Azərbaycana həsr olunan ömür...
09.05.2025 [11:52]
Tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti məhdud çərçivədən çıxaraq ümumxalq, ümumvətən əhəmiyyəti daşıyır. Böyük siyasətçi Heydər Əliyev də hələ sağlığında Ümummilli Lider səviyyəsinə yüksəlib. İllər ötdükcə bu böyük şəxsiyyətin respublikamızın, hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı daha aydın dərk olunur və dərin minnətdarlıq hissi ilə xatırlanır. Çox doğru olaraq Ulu Öndər Heydər Əliyevin həyatı bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirilir. Mayın 10-da bu işıqlı və fədakar insanın anadan olmasının 102-ci ildönümü tamam olur.
Müstəqilliyin möhkəmlənməsi üçün əsaslar
Heydər Əliyev ideyaları məhdud zaman çərçivəsinə sığmayan bir siyasətçi idi. O həmişə gələcəyi düşünüb və fəaliyyətini də buna uyğun qurub. Azərbaycanda Heydər Əliyev epoxası ötən əsrin altmışıncı illərinin sonlarından başlayıb. O dövrün fərqli xüsusiyyətləri var idi. Xüsusilə də keçmiş ittifaqın tərkibində olan milli respublikaların rəhbərləri qarşısında sərt tələblər qoyulurdu. Onlar, necə deyərlər, hər addımlarını ölçüb-biçməli, fəaliyyətlərini məhdud ideoloji çərçivələr daxilində qurmalı idilər. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxararaq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Onun respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində tənəzzül meyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi.
Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.
Bu böyük şəxsiyyət hər zaman azərbaycanlı olması ilə qürur duyub və hər zaman Azərbaycan naminə çalışıb. 1982-ci ildə keçmiş ittifaq dövlətinin rəhbərliyinə irəli çəkilən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev doğma Vətəndən uzaqda yaşasa da, Azərbaycanın inkişafını və problemlərini diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.
Ulu Öndərin xilaskarlıq missiyası
Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtdı. Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
O dövrdə Heydər Əliyevin atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Onun çağırışı ilə həmçinin Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.
O dövrdə vəziyyət o qədər ciddi hal almışdı ki, Respublikanın müstəqilliyinin itirilməsi təhlükəsi belə real idi. Həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə, Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və respublikamızın idarəçilik sükanının arxasına keçdi.
Heydər Əliyevin müdik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. On il ərzində ölkədə inkişaf prosesinin əsası qoyuldu, hüquqi dövlətin möhkəmləndirilməsi yönündə addımlar atıldı.
Heydər Əliyevin ideyaları, arzusu, vəsiyyətləri həyata keçir
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət siyasəti sonradan da uğurla davam etdirildi. İlham Əliyev 2003-cü ildə xalqın böyük etimadı ilə ilk dəfə Azərbaycan Prezidenti seçildikdən sonra andiçmə mərasimində Heydər Əliyev siyasətini davam etdirəcəyini qətiyyətlə bəyan etdi və bu andına da sadiq qalmaqdadır. Heydər Əliyev hər cəhətdən güclü Azərbaycan görmək istəyirdi. İlham Əliyevin son iyirmi ildən artıq müddətdə apardığı siyasət respublikamızı zirvələrə yüksəldib. Bu gün Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. İqtisadi müstəqilliyini tam təmin edən respublikamız öz problemlərini özü həll edir və müstəqil siyasi qərarlar verir.
Heydər Əliyevin ən böyük amalı Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün təmin olunması idi. Onun qəlbində Ermənistanın işğalına son qoyulacağına, ərazi bütövlüyümüzün gec-tez bərpa ediləcəyinə, xalqımızın Şuşaya, Kəlbəcərə, Laçına, Ağdama və digər yurd yerlərimizə qayıdacağına böyük inam var idi. Prezident İlham Əliyev ölkənin iqtisadi və hərbi potensialına əsaslanmaqla daim ərazi bütövlüyümüzün təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Azərbaycan haqq və ədalətin bərpasına 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində nail oldu. Vətən müharibəsində Silahlı Qüvvələrimizin şücaəti sayəsində ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin olundu. 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsində isə Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Beləliklə, Müzəffər Lider İlham Əliyev ata vəsiyyətinə əməl etmiş oldu.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

