“Azərbaycan Ukrayna üçün üçüncü yol aça bilər”
22.08.2013 [12:10]
Bu il avqustun 20-də Ukraynanın “Obozrevatel” onlayn resursunda Sergey Kolyadanın “Azərbaycan Ukrayna üçün üçüncü yol aça bilər” sərlövhəli geniş analitik məqaləsi yerləşdirilib. Azərbaycan-Ukrayna münasibətlərinə həsr edilmiş məqalədə ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığı sayəsində Ukrayna üçün yarana biləcək perspektivlərdən bəhs edilir.
Məqalə müəllifi yazır ki, postsovet məkanında dövlətin inkişafının Qərb və Rusiya yönlü konsepsiyaları adətən bir-birinə qarşı qoyulur. Buna baxmayaraq, postsovet dövlətlərinin inkişafının bu iki yolundan əlavə bu gün Azərbaycanın çox inamla nümayiş etdirdiyi üçüncü yol da var.
“Bu keçmiş sovet respublikası Avropa İttifaqı, ABŞ, Yaxın Şərq və MDB ölkələri ilə uğurlu əməkdaşlıq edir. RF prezidenti Vladimir Putinin Bakıya sonuncu səfəri göstərdi ki, Azərbaycan ən müxtəlif tərəfdaşlarla çox rahat ümumi dil tapmağı və bərabərhüquqlu dialoq aparmağı bacarır”.
S.Kolyada qeyd edir ki, Qərbin ən iri energetika şirkətləri bu respublikada çoxdan işləyirlər. Bu gün Azərbaycan neftin və qazın nəql edilməsi üçün bir neçə boru kəmərinin (TANAP, TAP) tikintisində iştirak edir, lap yaxın vaxtlarda isə Yunanıstanın qaz nəqletmə sistemini alıb. Bu ölkə təkcə keçən il dost Türkiyənin iqtisadiyyatına təxminən 20 milyard dollar sərmayə qoyub.
Azərbaycan iqtisadiyyatı müştərək layihələr sayəsində inkişafın yeni səviyyəsinə nail olub. O, tədricən enerji resursları ilə bağlı olmayan yüksək texnologiya və elm tutumlu istiqamətlərin inkişafına yönəlməkdədir. Bütün bunlar, öz növbəsində ölkənin xarici siyasi mövqelərini gücləndirib.
“Bu gün deyə bilərik ki, Azərbaycan Bolqarıstanda, Albaniyada və digər Balkan ölkələrində, habelə Avstriya, Almaniya və İtaliya kimi Avropa ölkələrində vəziyyətə ciddi təsir göstərir. Onlar hamısı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Avropalı qonaqların Bakıya tez-tez səfər etməsi, habelə Azərbaycanla onun tərəfdaşları arasında imzalanmış bir sıra beynəlxalq sənədlər, məsələn, Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb bəyannaməsi buna sübutdur”, - deyən müəllif vurğulayır ki, Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə ən sabit dövlət kimi Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu və bunu arzu etdiyini hər vasitə ilə nümayiş etdirir. ABŞ Azərbaycanı sadəcə olaraq Avropa üçün enerji donoru kimi deyil, Yaxın Şərqdə sülhün açarı olan müttəfiqi kimi qəbul edir. Məqalə müəllifi bu qənaətə gəlir ki, bu vəziyyət Azərbaycanın Rusiya ilə əməkdaşlığına əsla mane olmur, çünki Moskvadan ötrü Bakı Xəzər regionunda qiymətli müttəfiqdir.
S.Kolyada belə hesab edir ki, Azərbaycan Yaxın Şərqdəki münaqişələrin çoxunda bir növ münsif olmaq üçün hər cür imkana və şəraitə malikdir. O, Suriya böhranının, ABŞ ilə İran arasında qarşıdurmanın nizamlanmasında vasitəçi ola bilər, eləcə də Yaxın Şərqdə öz mövqelərini qismən itirmiş Rusiyaya kömək edə bilər.
S.Kolyada yuxarıda deyilənləri yekunlaşdıraraq yazır: “Beləliklə, son iyirmi ildə Azərbaycan beynəlxalq arenada nüfuzlu siyasi oyunçuya çevrilə bilmişdir. Bu ölkənin ardıcıl olaraq uzun illər boyu yeritdiyi siyasəti bir tərəfdən “çoxvektorlu siyasət”, digər tərəfdən güclü tərəfdaş dövlətlərlə “bərabərhüquqlu münasibətlər siyasəti” adlandırmaq olar. Onu da deyək ki, Bakı bu əməkdaşlığı həmişə qarşılıqlı energetik və iqtisadi səmərə əsasında qurmuşdur”. Müəllif qeyd edir ki, bu fəaliyyət xəttinin təməli hələ 1990-cı illərin ortalarında Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda növbəti Prezident seçkiləri mövzusuna toxunan müəllif vurğulayır: “İlham Əliyev Azərbaycanlı seçicilər arasında mütəmadi olaraq yüksək reytinqə malik olduğunu nümayiş etdirir. Buna görə də tamamilə aşkardır ki, oktyabrın 9-da keçiriləcək seçkilərdə o, artıq üçüncü dəfə Prezident vəzifəsini tuta biləcəkdir. Üstəlik, müşahidəçilər İlham Əliyevin çox yüksək nəticə ilə qalib gələcəyini proqnozlaşdırırlar, çünki reytinqlər göstərir ki, seçicilərin 80 faizdən çoxu Onu dəstəkləyir”.
Müəllif yazır ki, İlham Əliyev Onun ölkəsini ən güclü regional liderə çevirmiş strategiyaya riayət etməklə, seçkiqabağı qeybətlərə məhəl qoymadan planlı şəkildə işini davam etdirir: Rusiya, Avropa İttifaqı, ABŞ və Yaxın Şərqdə öz tərəfdaşları üçün yeni təşəbbüslər irəli sürür.
Sergey Kolyada yuxarıda deyilənləri yekunlaşdıraraq vaxtilə Leonid Kuçma, Heydər Əliyev və Eduard Şevardnadzenin irəli sürdüyü təşəbbüsün - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilatın (GUAM) dirçəldilməsini təklif edir. GUAM öz identikliyini və uzun illər boyu formalaşmış iqtisadi münasibətləri qoruyub saxlamağa çalışan dövlətlərin ittifaqı və ya dövlətlərin nəqliyyat ittifaqı ola bilər.
Müəllif yazır: “1990-cı illərin axırlarında GUAM barədə təşəbbüs kənardan irəli sürülmüş olsa belə, bu gün Bakı hər hansı kənar təsir olmadan postsovet məkanındakı başqa ölkələri öz ətrafında birləşdirə biləcək mərkəzə çevirmək üçün yetərincə möhkəmlənmişdir. Özü də həmin birlik həm Gömrük İttifaqı ilə, həm də Avropa İttifaqı ilə münaqişəsiz əməkdaşlıq edə bilər”.
Müəllif hələ 1960-cı illərdə Avropa ölkələri arasında azad ticarət zonası (European Free Trade Association - EFTA) yaradılması məqsədilə təsis edilmiş analoji birliyi təhlil edərək bu qənaətə gəlir ki, Ukrayna və Azərbaycan birlikdə azad ticarət zonasının məxsusi variantını və ya iqtisadi müttəfiqlik münasibətlərinin başqa bir formatını yarada bilərlər. Bu münasibətlər indi də, gələcəkdə də hər iki ölkənin inkişafına kömək edəcək.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

