İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Birinci Nazirlər Görüşü olub
01.06.2013 [09:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 31-də Birinci Nazirlər görüşü olub. Görüşün birinci sessiyasında “Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?” mövzusunda müzakirələr aparılıb.
AzərTAc xəbər verir ki, sessiyanın moderatoru, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Biz insanların arasında inamı yaratmalıyıq. Bu, Birinci Forumda əksini tapmış konsepsiyadır.
Mədəniyyətlərarası dialoqun zəruri bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib. Diqqətə çatdırıb ki, ilk Forumda biz mədəniyyətin və turizmin qarşılıqlı anlaşma və məsuliyyətli idarəetmənin yaradılmasında rolundan danışırdıq. Biz mədəniyyət və turizmi eyni auditoriyaya gətirərək bu iki amilin insanların ünsiyyətində nə dərəcədə mühüm rol oynadığını vurğulamaq istəyirik. Müasir texnologiyalar da bu prosesdə - turizmin və mədəniyyətin bizi dünyanın sivil icmasına çevirməsində çox böyük rol oynaya bilər.
Azərbaycan Prezidentinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsinin yaradılması təklifini diqqətə çatdıran nazir növbəti Forumun 2015-ci ildə yenə də Bakıda keçiriləcəyini bildirib.
BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser belə mühüm Foruma yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.
BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyət və yaradıcılıq, eləcə də mədəniyyətlərarası dialoqun, irsin saxlanılmasına yönəlmiş turizmin yaradılmasına çalışdığını vurğulayan qonaq İkinci Forumda iştirakçıların sayının çox olmasından məmnunluğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan cəlbedici mərkəzə çevrilib: “Mən bu barədə Azərbaycana tamamilə güvənirəm. Çünki Azərbaycan mədəniyyətlərarası dialoqa çox uğurla ev sahibliyi edir”.
Litvanın mədəniyyət naziri Sarunas Birutis mədəniyyətlərimizin, cəmiyyətlərimizin xüsusiyyətlərinin dərk olunmasının mədəniyyətlərarası vərdiş, səriştə tələb etdiyini bildirib. Deyib ki, bunun üçün biz müxtəlif mədəniyyətləri daha geniş qavramalı və dialoqu inkişaf etdirməliyik. Biz qloballaşan dünyada öz milli mədəniyyətimizi qorumaqla yanaşı, digər mədəniyyətlərə və cəmiyyətlərə qarşı da açıq olmalıyıq.
Azərbaycanda Forum iştirakçılarına göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Bruneyin mədəniyyət, gənclik və idman nazirinin müavini xanım Datin Paduka Adina Forumun tarixi-mədəni mərkəz olan gözəl Bakı şəhərində keçirilməsindən məmnunluğunu bildirib. O, müxtəlif bölgələrdə zorakılıq hallarının baş verdiyi bir dövrdə Bakıda sülh şəraitində mədəni əməkdaşlıqla bağlı belə müzakirələrin aparılmasını çox mühüm hadisə kimi qiymətləndirib.
Latviyanın mədəniyyət naziri xanım Zaneta Jaunzeme-Qrende mədəniyyətlərarası dialoqu təcrübələrin bölüşdürülməsi baxımından müstəsna məkan kimi qiymətləndirib. Qeyd edib ki, müxtəlif mədəniyyətlər arasında dəyərlər sistemi və identikliyimiz haqqında danışmaq üçün mədəniyyətlərarası dialoqda iştirak etmək çox əhəmiyyətlidir. Xanım nazir bu cür mədəni tədbirlərin lokal şəraitdə qlobal fəaliyyət göstərməyin bariz nümunəsi olduğunu bildirib.
Səudiyyə Ərəbistanı Krallığı mədəniyyət nazirinin müavini Abdullah əl-Cəsir bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə, müxtəlif mədəniyyətlərin nümayəndələrinə eyni şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyətlərarası dialoq işinə yaxından töhfə verdiyini vurğulayaraq ölkəsinin bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın türkdilli xalqlar arasında mədəni birliyin yaradılmasında mühüm rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, biz müxtəlif türkdilli xalqların mədəniyyətini təşviq etməklə onları digər mədəniyyətlərə tanıtmaq məqsədini güdürük.
Kot d-İvuarın mədəniyyət və Frankofoniya məsələləri üzrə naziri Moris Koku Bandama çoxmədəniyyətli tərkibə malik olan ölkəsinin mədəniyyətlərarası dialoqa mühüm əhəmiyyət verdiyini vurğulayıb.
İordaniyanın mədəniyyət naziri Barakat Avacan ölkəsində müxtəlif dinlərin dialoq şəraitində yaşaması üçün lazımi şəraitin yaradıldığını bildirib. Azərbaycana yüksək qonaqpərvərliyinə görə minnətdarlıq edən qonaq müxtəlif mədəniyyətlərə məxsus insanların sülh şəraitində yaşamasının cəmiyyətin strukturunda önəmli yer tutduğunu diqqətə çatdırıb.
Serbiyanın mədəniyyət və informasiya üzrə dövlət katibi Zoran Avramoviç mədəni və siyasi qurumlar arasında münasibətlərin əhəmiyyətindən danışıb. Qonaq bildirib ki, biz mədəniyyətlərarası əməkdaşlığın və dialoqun dəstəklənməsinə çalışırıq. Çünki mədəniyyətlərarası dialoqun alternativi yoxdur.
Braziliyanın mədəniyyət məsələləri üzrə katibi Ameriko Xose Cordula Teikseria ölkəsində mədəni müxtəlifliyin müdafiə olunması üzrə Milli Mədəniyyət Sisteminin və Milli Mədəniyyət Planının yaradıldığını bildirib. O, bu plan əsasında qurulan mədəni nöqtələrin sayının 15 minə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Mərakeşin mədəniyyət naziri Məhəmməd Amin Sbihi mədəni müxtəlifliyin idarə olunmasının çox böyük vərdişlər tələb etdiyini deyib. Qeyd edib ki, məhz bu baxımdan belə forumların keçirilməsi çox vacibdir. Yalnız birgə səylərimiz nəticəsində fərqlərimizi və onlardan yarana biləcək problemləri minimuma endirə bilərik.
Yaradılıcılığın mədəni sintez əsasları üzərində qurulduğunu söyləyən Beynəlxalq Əlaqələr Departamentinin administratoru, Yunanıstanın mədəniyyət naziri Çarilaos Pappis bildirib ki, əsas məqsəd mədəniyyətlər arasındakı fərqləri sintezləşdirməkdir. Azərbaycan bu sahədə maraqlı və gözəl nümunə ilə çıxış edir. Azərbaycanda tolerantlıq, mədəni müxtəliflik var. Əks təqdirdə biz burada olmazdıq. Azərbaycanın bu sahədəki addımlarını biz çox təqdir edirik və bu ölkəyə uğurlar diləyirik.
* * *
Forumun Birinci Nazirlər Görüşünün ikinci sessiyasının mövzusu “Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm” olub.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müzakirə olunan məsələnin mədəniyyətlərarası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Çıxış edən Banqladeşin mülki aviasiya və turizm naziri Məhəmməd Faruk Xan mədəniyyətlərarası dialoqun yaradılması üçün ölkələrin əhalisi, xüsusən gənclər arasında bu sahədə geniş maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu məsələdə KİV-lərin üzərinə böyük vəzifə düşür. O, Banqladeşdə müsəlman, xristian, buddist və digər icmalara mədəni müxtəliflik üçün qanuni təminatların verildiyini diqqətə çatdırıb.
Polşanın milli irs və mədəniyyət naziri Yaçek Olbrixt Baltik regionunda əməkdaşlıq və inteqrasiyanın davam etdirilməsi sahəsində həyata keçirilən layihələrdən danışıb. Nazir 10 Baltikyanı ölkəni birləşdirən layihə çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, hər ölkənin öz ədəbiyyatını, musiqisini, mətbəxini təbliğ etməsinə imkan yaradıldığını, bununla da mədəniyyətlərin qarşılıqlı əlaqədə olduğunu vurğulayıb.
Gürcüstanın mədəniyyət naziri Quram Odişaria dahi şəxsiyyətlərin, böyük yaradıcı insanların hər hansı millətə deyil, bütün dünyaya məxsus olduğunu bildirib. Mədəniyyət hər şeydən üstün olmalıdır, - deyən qonaq Azərbaycanın və Gürcüstanın müvafiq nazirlikləri tərəfindən Cənubi Qafqazın turizm marşrutlarının təbliği məqsədilə yayda birgə layihənin reallaşdırılacağını diqqətə çatdırıb.
Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrinin birgə yaşadığı ölkə olduğunu söyləyib. Bildirib ki, bu ölkə məhz mədəniyyətlərarası dialoqu özündə yaşadan bir nümunədir. Mədəniyyətlərarası dialoqun cəmiyyətimizin əsas komponentinə çevrildiyini vurğulayan nazir Azərbaycanın və Monteneqronun müvafiq nazirlikləri arasında 2011-ci ildə imzalanmış müqavilənin bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni üfüqlər açdığını söyləyib. O, Monteneqronun mədəniyyəti və turizmi birlikdə inkişaf etdirmək baxımından mühüm təcrübəyə malik olduğunu bildirib.
Şri-Lankanın mədəniyyət və incəsənət naziri Thilakaratna Bandara Ekanayaka çoxmədəniyyətli ölkəsində Azərbaycanın bu sahədəki təcrübəsinin tətbiq olunmasının vacibliyini vurğulayıb. O, bu gözəl tədbirin yüksək səviyyədə təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü çatdırıb. Azərbaycan nümayəndə heyətinin Şri-Lankaya səfərini xatırladan qonaq, belə səfərlərin də mədəniyyətlərarası əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.
Moldovanın mədəniyyət nazirinin müavini George Postika ölkəsinin mədəni irsinin bu sahədə strategiyanın hazırlanmasında mühüm rol oynadığını bildirib. Mədəniyyət sosial inkişafla yaxından bağlıdır, - deyən qonaq müxtəlif xalqları və regionları bir arada birləşdirməsi baxımından turizmin, muzeylərin əhəmiyyətini yüksək qiymətləndirib. O, son vaxtlar Moldovada xüsusən üzümçülük sahəsində kənd muzeylərinin yaradılmasına başlandığını diqqətə çatdırıb.
Vyetnamın mədəniyyət, idman və turizm naziri Vuonq Duy Bien çıxışında mədəni müxtəlifliyin qorunmasının müasir dünyamızda əsas məqsədlərdən biri olduğunu bildirib. O, Vyetnamda yaşayan müxtəlif mədəniyyətlərin təmsilçiləri üçün dövlət tərəfindən əlverişli şəraitin yaradıldığını deyib.
Sudanın əntiq mədəniyyət, turizm və təbiət naziri Mohammed Gasmelseed Hamid mədəniyyətin hər bir xalq üçün mühüm sərvət olduğunu bildirib. Turizmin insanları bir-birinə yaxınlaşdırdığını, ümumi dəyərlərin bölüşdürülməsi üçün imkan yaratdığını vurğulayan nazir, münaqişələrin aradan qaldırılmasında mədəniyyətlərin ünsiyyətinin rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, məhz bu baxımdan səyahət və turizm mühüm rol oynayır.
Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlıq məsələləri departamentinin rəhbəri Norbert Riedl müasir dünyamızda turizmin inkişafının mədəniyyətlər arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaratdığını bildirib.
Cənubi Afrika Respublikasının mədəniyyət nazirinin müavini Tokozila Xasa ölkəsinin konstitusiyasında müxtəlif dillərə, dinlərə, mədəniyyətlərə, irqlərə mənsub insanlara böyük hörmətlə yanaşılmasının əksini tapdığını qeyd edib. Bildirib ki, mədəniyyətlərarası dialoqun ümumi məqsədi insan övladına hörmətin, demokratiyanın və qanunun aliliyinin qorunmasıdır. Heç bir insan, sahə diqqətdən kənarda qala bilməz. O, ölkəsində irs və mədəni turizm ilə bağlı strategiyanın hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, burada mədəni ehtiyatlardan istifadə edərək davamlı turizmin təmin edilməsi mühüm rol oynayır.
Tunisin mədəniyyət naziri Mehdi Mabruk mədəni turizmin BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə daxil edilməsini alqışladığını bildirərək gənclərin bu prosesdə çox fəal olduğunu diqqətə çatdırıb. Ölkəsində turizm imkanlarının geniş olduğunu bildirən qonaq Tunisin bu proseslərdə yaxından iştirak etdiyini deyib.
Tailandın mədəniyyət üzrə daimi katibi xanım Prisna Pongtadsirikul mədəni turizmin mədəni müxtəlifliyə əsaslandığını bildirərək ölkəsində bunun üçün geniş potensialın olduğunu qeyd edib. O, bildirib ki, mədəni turizm dövlətlər arasında alyansların yaradılmasına və son nəticədə mədəni müxtəlifliyin inkişaf etdirilməsinə gətirib çıxaracaq.
Misirin Xarici İnvestisiyalar və İnkişaf Şirkətinin sədr müavini İbrahim Favzi insanlar arasında münasibətlərin mədəniyyətlərarası dialoqa səbəb olduğunu bildirib.
Suriyanın mədəniyyət naziri Lubanah Mushaveh turizmin müxtəlif mədəniyyətlər arasında əlaqə yaradan qüvvə olduğunu diqqətə çatdırıb. O, deyib ki, birgə dəyərləri gücləndirərək təbliğ etməyimiz problemlərin qarşısını almaqda çox vacibdir.
Hindistanın mədəniyyət üzrə birgə katibliyinin sədri Şri Rakeş Rancan ölkəsinin konstitusiyasında 32 dilin tanındığını bildirib. Məlumat verib ki, Hindistan konstitusiyasında bərabər hüquqlar ən vacib dəyər kimi müəyyən edilib. Çoxmədəniyyətli dünyada əsas məsuliyyət çoxluğu təşkil edən icmaların üzərinə düşür ki, onlar azlıqlara şərait yaratmalı, qarşılıqlı ehtiramı təmin etməlidirlər.
Əlcəzair Nazirlər Kabinetinin turizm məsələləri departamentinin sədri Keznadci Camel deyib ki, mədəniyyətlərarası dialoqa mühüm töhfə verən Azərbaycan bu böyük tədbirin uğurla keçməsi üçün əlindən gələni edib. Bildirib ki, biz ölkələrimizin davamlı inkişafına nail olmaq üçün insanlar arasında qarşılıqlı anlaşma üzərində işləməliyik.
Müzakirələrə yekun vuran Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci Nazirlərin Görüşündə 29 çıxışın dinlənildiyini, faydalı fikirlərin səsləndiyini, səmərəli müzakirələrin aparıldığını bildirib. Nazir bildirib ki, biz mədəni turizmi xalqlarımız arasında əməkdaşlıq baxımından inkişaf etdirməliyik.
Əbülfəs Qarayev alimlərin, mədəniyyət və incəsənət xadimlərinin bu prosesə geniş cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün strategiyanın hazırlanmasının vacibliyini bildirib.
Sonda Forumun Bəyannaməsi müzakirə edilərək təsdiq olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

