/ / Riçard Kozlariç: keçmiş diplomat, Müsəlman Dünyası üzrə Xüsusi Təşəbbüslər bölməsinin direktoru, yoxsa səlib yürüşünün “cəngavəri”?
Riçard Kozlariç: keçmiş diplomat, Müsəlman Dünyası üzrə Xüsusi Təşəbbüslər bölməsinin direktoru, yoxsa səlib yürüşünün “cəngavəri”?
25.07.2013 [10:00]
Azərbaycan son illərdə ictimai, iqtisadi, sosial, siyasi həyatın bütün sferalarında dinamik və ardıcıl inkişaf nümayiş etdirir. Bu inkişaf ölkə daxilində Azərbaycan xalqı tərəfindən qiymətləndirildiyi kimi, xaricdə də müxtəlif iqtisadi, siyasi mərkəzlərdə, o cümlədən insan hüquq və azadlıqları ilə bağlı fəaliyyət göstərən regional və beynəlxalq təşkilatlarda yüksək qiymətləndirilir. Əgər son 10 ilin dinamikasına nəzər salsaq görəcəyik ki, iqtisadi sahədə olduğu kimi, digər bütün sahələrdə də Azərbaycanda ardıcıl inkişaf müşahidə edilib. Ən əsası, bir sıra iqtisadi mərkəzlərin təqribən 10 il bundan əvvəl ehtimal edilən proqnozları üzrə göstəricilər öz əksini tapmadı. Əgər 10-15 il bundan əvvəl Azərbaycan iqtisadiyyatının inkişafının yalnız neft faktoru ilə mümkün olacağı iddia edilirdisə, sonrakı mərhələdə ölkəmizdə həyata keçirilən iqtisadi siyasət məhz Azərbaycan iqtisadiyyatının heç də neft əsasında formalaşmadığını isbat etmiş oldu. Bu gün Azərbaycan büdcəsində, iqtisadi dövriyyəsində qeyri-neft sektoru öz çəkisinə görə fərqlənməkdədir. Maraqlıdır ki, dünyada mövcud olan analitik iqtisadi mərkəzlərin ekspertləri bunu etiraf edirlər. Yəni, Azərbaycan öz inkişaf təcrübəsində isbat etdi ki, o, prinsipial şəkildə öz Konstitusiyasında elan etdiyi istiqamətlərdən bir addım da geriyə çəkilməyibdir. Ötən dövr ərzində Azərbaycanda insan hüquq və azadlıqları prioritet məsələ olub və şaxələnmiş iqtisadiyyatın inkişaf etdirilməsi “holland sindromu”, “ərəb ölkələri sindromu” və s. kimi iqtisadiyyatı neftlə sıx bağlı olan ənənələrdən, iqtisadi tendensiyalardan özünü kənarda saxlaya bilib və Azərbaycanda iqtisadiyyatın digər sektorları da neft sektoruna paralel olaraq inkişaf edib. Əlbəttə, bu inkişaf Azərbaycanın dostlarını sevindirir, Azərbaycanı sevməyənləri isə yumşaq desək qısqandırır.
Səlib yürüşü “cəngavəri”nin paradoksal və ziddiyyətli məntiqi
Bir neçə gün bundan əvvəl 1994-97-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri işləmiş Riçard Kozlariç BBC radiosuna müsahibə verib. Bütövlükdə, keçmiş səfirin müsahibəsini ziddiyyətli, paradoksal və məlumatsızlıqdan doğan məntiqsizlik kimi səciyyələndirmək olar. Hətta bir qədər irəli gedərək keçmiş diplomatın fikirlərinin qərəzli olduğunu da qətiyyətlə söyləmək olar. Bunun səbəblərini araşdıranda məlum olur ki, R.Kozlariç hazırda ABŞ-ın Sülh İnstitutunun Müsəlman Dünyası üzrə Xüsusi Təşəbbüslər bölməsinin direktoru vəzifəsində çalışır. Əgər biz bunu anlaşılan dilə tərcümə etsək, görəcəyik ki, R.Kozlariç imperialist mərkəzlərin, islamofob dairələrin müsəlman şərqinə elan etdiyi yeni səlib yürüşünün “cəngavər”lərindən biridir. Bu fikri özümüzə və auditoriyaya izah etdikdən sonra aydın olur ki, R.Kozlariç niyə Azərbaycan haqqında öz müsahibəsində qərəzli, məntiqsiz, ziddiyyətli, qeyri-obyektiv fikirlərə yol verir. Əlbəttə ki, sadəcə bu abzasla R.Kozlariçin müsahibəsinə münasibətimizi bildirə bilərdik. Amma yaxşı olardı ki, onun fikirlərinin alt məntiqini və demək istədiklərini geniş oxucu auditoriyasına izah etmək üçün ayrı-ayrı detalları “tərcümə” edək.
İlk növbədə, verilən suala cavab olaraq R.Kozlariç bildirib ki, uzun müddətdir Azərbaycanla əlaqəsi yoxdur, ona görə də, o, Azərbaycanda baş verən prosesləri obyektiv qiymətləndirə bilməz. Kaş ki, R.Kozlariç elə bu fikirdən sonra Azərbaycanda baş verən prosesləri şərh etməkdən imtina edəydi və azərbaycanlıların gözündə köhnə səfir kimi nüfuzunu qoruyub saxlamış olaydı. Eyni zamanda, sonrakı açıqlamalarında hazırda maaş aldığı Sülh İnstitutunun Müsəlman Dünyası üzrə Xüsusi Təşəbbüslər bölməsinin də İslam dünyası ilə bağlı planlarının, arzularının və məqsədlərinin nə olduğunu ifşa etməzdi. Amma görünür, səlib yürüşünün “cəngavər” ruhu bu şəxsdə o qədər bariz təcəssüm edir ki, son dövrlərdə müsəlman şərqində əldə edilən “nailiyyətlərdən” zövq alır və öz müvəffəqiyyətləri ilə fəxr edir. Bu barədə bir az sonra...
Eks-səfirin zorən etirafları
R.Kozlariç qeyd edir ki, “Bakının siması dəyişib. Bu mənim 2000-ci ildə, 1992-ci ildə gördüyüm şəhər deyil. İqtisadi inkişafın izləri açıq şəkildə özünü büruzə verir və bu resurslar hökumətə siyasi düzənə təsir göstərmək üçün imkan yaradır”. Bu, bir növ ABŞ-ın keçmiş səfirinin mövcud fakt və reallığı məcburən etiraf etməsidir. Keçmiş səfir etiraf edir ki, Azərbaycanda böyük inkişaf var. Amma eyni zamanda, əvvəlcə Azərbaycan haqqında məlumatsız olduğunu bildirən səfir birdən-birə hansısa sehrli əllə məlumatlandırılır və qeyd edir ki, Azərbaycanda müstəqil mediaya qoyulan məhdudiyyətlər, jurnalistlərin və siyasi xadimlərin həbsləri, Bakıdan kənara səfər edən müxalifət liderlərinin təzyiqə və hücuma məruz qalması qınanmalıdır. Müsahibənin mətnindən belə görünür ki, bu ya R.Kozlariçin fikirləri deyil, çünki o, yuxarıda Azərbaycan haqqında çox az məlumatlı olduğunu bildirir, ya da sadəcə olaraq müsahibə prosesində ona təqdim olunan hazır mətnin R.Kozlariçin dilindən səsləndirilməsidir.
Pessimist adamın proqnozları, yaxud dəlidən doğru xəbər
Başqa bir məsələ isə odur ki, R.Kozlariç müxalifətlə bağlı öz fikirlərini bildirərkən yenidən özünü ifşa edir. R.Kozlariç qeyd edir ki, Azərbaycanda müxalifətin birləşməsi vacibdir, bu bir proqres əlamətidir, ancaq ənənəvi və qeyri-ənənəvi müxalifətin perspektivləri ilə bağlı fərdi pessimist fikirləri var. Belə yerdə Azərbaycan xalqının bir atalar sözü yada düşür: dəlidən doğru xəbər. Görünür, R.Kozlariç 1992-1997-ci illərdə burada - Azərbaycanda heç nəyi öyrənə bilməsə də, müxalifəti yaxşı tanıyıb, onların birləşəcəyinə inanmır və bu barədə pessimist olduğunu bildirir. Hesab edirik ki, onun müsahibəsində ən doğru, ən ədalətli fikir elə budur. Bu etirafından sonra R.Kozlariç müxalifəti aşağılayıcı tərzdə qeyd edir ki, ənənəvi müxalifət, yəni siyasi sistemdə mövcud olan, partiyalar şəklində fəaliyyət göstərən müxalifət bu günə qədər birləşə, cəmiyyətdə heç bir nailiyyət qazana bilməyib. Amma onun qeyri-ənənəvi adlandırdığı müxalifət, bir kinorejissorun timsalında yaranan, bir nəfərin iradəsinə bağlı olan qeyri-ciddi bir siyasi təşkilatı R.Kozlariç qeyri-ənənəvi müxalifət adlandırır, müəyyən dərəcədə uğur qazana bilər. Əslində, bu fikri ilə Kozlariç Azərbaycan müxalifətinə ironiya edir. Necə olur ki, ənənəvi müxalifət uzun müddət mübarizə aparır və heç bir uğur əldə edə bilmir, nəhayət, 20 ildən sonra qeyri-ənənəvi müxalifətə tabe olur. Əslində, R.Kozlariçin ikinci obyektiv etirafı da budur ki, o, müxalifət qeyri-ənənəvi müxalifətin çətiri altında birləşsə belə, yenə də bu birliyə inanmır. R.Kozlariç öz müsahibəsində ikinci dəfə Azərbaycan müxalifətini bu cür təhqir edir. Bu isə R.Kozlariçin müxalifəti Azərbaycanda xaos yaratmaq üçün bir vasitə kimi görməsinə baxmayaraq, ona da daxili eqoizmindən, xristian təəssübkeşliyindən doğan nifrətlə baxdığının açıq göstəricisidir.
Aciz missionerin sərsəm arzuları
Növbəti dəfə isə R.Kozlariç özünün, öz təşkilatının qayəsini, məqsədini ifşa etməklə kifayətlənmir, vətəndaşı olduğu, vaxtilə rəsmən təmsil etdiyi dövlətin də siyasətini ifşa edir. O qeyd edir ki, Misirdə olduğu kimi, Azərbaycandakı proseslərə də ABŞ müdaxilə etməlidir. Bu gün Azərbaycanda hamı bilir ki, indiyədək Misirdə baş verən bütün proseslərdə imperialist dairələr hansı rolu oynayıb. Ən nəhayət, xalqın iradəsi ilə seçilmiş bir prezidentin hansı şəkildə çevrilişə məruz qaldığını da etiraf edir. Bu çevriliş üçün ABŞ-ın müxtəlif dairələri 1,5 milyard dollar vəsait ayırıb. Əgər ABŞ-dakı bəzi dairələr doğrudan da demokratiya tərəfdarlarıdırsa, demokratiyaya, insan hüquqlarına dəyər verirlərsə, o zaman belə bir sual yaranır: nə üçün xalqın iradəsini təmsil edən bir prezident bir hərbçi tərəfindən devrilir və Misirdə xaos baş qaldırır, qan axıdılır. Artıq bir neçə ildir ki, Misirdə insanlar bir-birinə düşmən kəsilib. Bu, məhz imperialist, islamafob dairələrin İslam dünyasında yaratmaq istədikləri idarəolunan xaosun tam özüdür. R.Kozlariçin arzusu isə Azərbaycanı da Misir, Suriya, Liviya kimi görməkdir. Ancaq səfirin özü də etiraf edir ki, bu məsələdə pessimistdir. Çünki Azərbaycanda öyrəndiyi ikinci həqiqət o olub ki, səfir Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin intellektual əsaslarda formlaşmış demokratik bir cəmiyyət olduğunu öyrənə bilib və təəssüflənir ki, müxalifət birləşə bilməyəcək və onların Azərbaycanda idarə olunan xaos yaratmaq planları boşa çıxacaq. Ona görə də, keçmiş səfir proqnozları ilə bağlı özünü pessimist adlandırır.
Məlumatsızlıqdan doğan məntiqsizlik, yaxud demokratiyanın inkişafına qərəzli baxış...?
Lakin keçmiş səfiri narahat edən başqa bir məsələ də var. Yeni yaranan, formalaşan və dünyanı öz hegemoniyası altına almağa çalışan qlobal dövlət nəzəriyyəçilərinin icad etdiyi netokratiya, yəni şəbəkə hakimiyyəti planı ayrı-ayrı dövlətlərdə, müxtəlif cəmiyyətlərdə baş tutsa da, inkişaf etmiş və ictimai fikrində manipulyasiya etməyin çətin olduğu cəmiyyətlərdə bir o qədər perspektivli görünmür. Artıq xeyli vaxtdır ki, islamofob dairələr Azərbaycanda imfoimperializmin toruna düşmüş bəzi gənclərdən Azərbaycan dövlətinə və xalqına qarşı bir vasitə kimi istifadə etməyə çalışsalar da bu baş tutmayıb. R.Kozlariç bir də buna təəssüflənir ki, niyə onların planı Azərbaycanda ifşa olunur və bu təəssüfünü gizlətmədən açıq şəkildə qeyd edir ki, Azərbacanda gənclər həbs olunurlar. Amma çox təəssüf ki, bir arqument belə, gətirə bilmir ki, hansı gənc siyasi fəaliyyətinə görə həbs olunub. Azərbaycanda həbs olunan gənclər konkret cinayət əməllərinə görə həbs olunanlardır və keçmiş səfir onları müdafiə etməyi özünə borc bilir. Keçmiş səfir qeyd edir ki, Azərbaycanda internet azadlığı, sosial mediada azadlıqlar məhdudlaşdırılır. Çox aydındır ki, R.Kozlariçin Azərbaycandakı sosial medianın fəaliyyətindən xəbəri yoxdur. Çünki Azərbaycanda dünyanın heç bir yerində olmadığı qədər azad internet, sosial media və informasiya mübadiləsi var.
Demokratiya nəğməsinin ən kobud ifaçısı
Keçmiş səfir bunları inkar etməklə, əslində, yenə də özünü ifşa etmiş olur. Bu paradoksal məntiq və ya məntiqsizliklə R.Kozlariç öz islamafob sahiblərinə bir növ, ruslar demişkən, “ayı xidməti” göstərir. Çünki kiçik bir müsahibədə R.Kozlariç çalışdığı institutun da, missioneri olduğunu islamofob dairələrin də bütün planlarını ifşa edir, açır. Bu, bir eks-diplomata yaraşmayan, amma əslində bir “səlib yürüşü cəngavərinə” yaraşan hərəkətdir. Madam ki, keçmiş səfir Azərbaycan cəmiyyətinə mesaj vermək istəyir, biz də borclu qalmayıb ona belə bir mesaj göndərək: cənab eks-səfir, yaxud məntiqsiz adam, yaxud “səlib yürüşü cəngavəri” çalışdığınız institutda deyin ki, artıq müsəlman dünyası sizin demokratiya nəğmələrinizə əvvəlki heyranlıqla qulaq asmır, ona inanmır və sizə təşəkkür edirik ki, bu inamsızlığın formalaşmasında sizin kimi informatrlar öz planlarını ifşa edərək bizə yardımçı olurlar. Görüşənədək...
Hikmət Babaoğlu
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

