında həmişə Ermənistan ilə Azərbaycan bərabərləşdirilir. Amma belə olmalı deyil. Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir. Bütün bunlar deməyə əsas verir ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Həmsədr dövlətlərin təmsilçiləri vaxtaşırı olaraq yenisi ilə əvəz olunur və onlar da sələfləri kimi bölgəyə turist səfərləri etməklə məşğuldurlar.
Həmsədrlərin bölgəyə səfərlərindən sonra verdikləri bəyanatlar da bir birinin təkrarıdır. Bütün bunlara görə, Azərbaycan xalqının onlara inamı yoxdur. Əslində, həmsədrlər öz mövqelərini beynəlxalq hüquq müstəvisində ifadə etməli, işğala məruz qalanla işğalçının arasında fərq qoymalıdır. Əks halda, onların verdikləri bəyanatı oxuyan hansısa xarici ölkə vətəndaşları əslində, münaqişənin mahiyyəti haqda heç nə anlaya bilməzlər. Nə qədər ki, həmsədrlər münaqişə tərəflərinə eyni cür yanaşacaq, Ermənistanın işğalına son qoyulması ilə bağlı heç bir irəliləyiş olmayacaq. Amma Azərbaycan xalqı da Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını, torpaqlarımızın azad olunmasını istəyir. Bütün ümidlərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətədir. Xalqımız bu siyasətə inanır və güvənir. Bu siyasət nəticəsində Azərbaycanın gündən-günə güclənməsi, Ermənistanın isə səfalət vəziyyətə düşməsi Qarabağ probleminin həllinin açarı olacaq.
- Sizcə, prezidentlərin Soçi görüşü münaqişənin həllinə təkan verə bilərmi?
- Tərəflər arasında görüşlərin keçirilməsi lazımdır. Çünki münaqişələrin diplomatik yolla həlli məhz danışıqlardan keçir. Doğrudur, indiyə qədər keçirilən danışıqlar nəticəsiz başa çatıb. Bununla belə, həmin görüşlərdə dövlətimizin prinsipial mövqeyi ortaya qoyulur. Soçi görüşündə də məhz belə oldu. Görüşdə Prezidentimiz prinsipial mövqeyini bəyan edərək vurğuladı ki, artıq işğala son qoyulmasının zamanıdır. Bu, həm işğalçı dövlətə, həm də onu himayə edənlərə mesaj oldu.
Biz bu məsələdə özümüzə güvənməliyik, dövlətimizin daha da güclənməsi üçün hər bir vətəndaş öz töhfəsini verməlidir. Təbii ki, sonsuza qədər danışıqlar ola bilməz. Bizim başqa variantlarımız var və heç kəs bunu bizə qadağan edə bilməz. Çünki konstitusion hüququmuzdur.
- Məlahət xanım, belə bir məqamda bəzi təşkilatlar Azərbaycanda demokratiya və insan haqlar ilə bağlı qərəzli fikirlər səsləndirirlər. Sizcə, bu, diqqəti Qarabağ məsələsindən yayındırmaq məqsədi daşımırmı?
- Hazırda reallıq bundan ibarətdir ki, dünyada ədalət güc deyil, güc ədalətdir. Bu təəssüf doğurur. Bilirsiniz ki, erməni lobbisi bir çox ölkələrdə var. Dünya erməniliyi bir xəstəlikdir. Erməni lobbisi türk dünyasına, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı kampaniya aparır. Burada məqsəd Azərbaycanla Türkiyənin imicinə dünyada zərbə vurmaqdan ibarətdir.
Vaxtilə erməni lobbisi dünyada elə rəy yaratmışdı ki, guya Ermənistana qarşı biz təcavüz etmişik. Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra yorulmaz fəaliyyət göstərək dünyadakı bu rəyi dəyişməyə başladı. Yaqin xatirinizdədir ki, Ulu öndərimiz xarici ölkələrə səfərləri zamın keçirdiyi görüşlərdə hətta xəritələr vasitəsilə qarşı tərəfə məsələni izah edirdi. Bunun nəticəsində də informasiya blokadası aradan götürülməyə başladı.
Belə olan təqdirdə isə erməni lobbisi diqqəti Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq üçün guya Azərbaycanda demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı ciddi problemlərin olduğunu ortaya atırlar. Bu prosesdə isə beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından istifadə olunur. Demokratiya sonu olmayan bir inkişaf yoludur. Dünya ölkələri də hər zaman demokratik prosesləri inkişaf etdirir. Azərbaycan da uzun illər sovet totalitar sistemində yaşayıb. Müstəqillik qazandıqdan ötən müddət ərzində isə demokratiya sahəsində böyük inkişaf yolu keçib. Hazırda bu yolda inkişaf davam edir. Heç kim problemlərdən sığortalanmayıb. Amma bundan sui-istifadə halları üçün istifadə edilməməlidir.
Bu gün Azərbaycanda hüquqi dövlət qurulub. Hüquqi dövlətdə isə qanun hamı üçün bərabərdir. Əgər qanun pozulubsa, qanunun aliliyi təmin olunmalıdır. Bütün hüquqi dövlətlərdə belədir. Amma Azərbaycanda demokratiya ilə bağlı qərəzli fikirlər səsləndirmənin əsas məqsədi isə dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçı siyasətindən, Qarabağ məsələsindən yayındrmaqdır. Vaxtilə Ermənistan parlamentində rəsmi şəxslər öldürüləndə hansı beynəlxalq hesabatda əksini tapdı? Yaxud ötən il prezident seçkilərində namizədə qarşı sui-qəsd edildi. Beynəlxalq təşkilatlar bu fakta ciddi əhəmiyyət vermədilər.
Bu gün ABŞ-da və Avropada irqçilik həddən artq güclənməkdədir. Qara dərililərə qarşı diskriminasiya gedir. ABŞ-da qaradərili polis tərəfindən öldürülüb, müxtəlif ştatlarda mitinqlər gedir. Amma özlərini insan haqlarının müdafiəçisi elan edən qurumlar bu haqda səslərini çıxarmır. Bütün bunlar dünyadakı reallıqları, ikili standartları göstərir.
Azərbaycan öz qanunları ilə hərəkət edir və heç kimin ixtiyarı yoxdur ki, daxili işlərimizə qarışsın. Bu cür məlumatları erməni lobbisi və inkişafımızı sevməyən digər qüvvələrdir ki, qərəzli şəkildə yayırlar. Onlar insan haqlarından narahatdırlarsa, niyə Ermənistanın işğalı nəticəsində öz torpağından didərgin düşmüş yüzminlərlə insanın hüquqlarının bərpasından danışmır? Bu insanların haqqını müdafiə etməyən təşkilatların obyektivliyinə cəmiyyətimiz heç zaman inanmaz. Azərbaycan xalqı bəşər sivilizasiyasına böyük töhfələr verən xalqdır. Xalqımız müdrikdir və heç vaxt ölkəmizdə xaos yaratmaq istəyən xarici qüvvələrə və onların daxildəki havadarlarına imkan verməyəcək ki, hansısa problemlər yaratsınlar. Biz xaosu 1993-cü ilə qədər yaşamışıq və bundan sonra belə hallara yol verməyəcəyik. Demokratiya pərdəsi altında xaos yaratmaq istəyən qüvvələrə qarşı daim birlik göstərəcəyik.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

