Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Hindistan Azərbaycanla bütün sahələrdə əməkdaşlığa maraq göstərir

Hindistan Azərbaycanla bütün sahələrdə əməkdaşlığa maraq göstərir

08.04.2009 [14:38]

Səfir Debnat Şou: Biz Azərbaycanın zəngin təbii qaz ehtiyatlarından istifadə edib, Hindistanda ehtiyac duyulan olan bəzi materialları burada istehsal edə bilərik
Dövlət müstəqiyyinə qovuşduqdan sonra Azərbaycanla ilk diplomatik əlaqələr quran Asiya dövlətlərindən biri də Hindistandır. ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənib, hər iki ölkənin dövlət rəsmiləri qarşılıqlı surətdə Bakıda və Nyi-Dehlidə rəsmi səfərlərdə olub, ticarət dövriyyəsi artıb. “Bizim qonaq” rublikamızın növbəti qonağı Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Debnat Şoudur:
- Cənab səfir cari ildə, Hindistan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyası nə kimi tədbirlər həyata keçirməyi planlaşdırır?
- Doğrudur, bu ilin ikinci yarısında Nyu-Dehli şəhərində Hindistan-Azərbaycan hökumətlərarası birgə iqtisadi əməkdaşlıq komissiyasının ilk iclası keçiriləcək. İclasda iştirak etmək üçün Azərbaycan tərəfdən komissiyanın həmsədrinin rəhbərlik etdiyi hökumət nümayəndə heyətinin Hindistana səfəri planlaşdırılır. Hal-hazırda biz səfirlik olaraq Azərbaycan tərəfi ilə iki ölkə arasında əməkdaşlığı əks etdirən sənədlər üzərində çalışmalarımızı davam etdiririk.
Bu sənədlər ikiqat vergilərin aradan qaldırılması, investisiyaların qarşılıqlı qorunması və təşviqi, İKT səhəsində əməkdaşlıq, ticarət, mülki məsələrdə qarşılıqlı hüquqi yardım və digər sahələrdə əməkdaşlığı özündə əks etdirir.
ümid edirik ki, ölkəmizdə keçiriləcək parlament seçkiləri başa çatdıqdan sonra Hindistan-Azərbaycan hökumətlərarası birgə iqtisadi əməkdaşlıq komissiyasının iclasına hazırlıq işlərinə start veriləcək. Və nəzərdə tutulan vaxtadək bütün sənədlər tərəflər arasında razılaşdırılacaq, birgə komissiyanın iclasında müzakirə olunmaq üçün hazır vəziyyətə gətiriləcək.
- Cənab səfir, ümumiyyətlə, Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
- Hindistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Asiya dövlətlərindən biridir. Mən, Bakıda Hindistanın sayca artıq üçüncü səfiriyəm. Bildiyiniz kimi Nyu-Dehlidə də Azərbaycanın diplomatik nümayəndəliyi xeyli müddətdir fəaliyyət göstərir. Səfirlik ölkələrimiz arasında diplomatik münasibətlərin inkişafı üçün səylərini davam etdirir.
Düşünürəm ki, arxada buraxdığımız illər ikitərəfli əlaqələrin inkişafına öz müsbət təsirini göstərib, iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin sayı artıb, bu səfərlər zamanı Hindistanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı əks etdirən çoxlu sazişlər, anlaşma memorandumları, müqavilələr imzalanmış, əməkdaşlığın hüquqi bazasının təməli qoyulub. Lakin ölkələrimizin potensial imkanları mövcud münasibətlər daha da inkişaf etdirilməsini tələb edir. ümid edirəm ki, Nyu-Dehlidə keçiriləcək hökumətlərarası birgə komissiyanın iclası, eləcə də digər yüksək səviyyəli görüşlər və imzalanacaq sənədlər ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müəyənləşdirəcək və bu əməkdaşlığa yeni təkan verəcək.
- üç il bundan əvvəl Hindistanın neft naziri Bakıda səfərdə olarkən qəzetimizə müsahibə verdi. Bizimlə söhbətdə o, bildirdi ki, Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük maraq göstərir. Bəs bu istək hələ də qüvvəsində qalırmı?
- Hindistan Azərbaycanla bütün sahədə əsməkdaşlığa maraq göstərir. Təbii , Azərbaycan, neft və qaz hasil edən ölkə olduğundan, bizim bu istəyimiz əlbəttə ki, hələ də qüvəsindədir. Yeri gəlmişkən qeyd edim ki, ötən il Hindistan Ceyhan limanından Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında üçücü yerdə olub.
Hindistan şirkətləri Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlıq etmək niyyətindədirlər. Bu istəyin gerçəkləşməsi isə daha çox Azərbaycan tərəfindən asılıdır.
- Bir qədər də konkretləşdirsək, belə aydın olur ki,Hindistan tərəfi Azərbaycanda neft yataqlarının birgə istismarında payçı kimi çıxış etmək niyyətindədir?
- Tamamilə doğrudur. Hindistanın aparıcı neft şirkətlərindən olan OVYEL şirkəti Azərbaycanda neft yataqlarının birgə istismarına böyük maraq göstərir. Qarşıdakı aylarda şirkət təmsilçilərinin Bakıya səfərləri planlaşdırılır. Dövlət neft şirkətinin rəsmiləri ilə görüşlərdə neft yataqlarının birgə istismarı ilə bağlı perspektiv planların müzakirə edilməsi planlaşdırılır.
- Hindistan şirkətləri daha çox dənizdəki strukturlarda işləmək üçün ixtisaslaşıblar, yoxsa quruda?
- Doğrusu Hindistan tərəfi indiyədək Azərbaycanda dənizdəki yataqlardan hasil olunan nefti idxal edib və onun çox yüksək keyfiyyətli olmasından xəbəbdardır. Odur ki, bizim şirkətlər də dənizdə yerləşən neft yataqlarının birgə istismarına maraq göstərirlər. Buna baxmayaraq, düşünürəm ki, əgər Azərbaycan tərəfi gələcəkdə qurudakı yataqların birgə istismarını təklif edərsə, hind şirkətləri böyük məmuniyyətlə həmin təklifi də qəbul edirlər.
Yeri gəlməşkən qeyd etmək istərdim ki, əvvəlki illərdə Hindistanın neft şirkətlərindən biri Azərbaycandakı neft yataqlarından birinin istismarı ilə bağlı danışıqlarda iştirak edib. Doğrudur, bu danışıqlar, birbaşa ARDNŞ ilə deyil, başqa bir şirkətlə aparılıb. Nədənsə aparılan danışıqlar hind tərəfi üçün heç də müsbət nəticələnmədi. Amma biz ümidimizi itirmirik. Hesab edirik ki, iki ölkə arasında əməkdaşlığımız çox yaxın illərdə məhz enerqetika səhəsini də əhatə edəcək.
Hindistan şirkətləri energetika sahəsindəki öz bilik və bacarıqlarının Azərbaycanda da tətbiq etmək niyyətindədirlər. ötən ay hökumətimin etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyev cənablarına təqdim edərkən, Hindistanda çox maraq doğuran bir məsələni də onun diqqətinə çatdırdım. Biz Azərbaycanın zəngin təbii qaz ehtiyatlarından istifadə edib, Hindistanda ehtiyac duyulan olan bəzi materialları burada istehsal edə bilərik.
- Maraqlıdır, bəs söhbət nədən gedir?
- Bir misal söyləyəcəyəm. Hazırda Hindistan şirkətləri Oman və Əlcazair kimi ölkələrdə neft-qaz yataqlarının istismarı, eləcə də qazın emalı ilə məşğul olurlar. Emal prosesində yaranan tulalantılardan gübrələr istehsal olunur. Həmin gübrə Hindistana aparılaraq kənd təsərrüfatı sahəsində istifadə olunur. Bu təcrübəni Azərbaycanda da tətbiq edə bilərik. Qeyd edim ki, Hindistan şirkətləri, bir qayda olaraq, birgə müəssisələrdə ən böyük sərmayə payına sahib olurlar, investisiya yatırımda xəsislik etmirlər.
Yuxarıda sadaladığım model Azərbaycan üçün də əlverişli ola bilər. Bunun üçün hər iki tərəfdən olan mütəxəssislərin görüşməsi lazımdır. Bir sözlə, Hindistan şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa böyük maraq göstərirlər. ümid edirəm ki, iqtisadi əməkdaşlığa dair hökumətlərarası birgə komissiyanın qarşıdakı iclası ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.
- Cənab səfir, müsahibə üçün sağ olun.
- Mən də öz növbəmdə, qəzetiniz vasitəsi ilə bütün Azərbaycan xalqına , çoxminli oxucu auditoriyanıza öz salamlarımı çatdırıram.
Səlim Loğmanoğlu
Paylaş:
Baxılıb: 1198 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31