Bu dəfə İstanbulda...
22.10.2024 [09:31]
XİN başçıları sülhü müzakirə etdi...
Qlobal əməkdaşlıqların effektivliyinin daha da artması üçün regional tərəfdaşlıq platformalarına duyulan ehtiyac günü-gündən daha açıq şəkildə ortaya çıxmaqdadır. Xüsusilə ayrı-ayrı böləgələrdə artan kataklizmlərin fonunda regional əməkdaşlığın həmin coğrafiya üçün hansı iqtisadi-siyasi üstünlükləri qarzandırdığı bütün ştrixləri ilə aydın olur. Cənubi Qafqaz regionu da son 4 idə mühüm iqtisadi-siyasi yol qət edib. Vətən müharibəsindən sonrakı mərhələdə Azərbaycanın təşəbüssü ilə ortaya çıxan sülh prosesi yeni dövr üçün bölgənin perspektivini ən yüksək həddə müəyyənləşdirib - Bakının memarı olduğu yeni təhlükəsizlik arxitekturasında sülh prosesi gələcək üçün ən vacib şərtə çevrilib.
Sülh müzakirə olunur...
Sülhün detalları isə hərtərəfli müzakir olunur. Qeyd edək ki, tərəflər arasında artıq bir neçə dəfə şərhlər mübadiləsi reallaşıb. Eyni zamanda, bir ilə yaxındır ki, Ermənistan ilə Azərbaycanın münasibətlərin normallaşması üçün keçirdiyi görüşlər ikitərəfli xarakter daşıyır. Səbəb isə bəllidir - Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi beynəlxalq gündəlikdən düşüb. Paralel olaraq son bir ilə yaxın müddətdə baş verən irəliləyişlər təsdiqlədi ki, ikitərəfli təmaslar proses üçün daha təkanvericidir. Bu müddətdə hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlama yayması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, COP29-a ev sahibliyini dəstəkləməsi, bu ilin aprelində 4 kəndin qaytarılması, müvafiq delimitasiya komissiyalarının apardığı birgə müzakirələr qəbul edilən Əsasnamə, nəhayət, bəzi ərazilərdə delimitasiya, hətta demarkasiya işlərinin görülməsi də onu göstərir ki, yad regionların bu məsələdə “vasitəçilik” aparmağa çalışması əbəsdir.
Yenidən bir masa arxasında...
Vurğulandığı kimi, sülh regional əməkdaşlığın binici şərti kimi çıxış edir - bu baxımdan, ayrı-ayrı region ölkələrində və ya tədbirlər çərçivəsində Ermənistan ilə Azərbaycan rəsmiləri arasında da bu kimi təmaslar yaranır. Məsələn, bir neçə ay öncə Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında danışıqlar aparılmışdı. Bu müzakirələrin ardından isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bir neçə dəfə ikitərəfli təmaslar üçün təşəbbüskar qismdə çıxış edib.
Yeri gəlmişkən, oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində görüş keçirilib. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər. Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.
Sülh üçün “3+3” platformasından istifadə...
Bəli, regional əməkdaşlığın daha aktiv şəkil alması üçün bölgədəki problemlərin həlli zəruridir. Bu gün Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaqla mühüm siyasi-iqtisadi platformaya intqerasiya edə bilər. Xüsusilə bildirilməlidir ki, bu iki proses paralel şəkildə inkişaf edir. Türkiyə tərəfi hər zaman bildirir ki, İrəvan - Ankara münasibətlərinin normallaşması birmənalı şəkildə bakı ilə İrəvan arasındakı münasibətlərə əsaslanacaq.
Bu məqam digər regional oyunçular tərəfindən də təsdiqlənir. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” regional məşvərət platformasının üçüncü iclasının yekunlarına dair mətbuat konfransında bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistan-Azərbaycan məsələsinin həlli ilə bağlıdır. Nazir qeyd edib ki, Rusiya, Türkiyə və İran görüş zamanı sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadə etməyi təklif ediblər. “Rusiya, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə fəal töhfə verir. İranlı qonşularımız bizə qoşuldular. Hazırda görüş planlaşdırılmayıb. Erməni həmkarlar fasilə götürüb. Onlar hesab edirlər ki, əvvəlcə türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər. Mənə elə gəlir ki, bu, hər halda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır. Biz bu məsələlərə bütövlükdə baxmağı təklif etdik”, - deyə S.Lavrov bildirib.
Rusiya xarici işlər naziri Ermənistan və Azərbaycanın razılığa gələ biləcəyi istənilən platformanı məqbul sayır. “Əgər onlar birbaşa razılığa gələ bilsələr, biz yalnız şad olarıq. Bu gün biz təklif etdik ki, əgər onlar buna hazırdırlarsa, “3+3” platformasından istifadə etsinlər, lakin, Bakı və İrəvan qərar verməlidir”, - deyə o əlavə edib.
Ermənistan iki dəfə düşünməlidir...
Sülhlə bağlı qətiyyətli iradə ortaya qoymalı, özünün əsassız iddialarından rəsmən əl çəkməli olan tərəf Ermənistandır. İrəvanın yürütdüyü təcavüzkar siyasət onsuz da 30 ilə yaxın müddətdə Cənubi Qafqazın regional inkişaf potensialının tam açılmasına mane olub - Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla Ermənistan bütünlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yaranmasını ləngidib. Bu isə özluyündə regionun iqtisadi-sosial potiensialının tam şəkildə açılmasına, qlobal iqtisadi münasibətlər sistemində layiqliyi yerini tutmasına maneçilik törətdi. Artıq regionun gələcək perspektivi üçün yeni hədəflər müəyyənləşir. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan yeni mərhələ üçün həm də Şərq-Qərb tranzitinin təbii iqtisadi körpüsü funksiyasını daşımağı öz üzərinə götürüb. Azərbaycan bütövlükdə, Cənubi Qafqazın prosesdən uğurla və həm siyasi, həm də iqtisadi dividnd qazanaraq çıxması üçün çalışır - başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Burada bütünlüklə bölgənin maraqları əhatə olunur - o cümlədən də Ermənistanın. Bu mənada, İrəvan sülh üçün iki dəfə düşünməlidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34

