/ / “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı Azərbaycan diplomatiyası və siyasət elminə dəyərli töhfədir
“Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı Azərbaycan diplomatiyası və siyasət elminə dəyərli töhfədir
17.07.2013 [11:14]
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, birinci dərəcəli dövlət müşaviri, professor Novruz Məmmədovun “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı çapdan çıxıb. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab ömrünün böyük bir hissəsini xarici siyasətə həsr etmiş müəllifin elmi fikir və düşüncələri ilə bərabər, bilavasitə müşahidə etdiyi beynəlxalq münasibətlər prosesinə təhlili yanaşmasının məhsulu olaraq maraq doğurur.
AzərTAc xəbər verir ki, haqqında söhbət gedən kitab konkret tarixi dövrü - Azərbaycanın müstəqillik yollarında ilk kövrək addımlarını atdığı 1993-cü ildən başlayaraq artıq mətinləşib və nüfuz qazanıb, müstəqil xarici siyasət kursuna malik, dünya ölkələri ilə bir cərgədə qətiyyətlə addımladığı müasir zəmanəmizədək olan 20 illik dövrü əhatə edir. Azərbaycanın xarici siyasət kursu necə və hansı şəraitdə müəyyənləşdirilib, ötən 20 ildə bu siyasət hansı təkamül mərhələlərindən keçmiş və qlobal geosiyasi dəyişikliklərə nə kimi reaksiyalar verib? Müəllif kitabında bu və digər suallara cavab tapıb, olduqca çətin və mürəkkəb məqamlarda dramatik dinamizmlə dolu həmin prosesi təhlil edib, ölkənin xarici siyasət kursuna, bu kursun real nəticələrinə müasir geosiyasi nəzəriyyələr kontekstində nəzər salıb. Yeri gəlmişkən, kitabın əsas məziyyətlərindən biri məhz geosiyasətin nəzəri və praktik aspektlərinin qarşılıqlı vəhdətdə götürülüb təhlil olunmasıdır.
Dörd fəsildən ibarət olan əsər nizamlı, ölçülü-biçili ideya təkamülünə əsaslanır. Belə ki, geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr olunmuş birinci fəsildə müasir geosiyasi konsepsiyalar, necə deyərlər, ideya təkamülü süzgəcindən keçirilir. Sonrakı iki fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional geosiyasi tendensiyaların qarşılıqlı əlaqəsi prizmasından, güclü dövlət konsepti və regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisindən baxılır. Əsərin müəllifi ölkənin xarici siyasət kursunun prioritetlərinin bir-biri ilə sıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanlarını əsaslandırır, güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması məsələsinin təhlilini də elə bu aspektdə aparır.
Müasir dövr yeni dünya nizamının təşəkkül tapması, geosiyasi təsiri olan çoxlu sayda ölkənin meydana çıxması ilə səciyyələnir. Müəllifin fikrincə, bizim üçün aktual məsələ Azərbaycanın bu prosesin harasında qərar tutması və həmin istiqamətdə mümkün yeniləşmə tendensiyalarına hazır olmasıdır. N.Məmmədov bununla bağlı mülahizələrini kitabın “Güclü dövlət konsepti və regional liderlik” adlı üçüncü fəslində öz oxucuları ilə bölüşür.
Əsərin yekunu olan dördüncü və sonuncu fəsil isə xarici siyasətin prioritetlərinin bir-biri ilə əlaqəsinin təhlilinə həsr olunub. Prioritetlərin qlobal geosiyasi dəyişikliklər fonunda araşdırılması oxucunun əsərin mahiyyətini dərindən anlamasına kömək edir.
Əsərin digər bir məziyyəti müasir diplomatiyamızın bu günlə yanaşı, gələcəkdə oynaya biləcəyi rol haqqında təsəvvür yaratmasıdır. Yəni, elmi və praktik cəhətdən əsaslandırılmış təhlil və ümumiləşdirmələr hətta uzaq gələcək barədə düşünməyə imkan verir. Eyni zamanda müəllifin aktual hesab etdiyi gələcək tədqiqatın istiqamətlərini müəyyənləşdirir.
Xarici siyasət və diplomatiya çətin qavranılan, adətən məhdud auditoriyaya hesablanan mövzudur. Novruz Məmmədovun yeni kitabı isə tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər problemlərini öyrənən tədqiqatçılarla yanaşı, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Bunun səbəbi kitabın anlaşıqlı, sadə dildə yazılması, fikirlərin məntiqi axıcılığıdır. Azərbaycanın xarici siyasətinin formalaşması, dövrün tələbinə uyğun təkamülü, keçdiyi inkişaf mərhələləri adi oxucunun başa düşdüyü bir tərzdə təhlil edilir. Dünyanın gərdişinə, xarici siyasətə təsir göstərən amillər, bu və digər reallıqlar sərraf gözü ilə seçilib dəyərləndirilir.
Müəllifin özünün də qeyd etdiyi kimi, bu kitab sadəcə elmi düşüncələrin məhsulu deyil, burada ömrünün böyük hissəsini xarici siyasətə həsr edən bir insanın şəxsən yaşadığı məqamlar da öz əksini tapıb. Burada həmin insanın keçirdiyi hisslərin, qürur duyduğu anların, hətta yuxusuz gecələrinin izləri var. Kitabı oxunaqlı edən bir amil də məhz budur.
Ölkəmizin xarici siyasət kursunun formalaşması, bu sahədə atılan ilk addımlar, xarici ölkələrlə münasibətlərin Azərbaycanın maraqları ilə məharətlə uzlaşdırılması siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. N.Məmmədov həmin dövrün xarakterini, ziddiyyətli məqamlarını, mürəkkəbliyini diqqətə çatdıraraq belə bir konkret nəticəyə gəlib: “Heydər Əliyev dövlət idarəçiliyində klassik və müasir anlamda dövlət quruculuğunun baza prinsiplərinə əsaslanırdı. Ulu öndər həm də zəngin şəxsi təcrübəsindən geniş istifadə edirdi. Bu, görkəmli dövlət xadiminə çevik siyasi qərarlar qəbul etməyə imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən düzgün çıxış yolu tapa bilirdi. Heydər Əliyev strateji hədəfləri daxili və xarici amilləri kompleks şəkildə nəzərə almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli təhlil edərək müəyyənləşdirirdi. Bütün bunlar Ulu öndərin dövlətçilik məfkurəsinin başlıca siyasi, ideoloji və nəzəri əsaslarla zənginliyini nümayiş etdirir. Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu seçimi tarixi əhəmiyyətə malikdir. Bu kursda daxili siyasətlə xarici siyasətin incə harmoniyası təmin edilir. Böhranlı situasiyalarda çevik qərarların qəbul edilməsi müasir siyasi idarəçiliyin əsas məğzini təşkil edir”.
Yaxud, müəllif Azərbaycanın xarici siyasət kursunun 20 ildə keçdiyi yolu, nail olduğu nəticələri, diplomatiyamızın uğurlarını müxtəsər şəkildə bir neçə cümlə ilə belə xarakterizə edib: “Ümummilli liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi bu kurs 20 il müddətində səmərəli işləyən bir sistem kimi özünü tam təsdiq etdi. Ötən müddətdə ölkəmiz gözlənilməz ziddiyyətli məqamlarla üzləşdi. Müxtəlif tərəflərdən təzyiqlər oldu. Daxildə ölkəni parçalamaq planları quranlar da tapıldı. Bütün bu sınaqlardan uğurla çıxan və dövlət quruculuğunu inkişaf etdirmək üçün əlverişli geosiyasi mühit formalaşdıran xarici siyasət kursu yarandı. Qlobal miqyasda geosiyasi vəziyyətin dəyişməsinə praktik-əməli səviyyədə adekvat reaksiya verə bilən siyasi fəaliyyət xətti işləndi”.
“Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabında diqqəti cəlb edən digər bir cəhət müəllifin olduqca zəngin nəzəri mənbələrə, klassik və müasir tədqiqatlara, fərqli baxışlara əsaslanmasıdır. Belə ki, N.Məmmədov Azərbaycan və rus dillərində yazılmış çoxsaylı əsər və məqalələrlə yanaşı, Avropa dillərində nəşr olunmuş ədəbiyyatdan da geniş istifadə edib. Onun istinad etdiyi mənbələr sırasında Aristotel, Demokrit, Platondan başlayaraq orta əsr müsəlman filosofu İbn Xaləddinədək, XVI əsr fransız mütəfəkkiri Jan Boden və XVIII əsr fransız filosofu Şarl Monteskyö, ingilis tarixçisi Henri Tomas Bokl, amerikalı politoloq Corc Modelski, “Geosiyasətin atası” Ratselədək bir çox filosofların, alim və politoloqların adları var. Bu da öz-özlüyündə əsərin təhlil imkanlarını və təsir gücünü artıran, kitabın elmiliyini təmin edən çox mühüm faktordur.
Mübaliğəsiz demək olar ki, Novruz Məmmədovun “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı Azərbaycan diplomatiyası və siyasət elminə dəyərli, sanballı töhfədir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

