Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çinli ekspert: Orta Dəhliz Çin və Avropanı birləşdirən ən qısa yoldur

Çinli ekspert: Orta Dəhliz Çin və Avropanı birləşdirən ən qısa yoldur

14.05.2025 [19:15]

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ikitərəfli praktik əməkdaşlığın davam etdirilməsini təsdiqləyir: istər Orta Dəhliz olsun, istərsə də süni zəka, elektrikli nəqliyyat vasitələri və sair kimi gələcəyə yönəlmiş layihələr üzrə əməkdaşlıq.

Bu sözləri çinli ekspert, Taihe İnstitutunun həmtəsisçisi Van Quan AZƏRTAC-a açıqlamasında deyib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tranzit daşımalardakı rolunun getdikcə artdığını vurğulayan ekspert deyib: “Orta Dəhliz haqqında düşünsək, bu, Çin və Avropanı birləşdirən ən qısa yoldur. Hazırda geosiyasi təlatümlər və qeyri-müəyyənlik ilə xarakterizə olunan Şimal marşrutu ilə getsəniz, bu, 20 gün çəkəcək, Cənub marşrutu olan dəniz yolu ilə səyahət edirsinizsə, bəzən 60 gün çəkir. Beləliklə, Şanxaydan Amsterdama mal göndərmək istəyən iş adamı üçün Azərbaycanın çox əlverişli strateji mövqeyə malik olduğu Orta Dəhliz ən qısa marşrut olacaq. Orta Dəhlizin tikintisini davam etdirmək dünya ticarətinin gələcəyi üçün çox vacibdir. Bu, həm də bəzi ölkələrin tətbiq etdiyi birtərəfli yanaşma səbəbindən dünya ticarətində şübhə, narahatlıq və qeyri-müəyyənliyin olduğu bir dövrdə müsbət bir siqnaldır.

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30