Belçika parlamentinin növbəti qərəzi...
11.04.2025 [10:08]
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra müəyyən xarici dairələr ölkəmizə qarşı açıq qərəz nümayiş etdirirlər. Bir sıra Avropa ölkələri Ermənistana havadarlıq etməkdən yorulmaq bilmir. Bunu həmin ölkələrin parlamentlərində Azərbaycan-Ermənistan münasibətləri, keçmiş Qarabağ münaqişəsinə dair aparılan müzakirələr, qəbul olunan “sənədlər” də təsdiqləyir. Təəssüf ki, belə davranış Avropa dəyərlərinin və beynəlxalq hüquq normalarının tapdanmasıdır. Erməni diasporunun maliyyəsi ilə Ermənistana lobbiçilik edən qüvvələr dövlətimizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar.
Səfirimiz bütün iddialara tutarlı cavab verib
Ermənistana havadarlıq edən ölkələrdən biri də Belçikadır. Bugünlərdə Belçika Parlamentinin Xarici əlaqələr komissiyasında Azərbaycan-Ermənistan münasibətlərinə dair hazırlanmış qərəzli qətnamə layihəsi ilə bağlı dinləmələr keçirilib. Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov komissiya üzvləri qarşısında çıxış edib, onların ermənilərin fikirlərinə əsaslanan və regiondakı mövcud reallıqları əks etdirməyən çoxsaylı suallarını cavablandırıb. Eyni zamanda, müzakirələrdə Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ, vaxtilə işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirilmiş total dağıdıcılıq siyasəti, ölkəmizin üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərlə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb. Həmçinin vurğulanıb ki, 2020-ci ildən sonra bölgədəki mövcud reallıqlar Ermənistan hökuməti tərəfindən qəbul edildiyi bir vaxtda, bəzi Avropa ölkələrinin parlament təsisatları tərəfindən fərqli təqdim olunur. Bu isə Azərbaycan və Ermənistan arasında həssas normallaşma prosesinə təsir göstərir.
Səfir Azərbaycan tərəfinin parlamentariləri maraqlandıran bütün məsələlərlə bağlı konstruktiv dialoqa hazır olduğunu bildirib. Həmçinin dayanıqlı sülhə və iki ölkə arasında münasibətlərin inkişafına xidmət etməyən adıçəkilən qətnamə layihəsinin qəbuluna təkrar baxılacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Kamran Bayramov: Bu tip qətnamələrlə dövlətimizin mövqeyinə təsir etmək mümkün deyil
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Kamran Bayramov bildirib ki, bəzi Avropa ölkələrinin bu davranışları qəbulolunmazdır. Onun sözlərinə görə, Fransa kimi Belçika da Azərbaycana qarşı qərəz nümayiş etdirir. Belçika Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük verib. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Belçika parlamenti bu cinayətləri görməzdən gəlir, Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.
K.Bayramovun fikrincə, əslində, bu gün Avropanın Azərbaycana böyük ehtiyacı var. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən millət vəkili söyləyib ki, neft-qazla yanaşı, hazırda yaşıl enerjinin ixracı istiqamətində də işlər görülür: “Belçika parlamentariləri ölkəmizin Avropa üçün önəmini dərk etməlidirlər. Amma təəssüf ki, Avropa Parlamentində və Avropa Komissiyasında Azərbacana qarşı düzgün olmayan yanaşma mövcuddur. Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində yeni dünya nizamına həsr olunmuş beynəlxalq forumda qeyd edib ki, Avropa İttifaqında elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Bu layihə reallışdıqdan sonra Azərbaycanın Avropa üçün önəmi daha da artacaq. Prezidentimizin dediyi kimi, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və Azərbaycan kimi ölkələri dəyərləndirsinlər. Bu baxımdan, Belçika da Avropa İttifaqının üzvü kimi ölkəmizə qarşı qərəzə son qoymalıdır”.
Pərvanə Vəliyeva: Avropa ölkələri Prezidentimizin mesajlarından nəticə çıxarmalıdır
“Belçika Parlamentində ilk dəfə deyil ki, Azərbaycan əleyhinə, absurd ittihamlarla dolu, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə xələl gətirəcək ifadələr işlənən qətnamə layihələri müzakirə edilir və ya qəbul olunur. Əslində, Belçika deputatları öz ölkələrinin problemlərini, ölkə rəsmilərinin fəaliyyət və ya fəaliyyətsizliyini müzakirə etsə, daha yaxşı olar. Regionumuzdan kənarda yerləşən xarici bir ölkənin daxili işlərinə qarışmaqla öz ölkələrində baş verən siyasi böhranları gizlətməyə çalışırlar”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan daim haqlı mövqedə olub, qlobal və regional məsələlərə ədalət prizmasından yanaşıb. Belçika deputatları Azərbaycan xalqına qarşı törədilən cinayətləri isə görməzdən gəlir. “Qərbi Azərbaycandan qovulan soydaşlarımız XX əsrdə dörd dəfə böyük deportasiyaya məruz qalıb və bu deportasiyalar yaddaşımızda acı izlər buraxıb. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb, bu isə ölkə ərazisinin 13 faizini təşkil edir. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar 1 milyona yaxın keçmiş qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını çətinləşdirir”- deyən millət vəkili əlavə edib ki, Belçika Krallığında növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya bu il fevralın 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdu. Sözügedən sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır. Koalisiya sazişində “Dağlıq Qarabağ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. O, deyib ki, 1908-1960-cı illərdə Afrikanın Konqo, Ruanda, Burundi kimi ölkələri Belçikanın irqçi və müstəmləkəçi siyasətinin qurbanı olub. Bu siyasət yerli xalqların dilini, dinini, mədəniyyətini, irqini yer üzündən silməyə yönəlmişdi. Kolonial dövrün acı irsi Afrika ölkələrində hələ də davam edir. “Həmin xalqlar Belçika hökumətindən maddi və mənəvi təzminat tələb edirlər. Belçika parlamentarilərinə Belçikanın müstəmləkə keçmişi və qarışıq irqdən olan şəxslərə və onların ailələrinin məruz qaldıqları dərin iztirabları aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış etməyi tövsiyə edirəm”-deyə həmsöhbətimiz vurğulayıb.
P.Vəliyeva söyləyib ki, 2021-ci ildən bu günə kimi Azərbaycanın adı Avropa Parlamentinin 35 sənədində mənfi məzmunda hallandırılıb: “Bunlardan 12-si sırf Azərbaycan haqqında qətnamədir. Bu qətnamələrdə məzmun Azərbaycanı tənqid məqsədini aşır və bu da öz növbəsində ikitərəfli münasibətlərə zərbə vurur. 30 il müddətində Qarabağda viran qoyulan Azərbaycan mədəni irsinin bərpası üzrə lazım olan məbləğ milyardlarla ölçülür. Avropa İttifaqı və Avropa Parlamenti bu məsələlərə bir dəfə də olsun münasibət bildirməyib. Sözügedən parlamentarilərin Qarabağın Azərbaycan mədəni irsinin dağıdılması faktına biganə qalması isə onların ölkəmizə qarşı siyasi ikiüzlülüyündən xəbər verir. Avropada anti-semitizmin, islamofobiyanın geniş vüsət aldığı bir zamanda Belçika və Avropa Parlamentləri bu yöndə işlər görməlidir, lakin tarix boyu Avropa dəyərləri kimi dünyaya sırınan insan haqları, demokratiya kimi dəyərlərin burada yox olmasını görürük. Azərbaycanda isə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü ölkə kimi burada məskunlaşan hər bir etnik qrup buranı özünə doğma vətən bilir, sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlayır. Avropa İttifaqına daxil olan ölkələr Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş beynəlxalq forumda verdiyi mesajlardan nəticə çıxarmalı və öz mövqelərində ədalət prinsipinə üstünlük verməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

