Çin modeli: Oyaq xalq, oyaq dövlət və modern liderlik…
04.05.2025 [18:36]
22 aprel, 2025-ci il.
Çində Sincan-Uyğur Muxtar rayonunun paytaxtındayıq.
Buraya Çin Kommunist Partiyasının dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Siyasi partiyalar forumunda iştirak etmək üçün gəlmişik.
Forumun açılışı sabah olacaq.
Hələ vaxt var.
Yerləşdiyimiz otelin səliqə-səhmanı ilə diqqəti çəkən geniş həyəti gəzişmək üçün ideal məkandır.
Çin möcüzəsindən, ölkənin regional sərhədləri artıq çoxdan keçmiş iqtisadi-siyasi gücündən danışırıq.
Çin müdriklərindən Şan Sanın bir fikrini xatırladıram:
“Dövlət oyaq olanda, xalq yatır.
Xalq oyaq olanda, dövlət yatır.”
Birinci variantda dövlət xalq üçün özgələşir.
İnkişafın istiqaməti ziddiyyət yaradır: biri gələcəyə doğru gedir, biri səfalətə və ətalətə sürüklənir.
İkinci variantda dövlət xalqın düşüncələrini qarşılaya bilmir.
Sonda xaos, anarxiya, iğtişaşlar qaçılmaz olur.
Dövlətin immuniteti aşağı düşür, ölkə xarici müdaxiləyə açıq qalır.
Tarixdə belə nümunələr çoxdur.
Müasir dövrdə də belə acı təcrübələrlə tez-tez rastlaşmışıq və rastlaşırıq.
İndi 21-ci əsrdir.
Şərtlər dəyişib.
Tələbatlar fərqlidir.
Əsrin gərginliklərini, üzləşdiyimiz regional və qlobal riskləri itkisiz, ən yaxşı halda minimum itkiylə sağ-salamat adlamaq üçün hər ikisi - dövlət də, xalq da oyaq və ayıq olmalıdır.
YAP nümayəndə heyətinin rəhbəri Tahir Budaqaov "Bu missiyanı isə yalnız modern liderlik hesabına həyata keçirmək mümkündür" - deyir.
Və nəticədə mükəmməl bir təsnifat alınır.
“Oyaq xalq, oyaq dövlət və modern rəhbərlik".
Milli mövcudluğun, yaşamın, inkişafın, günü-gündən sərtləşən rəqabətə davamlılığın alternativsiz modeli!
Hansı ki, bu gün bu modelin əlamətlərinə Çin Xalq Respublikasının hər guşəsində rast gəlmək mümkündür. Paytaxtdan tutmuş əyalətlərə qədər...
Eyni zamanda, bu, biz azərbaycanlılara tanış və uğur qazandıran bir üslubdur...
Urumçi Sincan-Uyğur Muxtar rayonunun paytaxtıdır.
Muxtar rayonun paytaxtı ötən əsrin ortalarına kimi Dihua adlanırmış.
1954-cü ildə şəhərin adı dəyişdirilərək Urumçi olub.
Bu şəhər dəmiryolu nəqliyyatının mühüm nöqtəsidir.
Qərb istiqamətindəki yolun şah damarı sayılıır.
Urumçinin adı anımların xüsusi idarəolunma mexanizminə təkan verir.
Dilimizdəki Urumçi adı ilə bağlı ifadələr yada düşür.
Mənim doğulduğum Zəngəzur mahalının Mığrı bölgəsinin Nüvədi kəndində yaşlı sakinlərin dilindən tez- tez eşidərdik:
"Haralardaydın, görünüb eləmirdin.
Urumçiyə gedib eləməmişdin.
Niyə yorulmusan ki, Urumçidən gəlirsən.
Sənin xətrinə nə desən, gedib lap Urumçidən tapıb gətirərəm...”
Qərb bölgəsində Qazax, Tovuz tərəflərdə belə bir ifadə var.
“Urumjidən gəlmisən bəlkə.”
Şirvan zonasında analar dilli-dilavər, ərköyün, sözə baxmayan qız övladlarını məzəmmət edərkən belə deyirlər.
“Dilin yanmasın, səni görüm uruma-çinə qismət olasan...”
Şübhəsiz ki, bu deyimlər təsadüfdən yaranmayıb.
Bu dil faktlarının hər birində qədim İpək yolunun, 40-cı paraleldə yerləşən Bakı-Pekin əlaqələrinin kodları yaşayır...
Urumçidəki tərcüməçi bələdçimiz yerli sakindir.
Rus dilində anlaşırıq.
Azərbaycandan olduğumuzu biləndə, -"Xoş bulduq" - deyir.
Dərhal isinişib tanış oluruq.
Adı Həmid, soyadı Məciddir.
Həmid Məcid!
Həmid Məcid uyğurdur.
İngilis dili mütəxəssisidir.
Atası uyğur, anası tatar qızıdır.
38 yaşı var.
Hələ ailə qurmayıb.
Uyğur qızı ilə ailə quracağını planlayıb.
Həmid Məciddən öyrənirik ki, Urumçidə yerli vaxt Pekin vaxtından bir-iki saat fərqlənir.
Amma saatlar Pekin vaxtıyla işləyir.
Ümumiyyətlə, Çində yerli vaxt anlayışı yoxdur.
Çin xarakterinin daha bir maraqlı detalı - eyni zamanda yaşamaq, zamandan geri qalmamaq,
Birgəlik məsuliyyəti təşviq edilir.
ŞƏT Siyasi Partiyaların Forumu ilə eyni gündə Pekində Azərbaycan-Çin görüşləri keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında dövlət səfərindədir.
Həmin gün Prezident İlham Əliyev və sədr Si Cinpin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzaladılar.
Bu sənəd bir il əvvəl iyul aynda Şanxayda imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamədən daha təkmil və hərtərəfli sənəddir.
Pekin Bəyannaməsində Azərbaycanın hakim partiyası - Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq xüsusi bənddə qeyd olunur.
Bəyannamənin ikinci bəndində deyilir:
“Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyir. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir.”
Azərbaycanla Çin arasında imzalanmış 18 sənədin arasında Urumçi şəhərinin də adı var:
“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlamış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzaladılar.
Naxçıvanla Urumçi qədim İpək yolunun, Azərbaycanın və Çinin dəstəklədiyi "Bir kəmər, bir yol" layihəsinin, “Orta Dəhlizin” vacib strateji məntəqələridir.
Hər iki şəhər Qlobal Cənubun mühüm məkanıdır.
Xatıladaq ki, bu il aprelin 2-də, Çin-Azərbaycan əlaqələrinin qurulmasının 33-cü ilinin tamamlandığı gün keçirilmiş “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” adlı konfransda Naxçıvanla bağlı mövzuya toxunulmuş və Çin Kommunist Partiyasının mərkəzi komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tzyançao bu məsələnin diqqət mərkəzində olduğunu qeyd etmişdi...
Bu münasibətlə uyğur qardaşımız Həmid Məcidi təbrik edirik:
“Artıq rəsmən qardaşlaşdıq.
Həmid Məcidin ümid və həyəcan saçan gözlərini yəqin ki, heç vaxt yaddan çıxarmaq mümkün olmayacaq...
ŞƏT Siyasi Partiyaların forumunda 23 ölkədən 200 nəfərə yaxın nümayəndə iştirak edir.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə və onun rəhbərinə xüsusi diqqət, həssas münasibət var.
Yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq istəyirlər.
Azərbaycana belə münasibətin bir səbəbi var.
Cənubi Qafqazın lider ölkəsi geosiyasi imkanlardan bəhrələnən deyil, geosiyasi proseslərə töhfə verən bir ölkədir.
Yeri gəlmişkən, bəzən bizim Qarabağda üzləşdiyimiz işğalı Ukraynada gedən savaşla müqayisə edirlər.
Əlbəttə ki, oxşarlıqlar tapmaq mümkündür.
Amma ciddi bir fərq var.
Ukraynada geosiyasət işğala qarşı səfərbər edilərək dirəniş göstərir.
Bizdə isə geosiyasət erməni adıyla Qarabağı işğal etmişdi.
Ali Baş Komandan İlham Əliyev və Onun əsgəri geosiyasi güclərə qarşı mübarizə aparıb, işğal faktını aradan qaldırdı.
Bölgədə yeni geosiyası reallıq yaratdı.
Azərbaycan bu gün Cənubi Qafqazda geosiyası güc mərkəzidir...
25 aprel.
Çinin cənubunda yerləşən Çjetsyan vilayəti də bizi eyni səmimiyyət və rəftarla qarşılayır.
Ölkənin bütün bölgələrində də olduğu kimi dinmamik inkişaf göz qabağındadır.
Səfərin sonuncu günü Hancou şəhəri.
27 aprel.
Hava limanına, Bakıya dönməyə hazırlaşırıq.
Otelin həyətində bir daş lövhəyə həkk edilmiş aforizm diqqətimizi cəlb edir.
İngilis dilində yazılmış cümlənin tərcüməsi belədir.
“Əgər sənin bir yaxın dostun varsa, sən cənnətin qapısına hamıdan daha yaxınsan”.
Çin-Azərbaycan münasibətləri üçün rəmzi sayıla biləcək bir hikmətdir.
Deməli, Çin bu gün Orta dəhlizin cənnəti sayılan Cənubi Qafqaza bütün iddialı tərəflərdən daha yaxındır.
Çünki, onun Azərbaycan kimi strateji tərəfdarı və Çin lideri Si Cinpinin dediyi kimi “İlham Əliyev kimi böyük dostu” var.
Biz bu dostluğa inanır və güvənirik.
Alqış HƏSƏNOĞLU
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41

