Tələbəlik illərindən siyasətin içərisindəyəm
17.03.2015 [12:09]
YAP İcra katibinin müavini, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
- Mübariz müəllim, siz YAP İcra katibinin müavini, eləcə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrisiniz. Bu titullarının sayını artırmaq olar. Uşaqlıqda arzuladığınız peşəyə sahib ola bilmisinizmi?
- Əvvala qeyd edim ki, uşaqlıq dedikdə, insan 4-5 yaşlarından ətraf mühiti dərk etməyə başlayır və ən azından bu yaşdan sonra hadisələr yaddaşa hopur. Məktəb həyatında da baş verən bəzi hadisələr onun həyatında əbədi qalır. Elə hadisələr var ki, insanın yaddaşından silinir. Eləsi var ki, silinmir. Xüsusilə uşaqlıq dövründə baş verən hadisələr daha çox yaddaşda yer tutur. Əlbəttə, istənilən uşaqın düşüncəsində müəyyən müddət ərzində dəyişikliklər baş verə bilər. Ümumiyyətlə, psixoloqların deməyinə görə insanların xarakteri 12 yaşa qədər formalaşır. Və bu xarakter bütün ömür boyu cüzi dəyişikliyə məruz qalır. İnsan xarakterini tam saxlayır, bəzən mühit də buna təsir göstərə bilər. Amma xarakter anlayışı genlə bağlı olan məsələdir. Ona görə də, xarakter dəyişməzdir.
Orta məktəbdə oxuduğu dövrlərdə uşaqlara ətrafda olan insanlar belə sual verirlər ki, böyüyəndə nə olacaqsan? Belə sualları indi biz də uşaqlara veririk. Əlbəttə, uşaqlığın ilk dövrlərdə seçdiyi peşə heç də adekvat olmur, sadəcə ətrafda oxşamaq istədiyi adamın peşəsini deyir. Uşaq vaxtlarında bu sual mənə də verilib. Mən xatırlayıram ki, bu cür suallar veriləndə mən müəllim olmaq istədiyimi demişəm.
- Bu arzunuza çatmısınız. Yəni uzun müddət müəllim işləmisiniz...
- Mən müəllim ailəsində böyümüşəm. Yəqin ona görə də həmin suallara belə cavab vermişəm.
Arzuma çatmaq baxımından desək, bəli, 1978-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra üç il orta məktəbdə dərs demişəm. Aspirantura təhsilindən sonra isə, ali məktəbtə müəllim kimi fəaliyyət göstərmişəm.
Həyatın müxtəlif mərhələlrindən keçərək bu vəzifəyə gəlib çatmışam.
- Bəs Mübariz Qurbanlı siyasətə necə gəldi?
- Mən orta məktəbin 8-ci sinfinə qədər öz kəndimizdə, Şəmkir rayonu Kotənəli kəndində oxumuşam. 8-ci sinfi tərifnamə ilə bitirmişəm. O zaman belə bir qayda var idi ki, 8-ci sinfi tərifnamə ilə bitirənlər texnikumlara imtahansız daxil ola bilirdilər. Mən o zaman Gəncə Politexnik texnikumunun avtomobil nəqliyyatının istismarı şöbəsinə daxil oldum. 8-ci sinfi bitirəndə 14 yaşın içində idim. 3 il texnikumda oxudum, buranı da fərqlənmə diplomu ilə bitirmişəm. Sonra isə istehsalatda çalışmışam. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tarix fakültəsinə daxil olmuşam, bu təhsil müəssisəsini də fərqlənmə diplomu ilə bitirmişəm.
Siyasətə gəlməyimə gəlincə isə, ali təhsilim sırf siyasətə bağlı ixtisasdı. Görünür, humanitar elmə marağım çox olub. Dediyim kimi müəllim ailəsində böyümüşəm, evimizdə zəngin kitabxana olub. Eyni zamanda, kəndimizin də gözəl kitabxanası var idi. Mən kiçik yaşlarımdan çoxlu bədii ədəbiyyat oxuyurdum, azərbaycanlı və xarici yazıçıların əsərlərini 8-ci sinfi bitirənədək oxumuşdum. Humantar elmlərə, xüsusilə tarix elminə həvəsim böyük olub. BDU-da 1970-ci illərdə qaynar siyasi mühit var idi. Mən də 1973-78-ci illərdə burada ali təhsil almışam. Baxmayaraq ki, kemiş SSRİ-də təkpartiyalı sistem idi, amma seçdiyim ixtisas, oxuduğumuz kitablar, xüsusilə fakültədəki mühit bizdə çoxlu suallar doğururdu. Sualların cavabları isə siyasiləşmiş idi. Doğru cavab olsaydı, dövlətin marağına uyğun ola bilməzdi. Məsələn, o dövrdə Azərbaycan tarixi tədris olunurdu, orada gözlə görünən ağ yalanlar var idi. Məsələn, Azərbaycanın Rusiyaya birləşməsi ilə bağlı. Tarix dərsliyi o dövrdə bunu az qala toy- bayram kimi təsvir edirdi. Yəni işğalı birləşmək kimi təqdim edirdilər. Bu da tələbələrdə suallar yaradırdı.Azərbaycan tarixi dərslərində Xalq Cümhuriyyəti haqda məlumat verilmirdi. Əks mövqedə təqdim olunurdu qısaca.. Məntiqlə hiss edirdik ki, bu düz deyil. Müəllimlər isə yalnız fasilə vaxtı həqiqəti deməyə cəhd edirdilər. Amma bu da onlar üçün riskli idi.
Yəni fakültəmiz siyasiləşmiş olduğuna görə burada təhsil alan tələbələrin əksəriyyəti siyasi proseslərdə mütləq iştirak edirdi. Onların bir çoxu ali təhsili başa vurduqdan sonra yüksək vəzifələrə gedirdilər. Eyni zamanda, sonradan milli azadlıq hərəkatına da qoşulanlar var idi.
Ümumiyyətlə, humanitar fakültələrin tələbələri daha çox siyasətə meylli idilər. Tələbəlik illərində siyasi proseslərin içərisində idik.
Siyasətə gəlişim isə belə oldu ki, xalq hərəkatı başlananda mən də bu prosesə qoşuldum, xalqla birgə idim. Siyasi partiyalar formalaşanda isə ilk olaraq Milli İstiqlal Partiyasının üzvü, sonra katibi olmuşam. 1993-cü ildə o partiyadan istefa vermişəm və Ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişəm. YAP yarandığı vaxt mən AMİP-in katibi idim. Amma Ulu öndər Heydər Əliyevin apardığı siyasət əslində bütün partiyaların fəaliyyətinin fövqündə dayanan bir siyasət idi. Bu siyasətə digər partiyaların nümayəndələri də qatılıblar. Mən də Azərbaycanı xilas edən lider kimi Heydər Əliyevin siyasətini qəbul etmişəm. Bu, doğru seçim idi. Milli maraqlar Heydər Əliyev siyasəti ilə üst-üstə düşdüyü üçün xalq bu siyasətin arxasınca gedirdi. Bu gün də milyonlarla insan bu siyasətin arxasınca gedir.
- Sizi siyasətçi kimi yaxşı tanıyırıq. Rəhbərliyiniz altında işləyən insanlar sizi qayğıkeş, mülayim şəxs kimi qəbul edirlər. Bəs Mübariz Qurbanlı ailədə necədir?
- Mən sizə bayaq dedim, insanın xarakteri 12-13 yaşlarında formalaşır. Mühit də bəzi təsirlərini göstərir. Amma xarakterin nüvəsi dəyişməz qalır. Mən alturis, yəni özünü başqasının yolunda fəda edən insan deyiləm. Amma həmişə qarşı tərəfi düşünürəm. Qarşılıqlı hörmətə tərəfdaram, dialoq tərəfdarıyam. Məntiq mənim ziddimədirsə mən onu qəbul edirəm. Öz səhvimi gördükdə onu etiraf etməkdən heç vaxt çəkinmirəm.
Həmişə ədalətin tərəfində olmaq mənim üçün əsas kriteriyadır. Ailədə də ədalətli olmalısan. Ailə üzvlərinə qarşı da belə olmalıdır. Ailədə kişinin aparıcı rolu danılmazdır. Çünki ailədə bütün məsələlərə cavabdeh kişidir. Hətta qadın üstün vəzifə tutmuş olsa da, qazancı daha çox olsa da, evdə kişinin nüfuzu olmalıdır. Bu olmasa, övladların tərbiyəsinə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, bu kriteriyadan çıxış etsək, mən ailədə hegemon, diktat şəkildə mövqe ortaya qoyan adam deyiləm. Ailədə hər şey məsləhət, fikir mübadiləsi ilə olmalıdır. Ailə mənəvi birlikdir, vahid məqsəd ətrafında birləşməkdir. Ailə marağı deyilən anlayış var. Bu, bir şəxsin yox, bütün ailə üzvlərinin fikirlərini əks etdirməlidir. Bu mənada, bizim ailədə belə bir mühit var.
Övladların təhsili, ailə qurmaq seçimi də təbii ki, məsləhətlər çərçivəsində olmalıdır. Doğrudur, valideyn olaraq onların seçimlərinə hörmətlə yanaşırıq, amma bu məslələrdə öz tövsiyyələrimizi verməliyik. Bu tövsiyələr nəticəsində övlad öz düşüncəsində müəyyən dəyişiklik edə bilər. İnsan cəmiyyətinin azadlığının bir hüdudu olduğu kimi, ailədə də hüdudlar var. Ailə maraqları bu hüdudlardan kənarda öz yer tapmamalıdır. Ailədə mütləq qarşılıqlı inam və hörmət qorunmalıdır. Diktat mövqe yaxşı hal deyil. Sadaladığım amillər ailədə sağlam mühitin olması üçün vacib şərtdir.
- Siz uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olmusunuz. Bu müddətdə gənclərlə daha çox işləmisiniz. Eləcə də, YAP İcra katibinin müavini olaraq da gənclərlə sıx ünsiyyətdəsiniz, həm də ailədə də iki oğul atasısınız. Necə hesab edirsiniz, sizin dövrün gəncliyi ilə indiki gənclər arasında fərq hansı səviyyədədir?
- Çox dərin sualdır. Nəsillərarası ziddiyyət, nəsillərarası varislik deyilən bir anlayış var. Nəsillər bir birini əvəz edir. Bu, təkcə mexaniki əvəzetmə deyil, həm də, keyfiyyətcə əvəzetmədir. Nəsillər dedikdə, baba-nənə, övlad və nəvə, yəni bu üçlük əsas götürülməlidir. Məsələn, ata ilə oğulun həyata baxışı elə də fərqlənmir. Amma nəvə ilə babanın həyata baxışı daha çox fərqlənir. Hazırda tez-tez səslənən «Bizim vaxtımızda belə deyildi», «indiki nəsillər başqa cür düşünür» fikirləri təsadüfi deyil. Əgər indiki gənclikdən tələb etsək ki, bizim dövrün gəncliyi kimi yaşasın və düşünsün, bu doğru olmazdı. Hər nəsilin öz missiyası var. Hər nəsil də öz missiyasını yerinə yetirmək üçün fəaliyyət göstərir. Mənim gənclik illərimdə rəngli televizor, mobil telefon yox idi. İndiki kimi informasiya mübadiləsi sürətlə getmirdi. Mənim dövrüm ilə müqayisədə indiki gəncliyin düşüncəsində böyük fərq var. Məsələn, bizim o zaman müəyyən adətlərlə əlaqədar oynadığımız oyunları indiklirə heç vaxt etmirlər. İndi yeni düşüncəyə uyğun oyunlara üstünlük verilir. Dərslərə hazırlaşmaq üçün kitabxanalara gedirdiksə, indiki gənclik bir kitabxananı bir kompüterə yerləşdirir. İndi daha çox fərdiləşmə var. Əvvəllər ictimai nəqliyyatda hamının əlində kitab, qəzet var idi. İndi isə daha çox telefon var. Yəqin, bundan sonrakı nəsil indikindən bir az da fərqli olacaq.
Bizim dövrümüzdə İstanbulu, Təbrizi, Londonu görməyi yalnız xəyal edə bilərdik. Amma indi istənilən vaxt istənilən yerə getmək mümkündür. Hazırda mədəniyyətlərarsı, sivilizasiyalararası münasibətlər o qədər intensivləşib ki, indiki gənclik tamamilə əvvəlki nəsildən fərqlənir. Buna görə, indiki gəncliyi qınamaq doğru deyil. Bu, onun dövrüdür, missiyasıdır. Bu missiya milli adət-ənələlərə və milli maraqara zidd olmamalıdır. Mən indiki gəncliyə böyük inamla baxıram. Hesab edirəm ki, onlar öz tarixi missiyalarını böyük uğurla yerinə yetirəcəklər.
- Mübariz müəllim, hazırda dünyada mürəkkəb proseslər baş verir. Xüsusilə müsəlman ölkələrində gərginlik yaşanır, İslam dinini gözdən salmaq üçün kampaniyalar aparılır. Belə bir dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olundunuz...
- Bu təyinat mənim üçün gözlənilməz oldu. Biz Heydər Əliyev siyasətinin, YAP-ın əsgərləriyik. Möhtərəm Prezidentimiz İlham Əliyev hansı vəzifəni etimad göstərirsə, bu bizim üçün böyük şərəfdir. Prezidentimiz Azərbaycanın lideri kimi islam dünyasında, beyənlxalq aləmdə, dövlət başçıları arasında böyük nüfuza malik olan şəxsiyyətdir. Prezidentimizin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, bütövlükdə region, dünyadakı proseslərə də fəal münasibət bildirir. Bir çox ölkələrin başçıları Prezidentimizə lider olaraq dərin hörmət bəsləyir, region, islam dünyası ilə bağlı Onunla hesablaşırlar.
Cənab Prezident kimə etimad göstərirsə, bu həmin şəxs üçün böyük şərəfdir. Mən komitəyə sədr təyin olunana qədər tarixçi olduğum üçün, islam dünyası, eləcə də digər dinlərlə də bağlı bilgilərə malik idim. Bunlar aparacağım işlərə təsir göstərir. Bu, siyasi vəzifədir, burada mütəxəssislər çalışır. Eyni zamanda, mütəxəssislər hazırlanır. Biz Prezidentimiz tərəfindən müəyyən olunmuş siyasi xətti icra edirik. Komtənin sədri kimi Prezidentimiz İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətdə iştirak edirəm. Dövlətin digər qurumları ilə birgə hərəkət edirik. Xüsusilə Prezident Administrasiyası burada mühüm əhəmiyyətli istiqamətlər verir. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edirik, din xadimlərimizlə, dinşünas alimlərimizlə birgə çalışırıq. Komtəmizin fəaliyyət proqramı var ki, bunu həyata keçiririk.
Azərbaycan üçün vacib nədir? Ənənəvi islami dəyərləri qoruyub saxlamalıyıq. Və islama qarşı yaranmış olan islamofobiyanın mahiyyətini açmalıyıq, eyni zamanda, radikal qrupların Azərbaycanda hər hansı bir formada yer tampasına, ayaq açmasına yol verməməliyik. Çünki bizim ənənəvi islami dəyərlərimiz var. Nəsildən nəsillərə ötürülən adətlərimiz var və bunu qorumalıyıq. Bizim üzərimizə düşən bu işlər tərəfimizdən yerinə yetirilir. Prezidentimizin siyasətinin yerinə yetirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
- YAP qarşıdan gələn parlament seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib. Partiyanın İcra katibinin müavini kimi bu haqda nə deyə bilərsiniz?
- YAP istənilən vaxt seçkilərə hazır olan partiyadır. Bunu deməyə əsasımız var. Çünki partiyanın həm üzvlərinin sayı, həm keyfiyyəti, həm də bölgələr üzrə təşkilatanması yüksək səviyyədədir. Eyni zamanda, YAP-ın rəhbərliyi, şəxsən Sədrimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilir. YAP-ın ideoloji, təşkilati, beynəlxalq əlaqələr və s. istiqamətlərdə gördüyü işlər o qədər çoxdur ki, saymaqla qutarmaq olmaz. Burada tam təşkilatlanmış, güclü mexanizm var. Partiyanın bütün strukturları saat mexanizmi kimi çalışmaqdadır. Belə olan şəraitdə partiyanın seçkilərə getməsi və qələbə qazanması aksiomadır.
YAP-ın hər seçkini udmasının başlıca səbəbi partiyanın Ulu öndər Heydər Əliyevin ideyalarına söykənməsidir və Sədrimiz, Prezident İlham Əliyevin siyasətinin xalq tərəfindən birmənalı olaraq müdafiə olunmasıdır.
Bu gün Prezidentimizin siyasəti nəticəsində xalqla hakimiyyət arasında vəhdət mövcuddur. Ona görə də, YAP-ın seçkilərə qatılması o qədər çətin deyil. YAP təşviqat zamanı deməyə sözü olan partiyadır. Parlament seçkiləri ilə əlaqədar hazırlıq işləri də davam etməkdədir. Biz rayon və şəhər təşkilatları sədrlərinin toplantısını keçirmişik. Digər cari işlər də görülməkdədir. Hesab edirəm ki, namizədlərimiz seçkilərdə ciddi uğurlar əldə edəcəklər. Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək və zamanında ictimaiyyətə məlumat veriləcək.
- Xalqımız Novruz bayramı ərəfəsindədir. Bayram arzularınız nədir?
- Novruz xalqımızın ən qədim bayramlarından biridir. Bu bayramın dinlə əlaqəsi yoxdur. Bayram yeni ilin gəlişi bayramıdır. Əslində bəşəriyyətdə həmişə yeni ilin gəlişi baharın gəlişi ilə olub. Qədim Romada, Yunanıstanda, Misirdə, Hindstanda yeni ili baharın gəlməsi ilə qeyd ediblər. Çünki baharda həyat canlanır, torpaq oyanır və s. Ona görə yeni il kimi qeyd olunub.
Novruz yeni gün deməkdir. Bu, çox gözəl bayramdır. Bayram münasibətilə bütün xalqımızı, o cümlədən YAP-ın üzvlərini tədbirk edrəm, insanlara cansağlığı, uğurlar, bahar təravəti, rifah arzu edirəm. Biz güclü dövlət qurmuşuq, ölkəmiz inkişaf edir. Möhtərəm Prezidentimiz başda olmaqla Azərbaycan xalqı bu bahar bayramını yeni-yeni uğurlarla qeyd edir. Bir daha bütün ölkə vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edirəm.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

