/ / Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz açılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz açılıb
11.06.2013 [02:39]
İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak ediblər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi hər zaman Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Bu baxımdan getdikcə fəaliyyət dairəsini genişləndirən Fond digər ölkələrin problemlərinin həllinə qayğı göstərir, xaricdə uşaqlarla bağlı layihələr reallaşdırır. Bu dəfə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz əsaslı təmir edilib. Bu mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin biliklərə yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir. 1947-ci ildə yaradılan mərkəz görmə qabiliyyətini itirən uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət göstərir.
Mərkəzin direktoru Damir Ovçina Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya məlumat verib ki, iki korpusdan ibarət mərkəz müasir standartlara uyğun sürətdə yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə həyata keçirməyə imkan yaradır.
Leyla xanım Əliyeva mərkəzin əvvəlki görüntülərini əks etdirən stendə baxıb. Bildirilib ki, bina 1990-cı illərin əvvəlində bu torpaqlarda gedən müharibə vaxtı ciddi zərər görüb. Qeyd edilib ki, mərkəzdəki müasir idman zalı kollektivin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciətindən sonra layihəyə əlavə olunub və buna görə Damir Ovçina onun təşəkkürlərini Azərbaycanın birinci xanımına çatdırmağı xahiş edib. Üzgüçülük hovuzu da yüksək səviyyədə qurulub. Burada uşaqların və gənclərin reabilitasiyası üçün hər cür şərait yaradılıb.
Mərkəzlə tanışlıq zamanı uşaqlar hazırladıqları musiqi proqramını Leyla xanım Əliyevaya təqdim ediblər. Qeyd edək ki, mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili təşkil edir və həyata keçirir, kor və zəif görən uşaqların hər hansı sənətə yiyələnmələri üçün onları tərbiyələndirir. Bu qəbildən olan gənclər burada təhsil prosesi, sonradan görmə qabiliyyətini itirən tələbələr isə reabilitasiya mərhələsini keçirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif görən gənclərin təhsilə və müxtəlif peşələrə yiyələnmələri üçün tamamilə yeni standartlar təklif edir.
Mərkəzin açılışına həsr olunan mərasimdə çıxış edən müəssisəsinin direktoru Damir Ovçina bildirib ki, cəmi bir neçə ay əvvəl yararsız vəziyyətdə olan binada indi tədris üçün yüksək şərait var. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edən Damir Ovçina 5000 kvadratmetr sahədə aparılan yenidənqurma işlərinin təhsilin səviyyəsinə təsirsiz ötüşməyəcəyini diqqətə çatdırıb. Kor və Zəif Görən Uşaqlar Assosiasiyasının rəhbəri Yenisa Zimiç valideynlər və şagirdlər adından Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib. Qeyd edib ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsü sayəsində bu mərkəz indi nəinki məktəb, həm də bir çox şagirdlər üçün doğma evə çevrilib. Bosniya və Herseqovinanın elm və təhsil naziri Damir Maşiç ölkəsinin baş naziri Nermin Nikşiçin adından Heydər Əliyev Fonduna minnətdarlıq edib. Damir Maşiç Sarayevoda bir çox layihələr reallaşdıran Heydər Əliyev Fondunun mərkəzin yenidən qurulmasındakı əməyinin bu qəbildən olan uşaqlara öz potensiallarından geniş istifadə etməyə imkan verdiyini diqqətə çatdırıb. Bosniya rəsmisi Leyla xanım Əliyevaya tərifnamə və xatirə hədiyyəsi təqdim edib.
Sarayevo şəhəri Novi Qrad rayonu bələdiyyəsinin sədri Semir Efendiç Heydər Əliyev Fondunun bələdiyyə ərazisində ikinci layihəsinin həyata keçirilməsindən məmnun olduğunu bildirib və bu mərkəzin ölkə üçün əhəmiyyətindən danışıb. Bosniya və Herseqovina parlamentinin deputatı Adnan Vaşiç də fiziki imkanları məhdud uşaqlara göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Mərkəzdə təhsil alan uşaqlar hazırladıqları əl işlərini Leyla xanım Əliyevaya hədiyyə ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış edərək deyib: “Biz bu mərkəzin yenidən qurulmasında iştirak etməyimizdən məmnunuq. On il əvvəl yaradılmış Heydər Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil, səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400 məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada, Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım edib. Fond UNİCEF, UNESCO, İSESCO, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.
Leyla xanım Əliyeva deyib ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir.
Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə məlumat verən Leyla xanım Əliyeva tarixi ədalətin öz yerini tapacağına əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəzin açılışı yerli media tərəfindən geniş işıqlandırılıb. Leyla xanım Əliyeva öz təəssüratlarını jurnalistlərə müsahibəsində bölüşüb.
Sonra mərkəzin həyətini gəzən Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verilib ki, mərkəzdə dərslər mütəmadi qaydada keçirilir. Uşaqlar bu müəssisəyə Bosniya və Herseqovinanın bütün regionlarından gəlir, bir çoxları məktəb-internatda yaşayırlar. Tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı, debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya texnologiyalarından istifadə qaydaları da öyrədilir. Vurğulanıb ki, gələcəkdə Heydər Əliyev Fondu mərkəzi xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası ilə tərtib olunan nəşrlər göndərəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərkəzin həyətində ağac əkib. Sonra uşaqları Azərbaycan şirniyyatlarına qonaq edən Heydər Əliyev Fondunun vitse-prezidenti onlarla söhbət edib.
Sarayevoya səfəri çərçivəsində Leyla xanım Əliyeva “Dostluq” parkında olub və burada Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, həlak olmuş insanların xatirəsini anıb.
Kor və zəif görən gənclər üçün mərkəzin təmiri Heydər Əliyev Fondunun Bakı ilə 1972-ci ildən qardaşlaşmış Sarayevoda həyata keçirdiyi ilk layihə deyildir. Dövlətin siyasətinə həmişə dəstək olan Fondun belə layihələri ölkələr arasında əlaqələrin inkişafına və sözsüz ki, Azərbaycanın xarici ölkələrdə təbliğinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

