O, əvvəlcə keşişə zəng edib...
10.10.2024 [08:43]
Harris Baydendən fərqlənməyəcək
Dünyanın supergüc dövləti olan Amerika Birləşmiş Ştatları (ABŞ) növbəti prezident seçkiləri ərəfəsindədir. Noyabrın 5-də keçiriləcək seçkilər yaxınlaşdıqca ölkədə seçki ajiotajı daha da qızışır. Marafonda Respublikaçılar Partiyasını sabiq prezident Donald Tramp, Demokratlar Partiyasını isə C.Baydenin prezidentliyi dönəmində vitse-prezident vəzifəsində çalışan Kamala Harris təmsil edirlər.
Qarşıdakı dövrdə Ağ Evin növbəti sahibinin kim olacağı təkcə ölkə daxilində deyil, bütün dünyada böyük maraqla izlənilir. Bu da təsadüfi deyil. Etiraf etmək lazımdır ki, qlobal siyasətin istiqaməti böyük dərəcədə bu ölkənin mövqeyindən asılıdır. Bu günlərdə D.Trampla müqayisədə seçki marafonuna bir qədər gec qoşulan K.Harris seçkilərin qalibi olacağı təqdirdə gələcək fəaliyyəti barədə danışıb.
Harrisin məyusedici açıqlaması
Əvvəlcə güman edilirdi ki, Bayden 2024-cü il prezident seçkilərində yenidən Demokratlar Partiyasının namizədi qismində çıxış edəcək. Əslində, o, marafona başlamışdı da. Ancaq iyun ayında baş tutan namizədlərin ilk debatı Bayden üçün pis başlanğıc oldu. Seçkiöncəsi CNN-in Atlantadakı baş qərargahında baş tutan debatda ölkənin 81 yaşlı hazırkı prezidenti Co Baydenlə 78 yaşlı sabiq prezident Donald Tramp üz-üzə gəldilər. Debat boyunca Baydenin tez-tez çarəsiz görkəm alması, suallara mükəmməl cavab verə bilməməsi, zəif arqumentlər gətirməsi, fikirlərinin ardıcıl olmaması və nəhayət, sonda səhhəti ilə bağlı yaşanan kruyoz hadisə onun seçki marafonundan geri çəkilməsi ilə nəticələndi. Beləliklə, iyulun 21-də Bayden partiyanın maraqlarını əsas gətirərək, namizədliyini geri götürdüyünü bəyan etdi. Bayden Kamala Harrisi prezidentlik yarışında varisi kimi göstərib. İlk həftəsində Harris seçki kampaniyası üçün 200 milyon dollar toplayıb, bunun 66%-i yeni donorların ianələri idi. Tramp yeni namizədin üzə çıxmasını müəyyən mənada sevinclə qarşıladı. O, seçkidə Harrisə qalib gəlməyin Baydendən daha asan olacağına əmin olduğunu bildirirdi. Lakin Baydenin prezidentlik yarışından çəkildiyi elan edildikdən cəmi bir həftə sonra, Harris rəy sorğularında Trampla, demək olar ki, bərabər səviyyədə dəstək qazanmağa başladı və hətta rəqibini müəyyən faizlə üstələdi.
Kamala Harris Bayden administrasiyasında, necə deyərlər, parlayan bir fiqur kimi diqqət çəkməyib. O, hansısa bir təşəbbüs göstərməyən icraçı kimi həmişə kölgədə qalıb. Bəs o, seçkilərin qalibi olacağı təqdirdə ABŞ-nin siyasətini hansısa yöndə dəyişə biləcəkmi? Ümumiyyətlə, növbəti mərhələdə ölkədə nə kimi dəyişikliklər gözlənilir? Bu qəbildən olan suallara K.Harrisin özü cavab verib. Onun cavabı isə ABŞ siyasətində yenilik gözləyənləri məyus edib. “Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm”. Bu barədə Kamala Harris ABŞ-də yayımlanan “The View” verilişində deyib. “Mən müəyyən təsirə malik qərarların əksəriyyətində iştirak etmişəm”, - deyə o bildirib.
Harris ABŞ lideri Cozef Baydenin iyulda prezident seçkiləri marafonundan çəkilməsini öyrəndikdən sonra ilk işinin keşişə zəng etmək olduğunu deyib. “Mənə Allahla danışmaq və dua etmək lazım idi”,- deyə Harris əlavə edib.
Baydenin 4 ilində dünya alova büründü
K.Harrisin Bayden siyasətinə sadiq qalacağını bildirməsi ölkədə və dünyada böyük məyusluq yaradıb. Belə məyusluq isə ilk növbədə son beş ildə Ağ Evin C.Baydenin uğursuz daxili və xarici siyasət aparması ilə bağlıdır. Donald Tramp C.Baydeni ABŞ tarixinin ən pis və ən koorupsioner lideri adlandırıb. Bundan əvvəl isə ABŞ Konqresinin Nümayəndələr Palatası Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib.
Siyasi analitiklər C.Baydenin xarici siyasətinin beynəlxalq təhlükəsizliyə hər hansı bir töhfə vermədiyi qənaətini ifadə edirlər. “Prezident Cozef Bayden ABŞ-nin qlobal liderliyini nəinki bərpa edə bilmədi, əksinə, dünyanın təhlükəsizlik sistemini və sülhü pozaraq özündən sonra ağır irs saxlamaqdadır”. Bu fikir Böyük Britaniyada nəşr olunan “The Telegraph” qəzetinin analitiki Kon Kaflinin (Con Coughlin) “Baydenin 4 ilində dünya alova büründü” (Four years of Biden have left the world in flames) sərlövhəli məqaləsində yer alıb. Müəllif qeyd edir ki, Əfqanıstanda, Yaxın Şərqdə, Ukraynada buraxılan səhvlər ümumi təhlükəsizliyə zərbə vurub. C.Baydenin prezidentlik müddətinin başa çatması ABŞ-nin Yaxın Şərqə əlavə hərbi hissələr göndərməsi ilə müşayiət olunur. Prezidentin Qəzza bölgəsində atəşkəs rejimi yaratmaq cəhdləri uğursuzluqla nəticələndi. Onun səmərəsiz fəaliyyəti dünyamiqyaslı lider olmasına imkan vermədi.
İsrail ilə “Hizbullah” arasında müharibənin davam etdiyi bir zamanda C.Bayden qəti tədbirlər görmək əvəzinə, İranla nüvə danışıqlarını davam etdirmək qərarına gəldi. Prezidentin bu yanlış addımı müharibənin qızışmasına və hələ nə ilə nəticələnəcəyi bəlli olmayan vəziyyətin yaranmasına səbəb oldu. Bununla yanaşı, ABŞ-nin tarixi müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanı ilə münasibətləri də korlandı, bu dövlətlər Rusiya və Çin ilə yaxın əməkdaşlığa başladılar. Özünün buraxdığı səhvlər ucbatından C.Bayden Ağ Evi Qəzza bölgəsində sülh yaratmadan tərk edəcək.
Daxili siyasətdə uğursuzluq
Prezidentliyə namizəd K.Harrisin Baydenin siyasətinə aludə olmasına rəğmən, aparılan daxili siyasətdə də uğursuzluqlar kifayət qədər çoxdur. Baydenin prezidentliyi dönəmində ölkə bir neçə dəfə defolt təhlükəsi ilə üzləşib. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-də 2021-ci ilin payızında ölkə tarixində ilk real defolt riski yaşandı. Həmin dövrdə Konqresin Nümayəndələr Palatası hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-nə səs çoxluğu ilə). Bu və digər tədbirlər ABŞ-nin öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan yaradıb.
ABŞ-də ötən ilin yayında gözlənilən növbəti defolt riski xarici borc öhdəliyi limitinin keçilməsi ilə bağlı idi. Ölkədə xarici borc öhdəliyi limitinin 2023-cü ilin yanvarında keçildiyi bildirilirdi. Artıq ölkənin xarici borcu 31,4 milyard dollardan çoxdur ki, bu da “qırmızı xətt” sayılır. Həmçinin dövlət büdcəsinin kəsiri də artmaqda davam edir. Büdcə kəsirinin 2024-cü ildən 2033-cü ilə qədər ildə təxminən 2 trilyon dollar olacağı proqnozlaşdırılır. Bildirilir ki, kəsir 2033-cü ilə qədər 2,851 trilyon dollara və ya ÜDM-in 7,3%-nə çatacaq.
Ekspertlər ABŞ-nin xarici borcunun artmasında Ukraynaya dəstəyin az rol oynamadığı versiyasını əsaslandırırlar. Ukraynaya dəstək fonunda Pentaqonun xərcləri artır və beləliklə də, ölkə əlavə borclanmaq reallığı ilə üz-üzə qalır. Qeyd edək ki, ABŞ indiyədək Ukrayna büdcəsini dəstəkləmək məqsədilə böyük həcmlərdə vəsaitlər ayırıb. Ukrayna həmçinin ABŞ-dən genişmiqyaslı hərbi dəstək alır. Bundan başqa, Bayden administrasiyası Yaxın Şərqdə alovlanan müharibələrə də böyük həcmlərdə maliyyə ayırıb və hərbi-texniki dəstək göstərir.
Perspektivlə bağlı proqnozlar da kədərlidir. ABŞ Mərkəzi Bankı (FED) 2024-cü il üzrə ölkənin ümumi daxili məhsulunun artımı ilə bağlı proqnozunu 2,1%-dən 2%-ə endirib. Bu barədə Amerika tənzimləyicisinin saytında dərc olunan ortamüddətli proqnozda deyilir. 2025-2027-ci illər üçün ölkədə iqtisadi artım proqnozları 2% səviyyəsində saxlanılıb.
Ölkədə inflyasiyanın səviyyəsi də yüksək olaraq qalır. Həmçinin işsizlik proqnozu 2024-cü ildə 4,0%-dən 4,4%-ə, 2025-ci ildə 4,2%-dən 4,4%-ə, 2026-cı ildə 4,1%-dən 4,3%-ə qədər artırılıb. 2027-ci ildə 4,2% səviyyəsində işsizlik proqnozlaşdırılır.
Bütün bu kimi faktlar Baydenin apardığı siyasətdə ciddi korreksiyalara ehtiyac olduğu zərurətini ortaya qoyur.Harrisin açıqlamasından belə məlum olur ki, o, prezident seçiləcəyi təqdirdə ABŞ-də zərurətə çevrilən dəyişikliklər gözləmək əbəsdir...
Mübariz FEYIZLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

