BMT-nin Ali Komissarı, yoxsa erməni lobbisinin “əsiri?
28.06.2024 [10:05]
İcma: Volker Türk Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət yetirməlidir
Nardar BAYRAMLI
Müəyyən beynəlxalq dairələr Azərbaycana qarşı qərəzli kampaniyaları davam etdirir. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra bu istiqamətdə “fəallıq” artıb. İş burasındadır ki, beynəlxalq hüquqdan və insan haqlarından danışan dairələr bəzən bu amilləri görməzdən gəlirlər. Bu da ikili standartların bariz nümunəsidir. Bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün yanaşmasından da aydın görmək mümkündür.
Belə ki, Ermənistanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Armen Gevorgyan Volker Türkdən Azərbaycanda saxlanılan “erməni əsirlərin”, o cümlədən Qarabağın erməni separatçılarının rəhbərləri ilə bağlı mövqeyini soruşub. Ali Komissar isə “Aydındır ki, keçən il ermənilərin Qarabağ ərazisindən köçməsi hamımızı narahat edirdi. Baş verənlərlə bağlı daha çox məlumat əldə etmək üçün biz Ermənistanda bir sıra missiyalara başladıq. Biz həll yollarını tapmaq üçün həm Azərbaycan, həm də Ermənistanla dialoq aparırıq. Təbii ki, geri qaytarmaq hüququ var, mülkiyyətə hörmət etmək, qorumaq hüququ var”,-deyə cavab verib. Əslində isə BMT rəsmisi bu suala cavab olaraq, Azərbaycanda saxlanılanların hərbi cinayətkarlar olduğunu söyləməli, Ermənistanın 30 illik işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlıların doğma yurdlarında yaşamaq hüququndan məhrum edildiyi və onların hüquqlarının bərpasının vacibliyini vurğulamalı idi. Digər tərəfdən, separatizm beynəlxalq hüquqda da cinayət hesab olunur. Lakin buna baxmayaraq, BMT-nin Ali Komissarı beynəlxalq hüquqa istinad etmək əvəzinə, cinayətkar ermənilərin qaytarılmasının mümkünlüyündən, Qarabağı könüllü tərk edən ermənilərin mülkiyyət hüququndan və s. danışıb.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması bəyanat verərək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün 2023-cü ilin sentyabr ayında baş vermiş hadisələrə dair qərəzli fikirlər səsləndirməsi ilə bağlı təəssüfünü ifadə edib. Qərbi Azərbaycan İcması Volker Türkü insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Qərbi azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət verməyə və bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ermənistanla dialoqunun tərkib hissəsinə çevirməyə çağırıb.
Qeyd edək ki, V.Türkün ermənipərəst mövqe sərgiləməsi ilk dəfə deyil. Hələ ötən ilin əvəlində Laçın-Xankəndi yolunda azərbaycanlı vətəndaş cəmiyyəti fəallarının dinc aksiyası zamanı da BMT rəsmisi qərəzli açıqlama vermişdi. Görünən odur ki, BMT kimi dünyanın ən böyük təşkilatının nümayəndəsi də erməni lobbisinin “əsirinə” çevrilib. Əgər belə olmasaydı, V.Türk Ermənistanın 30 illik işğalçı siyasəti dövründə törətdiyi beynəlxalq və müharibə cinayətlərinə səssiz qalmazdı. Hansı ki, erməni tərəfinin cinayətləri bəşəriyyətə qarşı yönəlmiş cinayətlər sırasındadır. Ali Komissarın öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri isə 71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla mülki şəxslərdir.
Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı iddialara gəlincə, xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Həbsdə olan ermənilər isə müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunurlar. Onlarla bağlı istintaq prosesi davam edir və kifayət qədər faktlar var. Cenevrə Konvensiyalarına, habelə, ümumilikdə, beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir.
Bütün bunları nəzərə alaraq, beynəlxalq təşkilatların yüksək rütbəli məmurları hər hansı bir bəyanat verməzdən əvvəl ilk növbədə əsaslanmış və etibarlı mənbələrə istinad etməlidir. Lakin V.Türk kimilər qərəzli mövqeyi onların təmsil etdikləri təşkilatın nüfuzuna ciddi xələl gətirir, həmçinin onların obyektivliyinə əsaslı şübhələr yaradır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

