Prezident mükafatına layiq görülmək qürurlu və məsuliyyətlidir
08.02.2023 [11:07]
Günel ABBAS
Müsahibimiz Vətəndaş cəmiyyətində debat ictimai birliyinin sədri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, Prezident mükafatçısı Ülviyyə Axundovadır.
- Prezident mükafatı ilə təltif olunmağınız münasibətilə təbrik edirik. İstərdik bizə bu günəqədərki fəaliyyətiniz barədə qısa məlumat verəsiniz...
- Təbriklərinizə görə təşəkkür edirəm. Belə bir mükafata layiq görülmək olduqca qürurlu, xoş və məsuliyyətlidir. Bu mükafata layiq gördüyünə görə, Prezident İlham Əliyevə minnətdarlığımı bildirir, gənclərə göstərdiyi böyük etimada görə təşəkkür edirəm. Fəaliyyətimə bir çox təşkilatlarda başlamışam. Bu gün sədrlik etdiyim ictimai birlik isə milli debat proqramı, sahibkarlıq və startap bacarıqlarının inkişafında gənclər üçün müxtəlif layihələr həyata keçirir. Biz fəaliyyətimizi ölkənin müxtəlif bölgələrində həyata keçiririk. Yay aylarında ucqar kəndlərə səfər edib şagirdlər üçün bərabər təhsil imkanları yaradan istiqamətlər seçirik. Bütün bu fəaliyyətimizə verilən dəyər - mükafat bizdə sadəcə qürur və məsuliyyət hissi yaradır.
- Bu gün ölkə rəhbərinin də birbaşa iştirakı ilə gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir. Gənclər siyasətinin formalaşması, inkişaf dinamikası bir gənc kimi sizin təsəvvürünüzdə necədir?
- Gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu üçün çox sağlamdır. Hansı ki, həmin dövr Azərbaycan üçün çətin idi. Buna baxmayaraq Heydər Əliyev ölkəmizin gələcəyini gənclərdə gördüyündən gənclər gününün təsis edilməsi, gənclər siyasətinin əsasının qoyulmasında böyük təşəbbüslər göstərmişdi. Bu gün gənclər siyasəti onun layiqli siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirdiyimiz layihələrin hər birində Heydər Əliyev irsi xüsusi olaraq qorunub saxlanır, milli mənəvi dəyərlərə diqqət olunur, vətənpərvərlik istiqamətində işlərə önəm verilir. Eləcə də Azərbaycan gənclərinin ön və arxa cəbhədə uğurunun nəticəsi bilavasitə gənclər siyasəti ilə bağlıdır. Qarabağı azad edən gənclər Prezidentimizin rəhbərliyi dövründə yetişən gənclərdir.
-Gənclər siyasətinin həyata keçirilməsində hansı yenilikləri görmək istəyirdiniz?
- Gənclər siyasəti sahəsində kifayət qədər yeni və əhatəli layihələrin həyata keçirildiyini müşahidə edirik. Çox xoşdur ki, artıq milli-mənəvi dəyərlərə sadiq qalan və ümummilli çağırışlara da cavab verən bir proqram var. Bu ildən etibarən biz region gəncləri ilə daha çox silsilə tədbirlər həyata keçirilməsini görürük. Bundan əlavə olaraq təmsilçilik məsələsinə xüsusi diqqət göstərilir. Bu da olduqca əhəmiyyətlidir, çünki Azərbaycan gəncləri qalib ölkənin gəncləri kimi fərqlənməlidirlər. Biz gənclər də ölkəmizi ən yaxşı şəkildə təmsil etməliyik. Bundan əlavə olaraq gənclərin məşğulluqla bağlı məsələlərini həyata keçirmək, onların bilik və bacarıqlarını təkmilləşdirmək istiqamətində mühüm layihələr var. Bizim təşkilat da öz fəaliyyətini məhz bu istiqamətdə davam etdirir. Respublika üzrə gənclərin bilik və bacarıqlarının artırılması, təmsilçiliklərinin, karyeralarının qurulması istiqaməti üzrə müxtəlif proqramlarla fəaliyyətdə oluruq.
- Qeyd etdiyimiz kimi, ölkə başçısının özü də gənclər siyasətinə xüsusi önəm verir. Ötən il Gənclər Gününün 25 illiyinə həsr olunmuş Forumda Prezidentin də iştirak etməsi buna bir nümunədir. Həmin tədbirdə siz də iştirak etmişdiniz..
- Cənab Prezidentlə görüşdə olmaq çox qürurlu idi. Səhv etmirəmsə, üç saatlıq görüş oldu. Burada Prezident gənclərin suallarını geniş şəkildə cavablandırırdı. Mənim sualım informasiya müharibəsi ilə bağlı idi. Bildiyimiz kimi, Qarabağ müharibəsi dövründə Azərbaycan gəncləri informasiya müharibəsində də çox aktiv idilər. Prezident bu fəaliyyəti dəstəklədiyini bildirdi və qeyd etdi ki, bu aktivlik daha da artırılmalı, həqiqətlər dünyaya çatdırılmalıdır. Bu mənada həmin Forum Azərbaycan gənclərinin gələcək yol xəritəsini müəyyənləşdirirdi. Bu görüşdən sonra biz prioritet istiqamətlərin və gənclərdən gözləntilərin hansı istiqamətdə olduğunu özümüz üçün müəyyənləşdirdik.
- Vətən müharibəsində informasiya savaşında iştirak edənlərin əksəriyyəti könüllülərdən ibarət idi. Özünüz də bir müddət könüllü kimi fəaliyyət göstərmisiniz. Bu mənada gənc könüllülərə hansı tövsiyələriniz olardı?
- Könüllülük ürəkdən gələn və tamamilə Azərbaycan mentalitetinə xas olan bir anlayışdır. Biz multikultural xalqın nümayəndələriyik. Könüllülərə tövsiyə edərdim ki, qarşılıq gözləmədən fəaliyyətlərini davam etdirsinlər. Bu gün Qarabağın dirçəliş prosesində, ağacəkmə işlərində gənclər iştirak edir. Artıq Qarabağ könüllüləri proqramı yaranıb. Eləcə də bu gün Laçın – Xankəndi yolunda aksiya təşkil edənlər də bizim könüllülərdir. Onlar ekologiyamızın qorunması üçün öz səslərini çatdırırlar. Bu mənada könüllülərə tövsiyəm odur ki, Azərbaycanın rifahı üçün hər yerdə öz kiçik imzalarını atsınlar.
- İctimai birlikdəki fəaliyyətiniz barədə danışdıq. Siz həm də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvüsünüz. Bu istiqamətdə fəaliyyətiniz nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra partiyamızın Gənclər Birliyinin 30 nəfərdən ibarət heyəti toplandı. Çox xoş və qürurludur ki, mən də bu heyətin üzvlərindən biriyəm. Gənclər Birliyi Yeni Azərbaycan Partiyasının istiqamətinə və yeni çağırışlara uyğun olaraq yeni layihələr həyata keçirir. Burada əsas məqsəd həm partiyamıza üzv olan, həm də bitərəf gəncləri bir araya gətirməkdən ibarətdir. Burada həyata keçirilən layihələr istiqamətində mənim də təşkilat hissəsində olduğum davamlı inkişaf məktəbini misal göstərmək istərdim. Rəqəmsal ideya müsabiqəsini və bir çox ölkədə keçirilən vacib forumları da qeyd etmək lazımdır. Bunların hər birində məqsəd həm partiyamızın ideologiyasını yaşatmaq, həm də gələcək nəsillərə ötürməkdən ibarətdir. Bir xoş məqamı da xüsusi qeyd etmək istərdim. Yaxın zamanlarda YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdu, səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətini qəbul etmişdi. Bu, iki ölkə prezidenti arasında olan qardaşlıq əlaqələrinin və ölkələrimiz arasında bütün sahələrdə mövcud olan dostluq münasibətlərinin təzahürüdür. Bu da həm bizim partiyamıza, həm də Gənclər Birliyinə göstərilən dəyərin nəticəsidir. Həmkarlarımızın orada iştirakını görmək bizdə çox müsbət təəssüratlar yaratdı.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

