Dost ölkələr, strateji tərəfdaşlar...
22.05.2025 [10:31]
İlham Əliyev: Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var
Viktor Orban: Dost dar gündə tanınar
Azərbaycan və Macarıstan arasında qarşılıqı maraqlara əsaslanan münasibətlərin dərinləşməsinə hər iki tərəfdə böyük maraq var və ölkələrimiz buna güclü siyasi iradə göstərirlər. Burada heç şübhəsiz ki, liderlərin bir-birinə rəğbəti və yüksəksəviyyəli səfərlərin xüsusi rolu var. Dövlətimizin başçısı Macarıstana tez-tez səfərlər edir. Bundan əvvəlki səfər isə 2023-cü ildə baş tutub. Eyni fikirləri Baş nazir Viktor Orban barəsində də ifadə etmək mümkündür. Onun respublikamıza sonuncu səfəri keçən ilin noyabr ayında baş tutub.
Prezident İlham Əliyev Baş nazirin dəvəti ilə mayın 20-də Macarıstana növbəti dəfə işgüzar səfərə gəlib. Bu səfərin də gündəliyi kifayət qədər geniş olub. Liderlər səfər çərçivəsində mətbuata verdikləri bəyanatlarında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər və müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar. “...Aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan - Macarıstan əlaqələri uğurla inkişaf edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Oxşar çağırışlarla üz-üzə
Mətbuata bəyanatlarında Prezident İlham Əliyev və Baş nazir Viktor Orban “dost” sözünü tez-tez işədiblər. Dövlətimizin başçısı Azərbaycanı və Macarıstanı “dost ölkələr, “strateji tərəfdaşlar” kimi səciyyələndirib. Aşağıdakı fikirləri isə Baş nazir ifadə edib: “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”.
Liderlərin ifadə etdikləri bu fikirlər iki ölkə və xalq arasında qarşılıqlı rəğbətin və səmimiyyətin əyani təsdiqidir. Hazırkı reallıqlar şəraitində hər iki ölkənin bir-birinə dərin ehtiyacı olduğu görünür. Viktor Orban Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin ölkəsi üçün dəfələrlə əsl dost davranışı ortaya qoyduğunu səmimiyyətlə etiraf edir. Eyni zamanda, Macarıstanın da Azərbaycan üçün önəmi böyükdür. Xüsusilə də bu ölkə Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinin genişlənməsinə davamlı şəkildə dəstək verir. Məlumdur ki, Aİ-nin ayrı-ayrı ölkələri və strukturları bir sıra hallarda ikili yanaşmalardan çıxış edir, milli dövlətlərə təzyiqlər göstərməyə çalışırlar. Açıq deyək ki, belə qərəzli münasibətlə həmçinin zaman-zaman Azərbaycan da üzləşir. İkinci Qarabağ müharibəsi günlərində, 23 saatıq lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar Fransa kimi ölkələrin, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi təsisatların Azərbaycanı, necə deyərlər, ağ yuyub qara sərən bəyanatlar səsləndirmələri, qərarlar qəbul etmələri uzaq keçmiş deyil. Halbuki Azərbaycan heç bir beynəlxalq hüquqpozma halına yol verməmişdir. Məhz Macarıstan kimi dost ölkələr Avropadakı Azərbaycanofob dairələrdən qaynaqlanan qərəzli münasibətə qarşı haqq səslərini ucaltdılar və ölkəmizin yanında olduqlarını bildirdilər. Belə dost dəstəyi hər zaman ölkəmizə haqq mübarizəsində əlavə stimul verir.
Görünən odur ki, bu gün bir çox məsələlər üzrə iki ölkənin mövqeləri üst-üstə düşür. “Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var”, - deyə Prezident İlham Əliyev bildirib. Bəs bu oxşarlıqlar hansılardır? Dövlətimizin başçısı aşağıdakıları xüsusilə fərqləndirib:
-Birincisi, bizim tarixi köklərimiz. Macar xalqı da azərbaycanlılar kimi öz tarixi köklərinə çox bağlıdır.
-Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ərazilərimizin sahəsi də, demək olar ki, bir-birinə çox yaxındır.
-Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da belə ölkələrdəndir. Xəzər dənizinin sahilində yerləşsə də, respublikamızın açıq dənizlərə çıxışı yoxdur.
-Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Macarıstan müharibə aparan bir ölkə, Azərbaycan isə digəri ilə həmsərhəddir. Onu da əlavə edək ki, Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur.
-Türk dünyasına bağlılıq. “Bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Aİ çərçivəsində müstəqil siyasət aparmaq çətin olsa da...
Azərbaycan Prezidenti mətbuata bəyanatında dost dövlətin milli maraqların müdafiəsində dayandığına xüsusi diqqət çəkərək “Macarıstanı müstəqil siyasət aparan nadir ölkələrdən biri” kimi səciyyələndirib və Baş nazir Viktor Orban barəsində müsbət fikirlər ifadə edib. Dövlətimizin başçısının bildirdiyi kimi, Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir.
Lakin dünya Viktor Orbanın timsalında fərqli bir lider görür. O həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutur. Onun müxtəlif beynəlxalq tribunalardan etdiyi çıxışlar sözün əsl mənasında bir cəsarət nümunəsidir. Viktor Orban ayrı-ayrı beynəlxalq təsisatlardakı ətalət buzunu əritmək istəyir, axına qarşı gedir, ölkəsini, xalqını qorumağa, dünyada haqq-ədalətin bərqərar olmasına çalışır. Prezident İlham Əliyev Avropa İttifaqına daxil olan ölkənin milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırıb. Həqiqətən də, Macarıstan Aİ məkanında öz maraqlarını müdafiə edən dövlətdir. Viktor Orban kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətə neytrallaşdırmağı bacaran lidedir. Bu gün Macarıstanda milli dəyərlərin, ailə dəyərlərinin qorunması, neqativ təsirlərin qarşısının alınması Viktor Orbanın siyasətinin nəticəsində mümkün olur. “Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22

