Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından iki il ötür
23.04.2025 [13:08]
Bu gün Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm hadisə olan “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasının ikinci ili tamam olur. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində qurulan bu məntəqə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinə nəzarət hüququnun bərpasının rəmzidir. Bu tarixi uğur Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, müdrik diplomatiyasının və Vətən müharibəsindən sonrakı dövrdə apardığı ardıcıl dövlətçilik xəttinin məntiqi nəticəsi idi.
Bu tarixi gün münasibətilə AZƏRTAC Azərbaycanın haqq savaşında qazandığı Zəfərdən sonra dövlət sərhəd nəzarətinin bərpası və suverenliyin təmin olunması istiqamətində atılan qətiyyətli addımlara, həyata keçirilən uzaqgörən siyasətə nəzər salır.
2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad etdi. Lakin bölgədə tam sabitliyin və ərazi bütövlüyünün bərpası üçün daha ciddi addımlar atmaq lazım idi. Laçın dəhlizinə nəzarətin bərpa olunması və sərhəd-buraxılış məntəqəsinin yaradılması bu baxımdan əlamətdar hadisə oldu. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Ermənistanla sərhəddə hüquqi və faktiki nəzarət tam şəkildə Azərbaycan dövlətinin ixtiyarına keçdi.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan öz sərhədlərində tam suveren hüquqlara malik olacaq və bu istiqamətdə heç bir güzəştə gedilməyəcək. Dövlətimizin başçısının iradəsi və prinsipial mövqeyi nəticəsində ölkəmizin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin olundu.
Azərbaycan Prezidenti İlham Əliyev müharibə vaxtı və ondan sonrakı dövrdə dəfələrlə bəyan etmişdi ki, ölkəmiz beynəlxalq hüququn tələblərinə uyğun şəkildə bütün sərhədlərinə nəzarət edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Ermənistan tərəfindən vaxtilə işğal olunmuş torpaqlar məhz bu uzaqgörən və prinsipial siyasət nəticəsində azad edildikdən sonra sərhəd məsələlərinin hüquqi və faktiki həlli istiqamətində ciddi addımlar atıldı.
Bir sözlə, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətli addımlarının və diplomatik məharətinin bariz nümunəsidir. Dövlətimizin başçısı regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, Azərbaycanın suveren hüquqlarının tam bərpası üçün bütün zəruri addımları atıb və bu gün bu siyasətin uğurlu nəticələri özünü aydın şəkildə göstərir.
Strateji məntəqənin önəmi
“Laçın” sərhəd-buraxılış məntəqəsi təkcə sərhəd-keçid məntəqəsi deyil, həm də regionda sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Bu məntəqənin fəaliyyəti əhalinin təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, məntəqənin yaradılması Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi və sülh prosesində əhəmiyyətli mərhələ sayılır.
Qeyd etmək lazımdır ki, 2023-cü il sentyabrın 19-20-də şanlı Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələndi. Qeyri-qanuni silahlı dəstələr tərksilah edildi, ərazilərimizdə konstitusiya quruluşu bərqərar olundu. Bu möhtəşəm Qələbənin təməlində isə 2023-cü il aprelin 23-də yaradılan “Laçın” sərhəd-buraxılış məntəqəsi dayanırdı. Məhz bu strateji məntəqə Azərbaycanın sərhəd nəzarətini tam bərpa etməsinə və sonrakı antiterror tədbirlərinin sürətli, qətiyyətli və minimal itkilərlə həyata keçirilməsinə zəmin yaratdı. Dövlət suverenliyinin bərpası yolunda bu addım tarixə qızıl hərflərlə həkk olundu.
Həmçinin bu addım Azərbaycan-Ermənistan münasibətlərində yeni dövrün başlanğıcı kimi dəyərləndirilə bilər. Çünki sərhədlərin qarşılıqlı tanınması və sülh müqaviləsinin imzalanması üçün real zəmin məhz bu hadisədən sonra formalaşıb.
Azərbaycanın beynəlxalq müstəvidə möhkəmlənən mövqeyi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülh və əməkdaşlıq təşəbbüslərinin müəllifi kimi çıxış edir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Müharibədən sonrakı dövrdə həyata keçirilən diplomatik təşəbbüslər, nəqliyyat-kommunikasiya layihələri və sərhəd təhlükəsizliyi tədbirləri nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi mövqeyini daha da möhkəmləndirib.
Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub və ölkə öz sərhədləri üzərində suveren hüquqlarını uğurla həyata keçirir. Bu uğurun arxasında isə Prezident İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti, xalqına və dövlətinə olan sədaqəti dayanır.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35

