Qalmaqallı qanun qəbul edildi...
18.05.2024 [11:15]
ABŞ Prezidenti veto hüququndan istifadə edəcəkmi?
N.BAYRAMLI
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Cozef Baydenin administrasiyasından İsrailə fasiləsiz silah tədarükünü təmin etməyi tələb edən qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 224 konqresmen çıxış edib, 187 nəfər isə əleyhinə səs verib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirmişdi ki, ölkə ABŞ-ın köməyi olmadan Qəzzada qalib gələ bilər. Lakin Ağ Ev bəyan etmişdi ki, ABŞ Rəfahda hərbi əməliyyatların başlayacağı təqdirdə İsrailə bir sıra silahlar verməyəcək. Buna görə də, hələ öncədən Nümayəndələr Palatasının təqdim etdiyi qanuna Prezident Co Baydenin veto qoymaq niyyətində olduğu bildirilirdi. Bu barədə “The Hill” qəzeti Ağ Evə istinadən xəbər yaymışdı. Qanun layihəsi israilliləri dərhal müdafiə vasitələri ilə təmin etməyə çağırır, Baydenin təchizatı dayandırmaq qərarını pisləyir və İsrailin özünümüdafiə hüququnu təsdiqləyir.
Belə bir şəraitdə “The Wall Street Journal” (WSJ) məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə dəyəri 1 milyard dollardan çox olan yeni silahların verilməsi təklifi üzərində işləyir. Məlumata görə, buna 700 milyon dollarlıq tank sursatları, 500 milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatan mərmiləri daxildir. Nəşrin qeyd etdiyi kimi, silah tədarükünü davam etdirmək qərarı Baydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirmək istəmədiyini göstərir. Göründüyü kimi, bir tərəfdən Baydenin Nümayəndələr Palatasının qəbul etdiyi qanuna veto qoyacağı bildirilsə də, digər tərəfdən ABŞ administrasiyası yaxın müttəfiqi olan İsraili silahlandırmaqda davam edir. Əslində, sözügedən qanunla bağlı Bayden administrasiyası veto qərarı ilə İsrailə müəyyən silahların verilməsinin bloklanmasını nəzərdə tutur. Yəni burada İsrailə silah göndərilməsinin tamamilə dayandırılmasından söhbət getmir. Bu səbəbdən də, qanuna veto qoymaq istəyən Bayden paralel olaraq İsrailə 1 milyard dollarlıq silah tədarük edilməsini nəzərdən keçirir.
Ümumiyyətlə, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında uzun illərdir ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Müəyyən beynəlxalq güclər bu regionda münaqişənin davam etməsinə maraqlıdır. Burada əsas rolu isə ABŞ oynayır. Ötən ilin oktyabrında münaqişənin yenindən alovlanmasından sonra rəsmi Vaşinqton digər ölkələrin sülh təşəbbüslərinin qarşısını alır, eləcə də yüksək rəsmi şəxslər region ölkələrinə səfər edərək onları vəziyyətə müdaxilə etməmək üçün təhdid edir.
Bu arada Baş nazir Binyamin Netanyahu ABŞ-ın dəstəyi olmadan da Rəfahda əməliyyat keçirməsini istisna etməyib: “Ümid edirəm ki, Birləşmiş Ştatlar ilə ortaq anlaşmaya gələ bilərik, onlarla danışırıq, lakin son nəticədə millətimizin həyatını qorumaq üçün etməli olduğumuzu edirik”. O, Rəfahdakı hərəkətlərlə bağlı ABŞ ilə fikir ayrılıqlarını etiraf edib, lakin deyib ki, İsrailin səyləri ölkənin yaşaması və gələcəyini təmin etmək üçün zəruridir.
Netanyahu həmçinin qeyd edib ki, Qəzza zolağında hakimiyyətin ötürülməsi üçün əsas şərt Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsidir. Baş nazir yayımladığı videomüraciətdə bildirib: “Qəzza zolağında hakimiyyətin başqasına təhvil verilməsinin hazırlanmasının ilk şərti HƏMAS-ın məhv edilməsidir. Bunu bəhanəsiz etmək lazımdır”. Netanyahu əlavə edib ki, 2023-cü il oktyabrın 7-də baş vermiş dəhşətli qırğından sonra hərəkatın məhv edilməsi əm?ini verib: “Nə qədər ki, HƏMAS yerində qalacaq, başqa heç kim Qəzzada mülki idarəçiliyi öz üzərinə götürməyəcək”. Qeyd edək ki, bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qallant da keçirdiyi mətbuat konfransı zamanı HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağında İsrailin hərbi və mülki idarəçiliyinin tətbiqinə qarşı çıxış edib və gələcəkdə anklavı idarə etmək üçün yerli, düşmən olmayan alternativin yaradılmasına çağırıb.
Bir sıra dövlətlər bölgədə atəşkəsin elan olunmasına, tərəfləri sülhə gəlməyə çağırır. Türkiyə, regiondakı ölkələr, xüsusilə, Qətər, Misir və Səudiyyə Ərəbistanı sabitliyin bərpası üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Amma ortada müsbət nəticə yoxdur. Bugünlərdə Dohada keçirilən Qətər İqtisadi Forumunda Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib ki, Qəzza zolağında atəşkəs danışıqları fələstinli məcburi köçkünlərin əksəriyyətinin sığındığı Rəfahda İsrailin başlatdığı əməliyyat səbəbindən dalana dirənib: “Son bir neçə həftədə biz müəyyən impuls görürdük, lakin təəssüf ki, danışıqlar prosesi düzgün istiqamətdə getmədi. Biz indi demək olar ki, tamamilə dalana dirənmiş vəziyyətdəyik. Rəfahla bağlı baş verənlər bizi geri atdı”.
Görünən odur ki, müəyyən beynəlxalq güclər Yaxın Şərqdə sülhün təmin olunmasını istəmir. Bu səbəbdən də, regionda qanlı hadisələr səngimir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

