Berbok Baş Assambleyanın yeni sədri olarsa...
17.05.2025 [09:16]
Azərbaycanda da yaxşı tanınan Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədri vəzifəsinə namizədliyini irəli sürərək ilk çıxışını edib. Sabiq nazirin çıxışı ənənəvi notlar üzərində qurulub. Belə ki, o, bir sıra vədlər verib. Xarici nəşrlərin məlumatına görə, A.Berbok çıxışında bu vəzifəyə seçiləcəyi təqdirdə BMT-yə üzv olan bütün ölkələrə səmimi vasitəçi və birləşdirici şəxs kimi xidmət göstərməyə hazır olduğunu bəyan edib. Berbokun gündəliyində davamlı inkişaf məqsədlərinin irəlilədilməsi, gender bərabərliyinin təşviqi və iqlim dəyişikliyi ilə mübarizə prioritet istiqamətlər kimi təqdim olunub.
Daha çox rəmzi xarakter daşıyan qurum
BMT üzvü olan bütün dövlətlərdən ibarət Baş Assambleya rəmzi xarakter daşıyan bir qurumdur. Onun BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına bu və ya digər məsələlərlə bağlı tövsiyələr vermək səlahiyyəti var. Baş Assambleyanın qərarları üzv dövlətlər üçün məcburi deyil. Assambleyanın hər il növbəti sessiyası keçirilir. Qurumun nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas komitə yaradılıb. Nizamnaməyə uyğun olaraq Baş Assambleyanın funksiya və səlahiyyətləri aşağıdakılardan ibarətdir:
1. Beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək, o cümlədən silahlanmanı tənzimləmək və dayandırmaq sahəsində əməkdaşlıq prinsiplərini formalaşdırmaq;
2. Beynəlxalq sülhə və təhlükəsizliyə aid olan hər hansı bir məsələni və yaxud mübahisəli vəziyyəti müzakirə etmək (əgər məsələyə baxılması səlahiyyəti Təhlükəsizlik Şurasında deyildirsə);
3. Nizamnamə çərçivəsində və BMT-nin səlahiyyətlərinə və funksiyasına aid olub və onun hər hansı bir bölməsinə uyğun gələn məsələləri müzakirə etmək və tövsiyələr vermək;
4. Beynəlxalq siyasi əməkdaşlığa köməklik etmək məqsədi ilə tədqiqatlar aparmaq və tövsiyələr hazırlamaq, insanların əsas azadlıq və hüquqlarını həyata keçirmək üçün beynəlxalq hüquq normalarını inkişaf etdirmək, beynəlxalq iqtisadi, sosial, mədəni, təhsil və səhiyyədə əməkdaşlığa köməklik göstərmək;
5. Hər hansı bir vəziyyətin başvermə səbəblərindən və millətlərə ziyan verməsindən asılı olmayaraq onun sülh yolu ilə tənzimlənməsi üçün təkliflər irəli sürmək;
6. Birləşmiş Millətlər Təşkilatının, Təhlükəsizlik Şurasının və digər orqanların məruzələrini almaq və baxmaq;
7. Birləşmiş Millətlər Təşkilatının büdcəsinə baxmaq və təsdiq etmək, ayrı-ayrı üzvlərin üzvlük haqqını müəyyən etmək;
8. Təhlükəsizlik Şurasının, iqtisadi və Sosial Şuranın daimi olmayan üzvlərini, qəyyumluq şurası üzrə üzvləri seçmək, Təhlükəsizlik Şurası ilə birlikdə Beynəlxalq Məhkəmə hakimlərini seçmək və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Katibi təyin etmək.
Baş Assambleyanın 1950-ci ildə “Sülh naminə birlik” Qətnaməsini qəbul etməsi onun rolunu nisbətən artırıb. Bu qətnamə fövqəladə hallarda Təhlükəsizlik Şurası fəaliyyət göstərə bilmədikdə kollektiv tədbirlər görmək, hətta hərbi güc tətbiq etmək üçün Assambleyaya təcili çağrılma səlahiyyəti verir.
Baş Assambleyanın tarixində, necə deyərlər, nailiyyətlər və uğursuzluqlar bir-birini izləyib. Assambleyanın fəal dəstəyi, Baş Katibliyin himayəçiliyi ilə Atom enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib. Qurumun əsas töhfəsi 1948-ci ildə insan hüquqları haqqında Bəyannamənin və soyqırımı haqqında Konvensiyanın qəbul edilməsidir. Baş Assambleya silahlanmaya nəzarət üzrə 3 əsas saziş qəbul edib. Bunlar aşağıdakılardır: 1966-cı ildə Kosmos məkan haqqında, 1968-ci ildə Nüvə silahının yayılması haqqında və 1971-ci ildə Dənizin təkindən istifadə olunması haqqında müqavilələr.
Bununla belə, Baş Assambleya SSRİ-nin 1956-cı ildə Macarıstana və 1967-ci ildə Çexoslovakiyaya müdaxiləsini dayandırmaq üçün səmərəli fəaliyyət göstərməyib. Qurum Vyetnamda gedən müharibəyə təsir etmək iqtidarında olmayıb. Baş Assambleya həmçinin Yaxın Şərq coğrafiyasında zaman-zaman yaşanan böhranlardan kənarda qalıb. “Bir dövlət - bir səs” prinsipinin bütün üzv dövlətlər tərəfindən qəbul edilməməsi qurumun ən böyük uğursuzluğu sayıla bilər. BMT büdcəsinə daha çox vəsait ödəyən dövlətlər təşkilatın sıralarındakı kiçik dövlətlərlə eyni hüquqları bölüşmək istəmirlər. Baş Assambleya, bütövlükdə BMT hələlik bu məsələdə “qızıl qaydanı” tapa bilməyib. Belə vəziyyət isə dünyada BMT-dən narazılıqları artırır və islahatlar aparılmasının zəruriliyini bütün ciddiliyi ilə gündəmə gətirir.
Berbok vədlərində nə dərəcədə səmimidir?
Berbok tərəfindən səsləndirilən vədlər, əlbəttə ki, cəlbedicidir. Ancaq əsas sual belədir: Almaniyadan olan siyasətçi vədlərində nə dərəcədə səmimidir və o, Baş Assambleyasının sədri vəzifəsinə seçiləcəyi təqdirdə dünyada BMT-yə inamın bərpasına, ümumiyyətlə qurumun funksionallığına hansısa bir təsir göstərə biləcəkmi? Bəri başdan deyək ki, A.Berbokun Almaniyanın xarici işlər naziri postunda fəaliyyəti nikbinlik üçün heç bir əsas vermir. Xanım siyasətçi çıxışında “səmimi vasitəçi” və “birləşdirici fiqur” kimi çıxış edəcəyini bildirib. Ancaq aşağıda diqqət çəkmək istədiyimiz təkcə iki fakt onun səmimiyyətini şübhə altına almağa əsas verir. Hər iki fakt diqqətli oxucularımıza da yaxşı bəllidir. Onun 2023-cü ilin sonlarında Ermənistana və Azərbaycana baş tutan səfərlərini xatırlayaq. Bu səfərlərin hər iki ölkədə yüksək həssaslıqla izlənildiyi Berboka da yaxşı məlum idi. Belə həssas dönəmdə Almaniya kimi nüfuzlu dövlətin xarici siyasətinə məsul olan bir şəxsin birləşdirici missiyadan çıxış etməsinə həqiqətən böyük ehtiyac var idi. Berbok səmimilik göstərib bunu etsəydi, tənzimləmə prosesinə sanballı töhfə vermiş olardı. Bəs xanım siyasətçi nə etdi? O, iki ölkəyə səfərləri çərçivəsində bölücülüyə, ayırıcı xətlər yaratmağa əsas ola biləcək davranışlar ortaya qoydu. Statusunu nəzərə aldıqda siyasətçinin Azərbaycanla Ermənistan arasında onillikləri əhatə edən münaqişənin tarixi və postmüharibə dövrünün reallıqları barədə təfərrüatları incəliyinə qədər bilməsinə heç bir şübhə yeri qalmır. Berbok tənzimləmə prosesinin mühüm mərhələsində obyektivliyin gözlənilməsi zərurətini, əlbəttə ki, yaxşı anlayırdı. Bununla belə, təcrübəli siyasətçi Ermənistanda olarkən sərhəd bölgəsinə yaxın ərazidə yerləşən Arazdəyən kəndinə getdi, Qarabağdan Ermənistana könüllü surətdə köçmüş ermənilərlə görüşdü, burada müəyyən təhrikedici fikirlər səsləndirdi. O, hətta Bakıda keçirilən birgə mətbuat konfransında Qarabağdakı bəzi şəhərlərimizin adlarını vaxtilə qanunsuz rejimin adlandırdığı formada səsləndirdi...
Təbii ki, Bakıda Berbokun “səhvləri” bağışlanmadı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ona etirazını bildirdi. Bu da hamısı deyil. Berbok mətbuat konfransında yalanlarında bir qədər də irəli getdi. Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə jurnalistlərin suallarına cavab verməkdən yayınmağa çalışdı. C.Bayramovun müdaxiləsindən sonra isə daha böyük yalana əl atdı - Bakıda Ermənistandan köçmüş şəxslərlə də görüş keçirdiyini bildirdi. Berbok auditoriyaya açıq-aşkar hörmətsizlik edirdi - Bakıda Almaniyadan olan nazirin iştirakı ilə belə bir görüş keçirilməmişdi. Sadəcə, Berbok “Mənzərə” restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə bir araya gəlmişdi...
A.Berbokun səmimiyyətinə şübhələr yaradan ikinci hadisə Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 konfransında yaşandı. Konfransa yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın iqlim çağırışlarına həssas yanaşmasının təsdiqidir. Mahiyyət etibarı ilə iqlim çağırışları Berboka daha yaxındır. Çünki onun siyasi karyerası Almaniyada İttifaq90/Yaşıllar Partiyası ilə bilavasitə bağlıdır. Lakin o, konfans çərçivəsində iqlim məsələlərini arxa plana keçirərək Azərbaycanla bağlı aidiyyatsız və əsassız insan haqları mövzusunda çıxış etdi, tədbirin əsas məqsədindən kənar fəaliyyətlər sərgilədi. Bütün bunlardan sonra onun verdiyi vədlərə necə inanmaq olar? Ümumiyyətə, Berbok Baş Assambleyanın sədri seçiləcəkmi və buna layiqdirmi?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51

