Sülhün bir addımlığında...
13.06.2024 [10:10]
İrəvan sənədi imzalamağa hazırdır?
Ermənistan regional kommunikasiyaların açılmasına razılıq verməyə məcburdur
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bütövlükdə regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən təşəbbüsləri həmişə nəzərdən keçirir. Ölkəmiz hər zaman sülhə sadiqlik göstərib, məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdar kimi çıxış edib. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi də məhz ölkəmizin təşəbbüsü ilə başlayıb.
2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarşıdakı mərhələ isə regionda təhlükəsizlik mühitinin formalaşması istiqamətində olmalıdır. Ermənistanın sülhlə bağlı real konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə sülh sazişini imzalamaq mümkündür. Artıq rəsmi İrəvan tərəflər arasında sülh sazişinin imzalanmasının vaxtının çatdığını anlamağa başlayıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün jurnalistlərə açıqlamasından da görmək mümkündür. Paşinyan parlamentdə KİV nümayəndələrinin suallarını cavablandırarkən deyib ki, biz bir ay ərazində sülh sazişini imzalamağa hazırıq. Onun fikrincə, sülh sazişi layihəsinin mövcud mətni olduqca yetkindir. Paşinyan mətnə düzəlişlər edilə biləcəyini də vurğulayıb.
Xatırladaq ki, erməni tərəfi sülh sazişi layihəsinin mətnini bu ayın əvvəlində Azərbaycana təqdim edib. Bunu iyunun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə keçirilən birgə mətbuat konfransında təsdiqləmişdi. “Bir neçə gün öncə biz Ermənistan tərəfindən yeni layihə aldıq. Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - deyə nazir vurğulamışdı. Halbuki, 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə bir sıra məsələlərin açıq qaldığı bildirilmişdi. Görüşlə bağlı verilən rəsmi açıqlamada “Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar” fikirləri bəzi istiqamətlərdə razılaşdırılmamış məqamların qaldığına bir işarə idi. Lakin bu görüşdən sonra saziş üzrə layihənin qarşılıqlı mübadiləsi nəticəsində tərəflərin daha da yaxınlaşması, razılaşdırılmamış məqamların bəzilərinin həll edilməsi mümkün görünür. Həm Azərbaycanın XİN başçısının, həm də erməni tərəfinin son açıqlamaları da bunu deməyə əsas verir.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Paşinyanla yanaşı, xarici işlər naziri Ararat Mirzoyan da sülh prosesi ilə bağlı açıqlama verib. Mirzoyan bildirib ki, Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalanması üçün real imkan var: “Bir daha təsdiqləmək istərdim ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması və 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası prosesinə sadiqdir. Sülh sazişinin layihəsini başa çatdırmaq üçün real imkan, tarixi şans var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”. O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.
Burada vacib məqamlardan biri Mirzoyanın regional kommunikasiyaların açılmasına diqqət çəkməsidir. Hətta baş nazir Paşinyan ötən gün parlamentdə jurnalistlərə açıqlamasında sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasını mümkün hesab etdiyini deyib. Bu, o deməkdir ki, artıq rəsmi İrəvan kommunikasiyaların açılmasının özü üçün nə qədər faydalı olduğunu dərk etməyə başlayır. Çünki kommunikasiyalar açılmadan Ermənistan blokada da qalmaqda davam edəcək ki, bu da ölkənin iqtisadiyyatının itirilməsi deməkdir. Əslində, regional kommunikasiyaların açılması Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən biridir. Rəsmi İrəvan götürdüyü öhdəliklərə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin etməlidir. Lakin indiyə qədər erməni tərəfi bunun reallaşmasına əngəl törədib. Son vaxtlar isə Ermənistan rəsmilərinin verdiyi pozitiv açıqlamalar rəsmi İrəvanın Azərbaycanın şərtləri əsasında kommunikasiyaları açmaqdan başqa çarəsinin olmadığını göstərir.
NARDAR
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

