Xəyallardan reallığa...
02.07.2024 [09:50]
Qarabağa gediş-gəliş daha asan olacaq
Vətən müharibəsində şanlı Zəfərə imza atan qalib Azərbaycan sırf öz gücünə, daxili imkanlarına arxalanmaqla addım-addım əsas hədəflərindən birinə yaxınlaşır. Söhbət işğaldan azad olunan 11 min kvadratkilometr ərazinin sürətlə bərpasından və məskunlaşdırılmasından gedir. Göz önündə yeni bir Qarabağ formalaşır. Dünya Prezident İlham Əliyevin “Biz ermənilərin viran qoyduqları, hər şeyi dağıtdıqları bu əraziləri Yer üzünün ən gözəl guşəsinə çevirəcəyik” vədinin necə sürətlə və yüksək səviyyədə yerinə yetirildiyinin şahidi olur.
“Yolumuz Qarabağa”
Bu günlərdə otuz il ərzində doğma insanlarından ayrı düşən, yad əllərdə qalan Qarabağımızla bağlı yeni müjdə almışıq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.
Bu barədə məlumatı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kiloqrama qədər əl yükü və 23 kiloqrama qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.
Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad edilmş ərazilərə gediş-gəlişin intensivliyi getdikcə artır. Bunu bir tərəfdən ayrı-ayrı ünvanlarda həyata keçirilən bərpa-quruculuq işlərinin və əhalinin məskunlaşdırılmasının əhatə dairəsinin genişlənməsi şərtləndirir. Digər tərəfdən isə soydaşlarımızın üç onillik ərzində düşmənin işğalı altında qalan doğma şəhər və kəndlərimizi görmək, o yerlərə səyahət etmək istəkləri böyükdür. Bu kimi amillər nəzərə alınmaqla vətəndaşlara “Yolumuz Qarabağa” portalı üzərindən müvafiq qaydada icazə almaqla şəxsi minik avtomobilləri ilə Qarabağın ayrı-ayrı guşələrinə getmək imkanı yaradılıb. Eyni zamanda, bir sıra şəhərlərə paytaxtdan müntəzəm avtobus reysləri açılıb. Bu siyahıda Füzuli şəhəri də var. İşğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysi məhz Füzuliyə açılıb. Bu münasibətlə keçirilən tədbir 25 iyun 2022-ci il tarixində baş tutub.
Bakıdan Füzuliyə baş tutan ilk uçuş
Bir vaxtlar biz Şuşaya, Laçına, Xankəndinə, Ağdama və digər tarixi torpaqlarımıza səyahət edəcəyimizi xəyalımıza belə sığışdıra bilməzdik. Arzularımız Qarabağla sıx bağlı olsa da, bilirdik ki, işğal faktına görə babalarımızın, ulu əcdadlarımızın ruhları dolaşan o yerlərə getmək mümkünsüzdur. Vətən müharibəsində Müzəffər Ordumuzun qazandığı parlaq Qələbə sayəsində indi bizim belə bir imkanımız var.
Füzuli Hava Limanının inşası isə bütün dünya üzrə bir rekord sayıla bilər. Prezident İlham Əliyev 14 yanvar 2021-ci il tarixində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Beynəlxalq səviyyəli hava limanının açılışı isə həmin il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. 2021-ci il sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Həmin təyyarəyə simvolik olaraq “Qarabağ” adı verilib. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə ilk uçuş müddəti 35 dəqiqə olub. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də həmin gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Füzuli Beynəlxalq Hava Limanı ən müasir standartlar nəzərə alınmaqla inşa olunub. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə tam təchiz olunub. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi də yüksək səviyyədə aparılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olub. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Qarabağın üç hava qapısı
İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan mətbuatında Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına gücü çatmayacağı və bundan ötrü onilliklər lazım gələcəyi barədə dezinformasiya xarakterli məlumatlar dərc olunurdu. Ancaq qalib Azərbaycan həmin ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. Eyni zamanda, Prezident İlham Əliyev Qarabağda üç ünvanda beynəlxalq səviyyəli hava limanlarının inşası ilə bağlı tapşırıqlarını verdi. Bərpa proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə üç hava limanının yaradılması Azərbaycanın niyyətindən və güclü potensialından xəbər verir.
Füzulidən sonra daha bir beynəlxalq səviyyəli hava limanının inşası Zəngilanda reallaşdırıldı. Yenə də iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin dövlət başçılarının iştirakı ilə 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Sayca üçüncü hava limanının inşası isə hazırda Laçın rayonunun ərazisində intensiv şəkildə davam etdirilir.
Füzulidə, Zəngilanda və Laçında olmaqla üç beynəlxalq səviyyəli hava limanının inşası bir sıra nöqteyi-nəzərdən önəmlidir. Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, respublikamız üçün strateji önəm daşıyır. Məlumdur ki, bəhs olunan ərazilər çətin keçilən reylef şəraitinə malikdir. Xüsusilə qış aylarında buraya nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşir. Qarabağda üç məkanda yaradılan hava limanları yenidən qurulan yüksək səviyyəli yollarla birlikdə bu çətinliyə birdəfəlik son qoyacaq və yayda, isti havalarda olduğu kimi, qış aylarında da Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana və digər yaşayış məntəqələrinə gediş-gəlişi mümkün edəcək, burada ölkəmizin hərbi mövcudluğunu daha da möhkəmləndirəcək. Hazırda Qarabağda fəaliyyətdə olan Füzuli və Zəngilan hava limanları işğaldan azad edilmiş ərazilərin bərpası üçün tələb olunan yüklərin daşınmasında mühüm rol oynayır. Eyni zamanda, ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya edilən hava limanları yeni yaradılacaq Zəngəzur Dəhlizinin çox mühüm həlqələrini təşkil edəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52

