Çernobbio forumunun əsas qonağı
07.09.2024 [09:35]
Azərbaycan Prezidenti İlham Əliyevin dost İtaliyaya bu günlərdə baş tutan işgüzar səfərinin gündəliyi kifayət qədər genişdir. Dövlət başçımız səfər çərçivəsində həmçinin nüfuzlu Çernobbio Forumuna qatılıb. Qeyd edək ki, bütün dünyada böyük nüfuza malik Beynəlxalq Forum “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunub.
Sayca 50-ci forum
Çernobbio şəhərində baş tutan Beynəlxalq Forum sayca 50-cidir. Forum barəsində daha yaxşı təsəvvür yaransın deyə əvvəlcə tədbirin təşkilatçısı barədə qısa məlumat təqdim etmək istərdik. 1965-ci ildən fəaliyyət göstərən “The European House - Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House - Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.
“The European House - Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
“The European House - Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. “The European House - Ambrosetti”, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu qurum bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunur.
İllik Çernobbio Forumu “The European House - Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Bu forum İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu tədbir hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən Villa d’Este-də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatların təqdimi keçirilir.
Ənənəvi olaraq üç gün davam edən forumun ilk günü adətən əsas qlobal tədbirlərə həsr olunur və müzakirəyə çıxarılan məsələlər əsasən iqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyır. Həmin gün İtaliya üçün xüsusi önəm daşıyan ölkələrin dövlət və hökumət başçıları, həmçinin rəsmi şəxsləri əsas qonaq qismində çıxış edirlər. İkinci gündə isə diqqət daha çox Avropaya yetirilir, Avropa İttifaqının bütün institutlarının nümayəndələrinin və rəsmilərinin iştirakı ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Forumun üçüncü günü isə İtaliyaya həsr olunur və həmin tədbirlərdə ölkənin hökumət rəsmiləri, maliyyə və biznes dünyasının nümayəndələri iştirak edirlər.
Ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun daha bir təsdiqi
Multiregional xarici siyasət kursuna malik olan Azərbaycan beynəlxalq səviyyədə milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirir. Eyni zamanda, ölkəmiz Cənubi Qafqaz coğrafiyasının lider dövləti olmaqla yanaşı, qlobal aktora çevrilməkdədir. Ölkəmizin qlobal əməkdaşlığa, beynəlxalq səviyyədə təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələr getdikcə artır. Prezident İlham Əliyev davamlı olaraq qlobal həmrəyliyin möhkəmlənməsini hədəfləyən təşəbbüslər irəli sürür. Yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin başçısının beynəlxalq birliyə etdiyi humanitar çağırışlar hər kəsə yaxşı məlumdur. Bütün bunlar da dünyada Azərbaycana və onun Liderinə böyük nüfuz qazandırıb. Bu gün beynəlxalq səviyyədə Azərbaycan ləyaqətli dövlət kimi tanınır və müxtəlif məsələlərdə ölkəmizin tutduğu ədalətli mövqeyi ilə hesablaşırlar. Təkcə son illərdə Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin, Ərəb Dövlətləri Liqasının, Şanxay Əməkdaşlıq Təşkilatının və digər mötəbər beynəlxalq təsisatların sammitlərinə fəxri qonaq qismində dəvət olunması bunun əyani təsdiqidir. Eyni zamanda Azərbaycan dialoq məkanına çevrilib. Cari ilin noyabrında ölkəmiz daha bir qlobal tədbirə - BMT-nin COP29 konfransına ev sahibliyi edəcək.
Bütün bu kimi faktlar, o cümlədən Prezident İlham Əliyevin Çernobbio beynəlxalq forumunda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.
Onu da qeyd edək ki, bu nüfuzlu ?orumun işinə, eyni zamanda, bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

