“Freedom House”un hesabatı qeyri-obyektivdir və qərəzlidir
14.12.2012 [00:47]
Bu təşkilatın hesabatlarında Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan hüquqlarının pozulmasını təsdiq edən “faktlar” kimi təqdim olunur
Bu gün dünyanın ən sürətli sosial-iqtisadi və siyasi-hüquqi inkişaf tempinə malik olan dövləti kimi Azərbaycan Respublikasında, eyni zamanda, insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Azərbaycanın demokratik və hüquqi dövlət imici isə hələ 1990-cı illərin əvvəllərindən başlanmış reformaların reallaşdırılması nəticəsində formalaşıb. Məhz 1993-cü ildən sonra ölkədə ardıcıl olaraq, siyasi və hüquqi islahatların aparılması, Konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün və mətbuat üzərindəki senzuranın ləğv edilməsi, insan hüquqlarının müdafiəsi üzrə fəaliyyət proqramlarının təsdiqlənməsi istiqamətində əhəmiyyətli addımlar atılır.
Qeyd edək ki, 1998-ci il fevralın 22-də Ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilib. Bu Fərmanın məntiqi davamı olaraq, Ulu öndərin 1998-ci ilin 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanın ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb, bu sahəyə dair ədəbiyyatın nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilib.
2006-cı il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı bu prosesin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib. 2011-ci il dekabrın 27-də Azərbaycan Prezidentinin təsdiq etdiyi Milli Fəaliyyət Proqramı isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib. Bir sözlə, Azərbaycanın Konstitusiyasında, eləcə də, qanunvericilik səviyyəsində təsbit olunmuş hüquq və azadlıqlar vətəndaş cəmiyyətinin sürətli inkişafına, həmçinin, vətəndaş-dövlət münasibətlərinin keyfiyyətcə mükəmməlləşməsinə gətirib çıxarıb.
Lakin Azərbaycanın hərtərəfli inkişafına və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, eləcə də, təşkilatlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Onlar Azərbaycanın daxilindəki antiazərbaycançı qüvvələrin saxta və reallığı əks etdirməyən hesabatlarını olduğu kimi dərc edərək, ölkəmiz haqqında yanlış rəy yaratmağa cəhd göstərirlər. Belə təşkilatlardan biri də “Freedom House”dur.
Xüsusilə də, son illər ərzində Azərbaycana qarşı qərəzli mövqe tutmuş “Freedom House” qeyri-obyektiv hesabatları ilə antiazərbaycançı dairələrin siyasi direktivlərini reallaşdırmış olur. Bu mənada da, əminliklə demək olar ki, “Freedom House”un dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik “hesabatında” Azərbaycanla bağlı irəli sürülən iddialar heç bir reallığa söykənmir, qeyri-obyektiv və qərəzlidir. Çünki bu təşkilatın hesabatlarında Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan hüquqlarının pozulmasını təsdiq edən “faktlar” kimi təqdim olunur. Çox təəssüflər olsun ki, “Freedom House” anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan öz yekun qənaətini yalnız bu “donoslar” əsasında formalaşdırır. Təsadüfi deyil ki, belə “hesabatlar” hətta, tənqidi mövqeyi ilə seçilən hüquq müdafiəçilərinin də narazılığına səbəb olur.
Əlbəttə ki, praktik baxımdan hər bir insanın bildiyi faktları belə təhrif edən bu təşkilat aşkar şəkildə ölkəmizə qarşı qərəzli mövqe tutduğunu isbatlayır. Belə ki, insan hüquq və azadlıqlarının vəziyyətinə görə Azərbaycanın “qeyri-azad”, Ermənistanın isə “qismən azad” ölkələr sırasına daxil edilməsi bu təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürüdür. Çünki hələ 2008-ci ildə hər iki ölkədə keçirilmiş seçkilərdən sonra baş vermiş hadisələrin nəticələrinə nəzər saldıqda, mənzərə aydınlaşmış olur. Azərbaycanda keçirilmiş seçkilər sabit, ədalətli və şəffaf şəkildə baş tutduğu halda, Sarkisyan rejimi seçkilərin nəticələrini qəbul etməyən vətəndaşlara qarşı “kalaşnikov”dan istifadə etdi. Məhz, belə bir vəziyyətdə yenidən bu ölkəni demokratiklər sırasına daxil etmək əsl ikili standartların və qərəzliliyin nümunəsi kimi ortaya çıxır.
Bununla yanaşı, “Freedom House” 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında, hətta, Beynəlxalq Telekommunikasiya təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif edib. Sözügedən təşkilatın Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyin aydın ifadəsi olan bu təhrif də ağ yalandan başqa bir şey deyil. Çünki elə avropalıların və amerikalıların iştirak etdiyi VII İnternet Forumunda Azərbaycanın bu sahədə nə qədər demokratik olduğu və yüksək səviyyəli tərəqqi etdiyi dəfələrlə vurğulanmışdı. Yəni, dünyanın internet sahəsində ixtisaslaşmış mütəxəssislərin də Azərbaycanı internet azadlığı üzrə ən qabaqcıl ölkələrdən biri hesab etməsi “Freedom House”un yalanlarını tam şəkildə ortaya çıxarmış olur.
Təbii ki, bu faktlar hər şeydən əvvəl bu təşkilatın sifarişlə işlədiyini, qeyri-obyektiv və qərəzli olduğunu aydınlışdırmaqla bərabər, “Freedom House” haqqında bəzi qaranlıq məqamlara da işıq tutmuş olur. Burada maddi məsələlər olsa da, etnik və dini faktorları da gözardı etmək mümkün deyil. Çünki “Freedom House” təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, “Freedom House” bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib. Ekspertlər düşünürlər ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin “Freedom House”a rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirib. Ona görə də, insan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri hesab edirlər ki, təşkilatın Azərbaycanla bağlı iddiaları reallığı əks etdirmir, qeyri-ciddidir və xarici anti-Azərbaycan dairələrin sifarişinin məhsuludur.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti də düşünür ki, “Freedom House”un növbəti hesabatı da qərəzlidir. Elə bu səbəbdən də, Azərbaycan ictimaiyyəti bu təşkilata sual da ünvanlayır ki, əgər həqiqətən də, “Freedom House” demokratiya, insan hüquqları və azadlıqları ilə bağlı sahədə şəffaf fəaliyyət göstərirsə, nə üçün Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyondan artıq insanın hüquqlarını müdafiə etmir? Hansı səbəblərə görə, Ermənistan əhalisinin 50 faizi qədər Azərbaycan vətəndaşının didərgin vəziyyətdə yaşamasına göz yumur? Təkzibolunmaz haldır ki, “Freedom House” bu cür suallara cavab verə bilməyəcək. Çünki onun əsas fəaliyyəti siyasi sifarişlərlə əlaqəlidir və mütləqdir ki, həmin iş qeyri-obyektiv, qərəzli xarakter daşısın.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

