/ / Azərbaycanın nəzarətindən kənarda olan Dağlıq Qarabağ bölgəsi aktiv narkoticarət zonasına çevrilib
Azərbaycanın nəzarətindən kənarda olan Dağlıq Qarabağ bölgəsi aktiv narkoticarət zonasına çevrilib
29.06.2013 [09:59]
Ölkəmizin işğal edilmiş ərazilərindən narkotrafikin həyata keçirilməsi, terrorçuların hazırlanması və tranziti, narkotiklərin yetişdirilməsi və digər bu kimi məqsədlər naminə istifadə olunmaqdadır
XXI əsrdə beynəlxalq təhlükəsizliyə təhdid yaradan çoxsaylı faktorlar mövcuddur. Bəşəriyyətin üzləşdiyi ən böyük təhdidlər sırasında ön sırada dayananlardan biri isə nəticəsi yüzminlərlə insanın həyatına son qoyan, milli dövlətlərə və beynəlxalq təhlükəsizliyə fundamental təhlükə yaradan narkoticarətdir. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, son 12 ay ərzində planetimizin ümumi əhalisinin 3 faizi, yəni, təxminən 15-64 yaş arasında 185 milyon insan narkotik maddələrdən istifadə edib. Hazırda 200 milyondan çox insan “narkomaniya” xəstəliyinin daşıyıcısıdır və elə bunun nəticəsidir ki, beynəlxalq narkobiznesin illik gəliri məhz təxminən 400 milyard ABŞ dolları təşkil edir. Bi isə onu göstərir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beynəlxalq şəbəkənin zərərsizləşdirilməsi bəşəriyyət qarşısında duran ən əsas və prioritet məqsədlərdən birini təşkil edir.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, müasir dövrdə mütəşəkkil transmilli cinayətkar qruplaşmalarının böyük bir hissəsini narkobaronlar təşkil edir. Geostrateji baxımdan əlverişli mövqedə yerləşən dövlətlərin ərazisindən tranzit məntəqə kimi istifadə olunmasına xüsusi diqqət yetirən narkobaronlar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bəşəriyyətin genefondunu məhv etməkdədirlər. Dolsayısıyla, narkobaronların fəaliyyəti ayrı-ayrı dövlətlərə qarşı yox, bütövlükdə, bəşəriyyətə və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır.
Şübhəsiz, narkotik vasitələrin və psixotrop maddələrin yayılmasında bir sıra ölkələrin ərazisindən tranzit məntəqə kimi istifadə olunmaqdadır. Bu baxımdan, narkoterror təhlükəsi Azərbaycan Respublikasından da yan keçməyib. Mühüm geostrateji maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar şəbəkələrin daim maraq dairəsində olub. Bu, eyni zamanda, xaricdəki narkobaronlar tərəfindən “ağ ölüm”ün istehsalçıdan istehlakçıya çatdırılması üçün Azərbaycanın ən qısa və ən ucuz yol kimi qiymətləndirilməsi ilə bağlıdır. Bu gün artıq faktdır ki, öz məkrli niyyətlərini həyata keçirmək üçün beynəlxalq narkosindikat bir neçə marşrutlardan istifadə etməklə, Azərbaycan Respublikasının ərazisindən tranzit ölkə kimi yararlanmağa cəhd göstərir.
Qeyd etmək lazımdır ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ərazisində erməni narkobaronları narkotik kultivasiyası ilə məşğul olur, növbəti mərhələdə isə istehsal edilən narkotik maddələr illeqal surətdə region ölkələrinə və regiondankənar dövlətlərə daşınır. Bu isə onu göstərir ki, Azərbaycanın nəzarətindən kənarda olan Dağlıq Qarabağ bölgəsi aktiv narkoticarət zonasına çevrilib. Elə BMT-nin hesabatlarında da narkotik vasitələr və psixotrop maddələrin daşınmasında Azərbaycanın ərazisindən də tranzit məntəqə kimi istifadə olunduğunun qeyd edilməsi məhz bu məqamla bağlıdır. Azərbaycanın işğal edilmiş əraziləri beynəlxalq hüquq normaları baxımından nəzarətsiz zona hesab edilir və bu ərazilərdən narkotrafikin həyata keçirilməsi, terrorçuların hazırlanması və tranziti, narkotiklərin yetişdirilməsi və digər bu kimi məqsədlər naminə istifadə olunması üçün əlverişli şərait mövcuddur. Hansı ki, bu gün işğal edilmiş Azərbaycan ərazilərindən bütün bu məqsədlər naminə istifadə olunur.
Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsidir ki, bu gün Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıqdır və gerçəklikdir ki, bu hal regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir.
Bundan əvvəl ayrı-ayrı cinayət işlərində Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktları mövcuddur. Həmin ərazilərdən nəinki tranzit, habelə, orada emal edildikdən sonra İran-Azərbaycan-Rusiya və Ermənistan-Gürcüstan marşrutları üzrə narkotiklərin Rusiyaya və Avropaya yayılması üçün də istifadə olunur.
Beləliklə, sadalananlar onu göstərir ki, Ermənistanın beynəlxalq hüquq normalarına zidd fəaliyyəti yalnız işğalla yekunlaşmır, Dağlıq Qarabağ bölgəsində narkotik maddələrin kultivasiyası regional və beynəlxalq təhlükəsizliyə real təhdidlər yaradır.
N.QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38

