Azərbaycan ilə Koreya Respublikası arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir
24.05.2013 [14:49]
Mayın 23-də Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, O.Əsədov qonağı Azərbaycanın parlamentində görməkdən məmnun olduğunu bildirib, rəsmi Bakının Koreya Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. O, bu cür səfərlərin qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılması baxımından önəmli olduğunu nəzərə çatdırıb.
Söhbət zamanı qeyd olunub ki, müstəqil Azərbaycan Koreyanı özünə dost ölkə hesab edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan müzakirələr və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Bu gün iki dövlət arasında 46 sənəd imzalanıb, 12 sənəd isə baxılmaq üzrədir.
Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlər mühüm rol oynayır. Hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsi ümumi işin xeyrinədir.
Milli Məclisin sədri 2007-ci ilin sentyabrında Koreya Respublikasına səfərini xatırlayaraq, orada keçirilən görüşlərin qanunverici orqanlar arasında əlaqələrin inkişafına müsbət təsir etdiyini söyləyib. O.Əsədov yüksək səviyyəli siyasi münasibətlərimizin iqtisadi, humanitar sahələrə də nüfuz etdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin 2011-ci ildə 650 milyon ABŞ dolları həcmində olduğunu bildirib, “Hyunday”, “Samsunq”, LG kimi Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.
Azərbaycanın regionda dinamik inkişaf edən ölkə olduğunu diqqətə çatdıran Milli Məclisin sədri Koreyanın yüksək texnologiyalar, maşınqayırma, kimya, yüngül və ağır sənaye üzrə aparıcı Koreya şirkətləri tərəfindən Bakıda regional nümayəndəliklərin açılması arzusunu ifadə edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan spiker O.Əsədov problemin bölgənin tərəqqisinə böyük maneçilik törətdiyini deyib, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün beynəlxalq birliyin və dünya dövlətlərinin bu məsələdə obyektiv və prinsipial mövqe tutmasının vacibliyini qeyd edib.
Səmimi görüş üçün təşəkkür edən Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soq Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib, səfər müddətində Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu deyib.
Qeyd olunub ki, vaxtilə Koreya da belə bir inkişaf yolu keçib. Bir vaxtlar yardım alan ölkə olan Koreya indi yardım edən ölkəyə çevrilib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin xətti ilə Azərbaycanın müxtəlif dövlət qurumları ilə faydalı əməkdaşlıq edir. Koreyanın yüksək texnologiyalar, maşınqayırma, neft, kimya sahələrində Azərbaycanla əlaqələri genişləndirmək niyyətindən söz açan Park Byonq-Soq belə bir fikri ifadə edib ki, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi münasibətlərimizin intensiv inkişaf etməsinə yaxşı zəmin yaradır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

