YAP-ın beynəlxalq əlaqələrinin coğrafiyası genişlənir
04.12.2012 [01:59]
YAP nümayəndə heyətinin Macarıstana səfəri uğurla başa çatıb
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələri yüksələn xəttlə inkişaf edir. Daha doğrusu, ötən hər gün ərzində partiyanın beynəlxalq əlaqələrinin coğrafiyası və məzmunu daha da genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu da səbəbsiz deyil. Çünki YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.
Elə YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyətinin bu günlərdə Macarıstana səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Xəbər verildiyi kimi, YAP-ın nümayəndə heyəti səfər çərçivəsində Macarıstanın dövlət və hökumət nümayəndələri, parlament və hakim Fides Partiyasının rəhbərliyi ilə görüşlər keçirib. Eyni zamanda, səfər çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Macarıstanın hakim Fides Partiyası arasında yaxın zamanlarda əməkdaşlıq sazişinin hazırlanması və imzalanması barədə razılıq əldə edilib. Sözügedən əməkdaşlıq sazişi ilə bağlı razılıq Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov ilə Fides Partiyası sədrinin birinci müavini, Debretsen şəhərinin meri, Macarıstan parlamentinin üzvü Koşa Layoş ilə görüşdə əldə edilib. Həmin görüşdə hakim partiyalar və onların gənclər təşkilatları arasında münasibətlərin daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə parlament fəaliyyətinin əlaqələndirilməsi barəsində fikir mübadiləsi aparılıb.
Bundan əlavə, hər iki partiyanın gənclər təşkilatlarının Azərbaycanda və Macarıstanda təşkil olunan “yay məktəbləri”ndə iştirakı ilə bağlı təklif də məmnunluqla qarşılanıb. Partiyalararası dialoqu davam etdirmək məqsədi ilə YAP Sədrinin müavini Əli Əhmədov Koşa Layoş başda olmaqla Fides Partiyasının nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib və bu dəvət məmnunluqla qəbul olunub.
Yeri gəlmişkən, Əli Əhmədov bu ölkəyə səfəri çərçivəsində Macarıstan parlamentinin birinci vitse-prezidenti Şandor Lejak ilə görüşüb. Görüş zamanı iki ölkənin qanunvericilik orqanları arasındakı əlaqənin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensiv xarakter alması, beynəlxalq parlament qruplarında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Milli Məclisdəki Yeni Azərbaycan Partiyası deputat fraksiyası ilə Macarıstan parlamentinin hakim “Fides” fraksiyası arasında əməkdaşlıq barəsində müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı iqtisadi, mədəni, humanitar, gənclər siyasəti və s. sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə də toxunulub. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da görüşdə iştirak ediblər.
Səfər çərçivəsində YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, həmçinin, Macarıstan Baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri Piter Siyyarto ilə də görüşüb. Verilən məlumata görə, görüşdə iki ölkə arasında son illər intensiv xarakter alan qarşılıqlı münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Partiyalararası əlaqə, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub. Macarıstanın yürütdüyü Şərq siyasətində Azərbaycanın getdikcə artan rolu və yeri xüsusi vurğulanıb. Səfər çərçivəsində YAP-ın nümayəndə heyəti, “Azərbaycan - Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda VII Beynəlxalq konfransda da iştirak ediblər.
Göründüyü kimi, YAP nümayəndə heyəti Macarıstanda məhsuldar görüşlər keçirib ki, bu amil partiyanın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsində və gücləndirilməsində mühüm rol oynayır. Ümumiyyətlə, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. Bildirmək yerinə düşər ki, YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir ki, sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
YAP, eyni zamanda, 50-dən çox ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. Əksər müşahidəçilərin vurğuladıqları kimi, YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Qeyd edək ki, İCAPP-ın təsis toplantısı 2000-ci ilin sentyabr ayında, Filippinin paytaxtı Manila şəhərində keçirilib. Təşkilatın məqsədi regionun müxtəlif siyasi partiyaları arasında əməkdaşlığa və təcrübə mübadiləsinə nail olmaq və birgə səylərlə Asiya qitəsinin iqtisadi - ictimai inkişafına töhfələr verməkdir. Hazırda qitənin 300-dən artıq siyasi partiyası qurumun fəaliyyətində bu və ya digər formada iştirak edir. Əməkdaşlıq münasibətlərinin qurulduğu dövrdən etibarən, Yeni Azərbaycan Partiyasının nümayəndələri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak edir, qurumun iclaslarında səmərəli müzakirələr apararaq, təklif və layihələr irəli sürürlər. Elə bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının İCAPP-ın VII Baş Baş Assambleyasında ev sahibliyi etməsi də partiyamızın beynəlxalq miqyasda nüfuzunun əhəmiyətli dərəcədə artmasının bariz göstəricisidir.
Xatırladaq ki, 2007-ci və 2008-ci illərdə YAP-ın təşkilatçılığı ilə Bakıda “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” və “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda konfranslar keçirilmişdi. Həmin tədbirlərdə dünyanın ABŞ, Çin, Rusiya Federasiyası, Türkiyə, Yaponiya, Hindistan, Fransa, Koreya, Ukrayna, İran və s. kimi 60 ölkəsinin hakim partiyaları və parlament nümayəndələri iştirak etmişdilər.
Bununla yanaşı, YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər inkişaf mərhələsindədir. Bir sözlə, bütün bu sadalananlar onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Heç şübhəsiz, bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

