“Əli Əhmədov Ümummilli liderimiz Heydər Əliyevin ən uğurlu kadr seçimlərindən biridir”
09.10.2012 [01:36]
Son günlər fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə eks millət vəkili Gülər Əhmədova arasında məlum videogörüntü məsələsi gündəmin əsas müzakirə predmetlərindən birinə çevrilib. Vurğulamaq yerinə düşər ki, artıq hüquq-mühafizə orqanları məsələ ilə bağlı istintaq işi başladıb və araşdırmalar aparılır. Qeyd edək ki, bu video kadrlar ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı və cəmiyyətin tanınmış simaları, dövlət rəsmiləri bu dələduzluq hadisəsi ilə bağlı açıqlamalar verdilər. Maraqlıdır ki, bu açıqlamalardan sonra həmin kadrlarda əks olunanlar şantaj yolunu seçərək bir sıra yersiz fikirləri ilə yenidən gündəmə gəlmək istəyir, bəzi insanlara şər-böhtan atırlar.
Məsələyə münasibət bildirən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov qəzetimizə açıqlamasında deyib ki, YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov haqqında Gülər Əhmədovanın danışmağa mənəvi haqqı çatmır. K.Kərimov bildirib ki, YAP-ın İcra katibi Əli Əhmədov cəmiyyət tərəfindən tanınan, hörmət olunan, öz fəaliyyəti və dövlətçiliyimizə xidməti ilə seçilən insanlardandır. Bu baxımdan, Gülər Əhmədova kimilərinin yersiz açıqlamaları yalnız uğursuzluqla müşayiət oluna bilər: “Mən xüsusilə vurğulamaq istəyirəm ki, Əli Əhmədov Ümummilli liderimiz Heydər Əliyevin ən uğurlu kadr seçimlərindən biridir. Bir məqamı diqqətdən qaçırmaq olmaz ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafında xüsusi yeri olan Yeni Azərbaycan Partiyasına İcra katibi vəzifəsinə seçdiyi kadrı-Əli Əhmədovu 400 min nəfər partiya üzvünün içindən seçmişdi. Çünki millət vəkili Əli Əhmədov təsadüfi seçim deyildi. Ulu öndər Heydər Əliyevi Azərbaycana hakimiyyətə dəvət edən 91 nəfər vətənpərvər ziyalılarımızdan biridir”.
K.Kərimov bildirib ki, məhz Əli Əhmədov YAP İcra katibi vəzifəsinə seçildikdən sonra partiyada nizam-intizam, səliqə-səhman, mütəşəkkillik, birlik daha da gücləndirilib: “Əli Əhmədov kristal kimi təmiz insandır. Mənim Əli Əhmədovun şəxsiyyətinə, vətənpərvərliyinə, dövlət üçün xidmətlərinə, gözəl alimliyinə böyük hörmətim var. Gülər Əhmədova kimilərinin Əli Əhmədov haqqında belə açıqlamaları, tərbiyəsiz hərəkəti yolverilməzdir. Mən, eyni zamanda, Gülər Əhmədovaya havadar çıxan məmurlara xəbərdarlıq edirəm ki, belə hərəkət etməsinlər, onu himayə etməkdən çəkinsinlər. Çünki bu ayıbdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15

