Fransanın “Frankofoniya” layihəsi nəyə xidmət edir?
12.07.2024 [10:07]
İcma: Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün
Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə edir
Müəyyən beynəlxalq dairələr Azərbaycana qarşı qərəzli kampaniyaları davam etdirir. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra bu istiqamətdə “fəallıq” artıb. İş burasındadır ki, beynəlxalq hüquqdan və insan haqlarından danışan dairələr bəzən bu amilləri görməzdən gəlirlər. Bu da ikili standartların bariz nümunəsidir. Belə mövqe sərgiləyən qurumlardan biri də Beynəlxalq Frankofoniya Təşkilatıdır.
Mediada yayılan məlumatlara görə, bugünlərdə Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı “etnik təmizləmədə” ittiham edən qətnamə qəbul edib. Əlbəttə, təşkilatın bu qətnaməsi tamamilə həqiqətdən uzaq və yalandır. Bu təşkilatın Fransanın himayəsində olduğunu nəzərə alsaq, ölkəmizə qarşı qərəzi anlaşılandır. Çünki Fransa hər zaman işğalçı Ermənistanı dəstəkləyib və bu gün də onun yanındadır. Qeyd edək ki, bu təsisat “fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institusional mexanizmdir”. Amma yaranışdan hədəfi fransız dilinin, mədəni müxtəlifliyin populyarlaşdırılması, peşəkar kadrların hazırlanması, ali təhsil və elmi araşdırmaların dəyişdirilməsi olsa da, 2005-ci ildən, bilavasitə Fransanın təşəbbüsü ilə “əməkdaşlıq istiqamətləri”nin sayı artırılıb. Rəsmi statistikaya görə, Ermənistan məktəblərinin, orta ixtisas və ali təhsil müəssisələrinin 76 faizində ingilis, 14 faizində fransız, 10 faizində isə alman dili tədris olunur. Parisin “erməni sevgisi” o qədər yüksəkdir ki, Ermənistanı bu təşkilata qəbul etməklə kifayətlənməyib, hətta 2018-ci ilin oktyabr ayında Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşü İrəvanda keçirilib. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, guya dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Elə əsl problem də buradan başlanır. BFT-nin növbəti zirvə görüşünün başqa bir ölkənin beynəlxalq müstəvidə tanınmış sərhədlərini pozmuş, minlərlə günahsız insanı qətlə yetirmiş bir dövlətin ərazisində keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə açıq-aşkar ciddi ziddiyyət təşkil edirdi. Axı soyqırımı törətmiş, təcavüzkar, terrorçu bir dövlətlə bu təşkilata üzv olan digər dövlətləri bir-biri ilə hansı “ortaq dəyərlər” yaxınlaşdıra, bağlaya bilər? Digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin keçirilməsi qərarının özü riyakarlığın bariz nümunəsi idi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə Fransa və Ermənistan bu platforma çərçivəsində ölkəmizə qarşı kampaniyanı gücləndirməyə çalışır. Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyasının qəbul etdiyi məlum sənəd də bunun barzi göstəricisidir.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyib. İcmadan bildirilib ki, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər: “Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, o biri tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur”. Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırıb.
Ümumiyyətlə, Fransa və Ermənistan bu platformadan daim ölkəmizə qarşı istifadə etməyə çalışsalar da, buna nail olmayıblar. Məsələn, 2022-ci ilin noyabrında Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cerba şəhərində keçirilən sammitində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəmizə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq, layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Bu təzyiqlərə baxmayaraq, bəzi üzv dövlətlər qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib. Yəni, təşkilatdakı Azərbaycanın dostları sayəsində anti-Azərbaycan tezisləri sənəddən çıxarılmışdı. Ötən ilin noyabrında isə təşkilatın Kamerunda keçirilən nazirlər görüşündə də Fransa-Ermənistan cütlüyünün anoloji cəhdləri nəticə verməmişdi.
Bütün bunlar göstərir ki, Beynəlxalq Frankofoniya Təşkilatı rəsmi Paris üçün gözləntiləri tam doğrultmur. Fransa-Ermənistan tandemi bu platforma çərçivəsində də iflasa məhkumdur. Qurumun Parlament Assambleyasının qəbul etdiyi qətnamə isə kağız parçasından başqa bir şey deyil. Fransa bundan sonra özünün bitib-tükənməyən daxili problərinin həlli ilə məşğul olsa daha yaxşı olar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

