“İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar”
04.06.2025 [10:23]
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bu mövzuda beynəlxalq elmi konfrans keçirilib
İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakı şəhərində “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.
Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak ediblər.
Məqsəd ədalətli və bərabər gələcəyin qurulmasıdır
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan bu təşkilat yaradıldığı vaxtdan bəri bütün dünyada iqtisadi təşəbbüslərin təşviqi üçün qlobal bir platformaya çevrilib və iqlim dəyişikliyindən əziyyət çəkən insanlar üçün bir ümid mənbəyi olub: “Bu konfrans əvvəlki konfranslarımızdan bir neçə cəhətdən fərqlənir. Xüsusilə də, qonaqlarımızın müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşması və bu məsələni beynəlxalq təşkilatlar prizmasından dəyərləndirməsi baxımından. Bildiyiniz kimi, təzyiq altında yaşayan bir çox nümayəndə Müxalifət Hərəkatı platformasından istifadə edərək öz mövqelərini və səslərini, eləcə də müstəmləkə siyasətinin ağır nəticələrini beynəlxalq ictimaiyyətə çatdırıblar. Bu dəfə isə söz elm adamlarınındır. Üstəlik, bizim xüsusi üstünlüyümüz ondadır ki, bəzi dəvət olunmuş qonaqlar bu məsələdə BMT-nin müvafiq strukturlarında bilavasitə iştirak edirlər. Amma bu, təkcə akademik maraq predmeti deyil. Bu, müasir inanclar baxımından da təcili bir məsələdir”.
A.Abbasov qeyd edib ki, kolonializmlə mübarizənin məqsədi ədalətli və bərabər gələcəyin qurulmasıdır. Bu gün hələ də müxtəlif regionlarda kolonializm siyasətinin təzahürlərinə rast gəlirik. Bəzən siyasi, bəzən isə iqtisadi, maliyyə, mədəni və hüquqi strukturlar üzərindən hökmranlıq edilir, insanlar asılı hala salınır. “Son iki il ərzində biz Quadalupe, Mayotta, Yamayka, Fransız Qvianası, Reyunion, Korsika, Martiniq və digər müstəmləkə müharibələrinin dayandırılması ilə bağlı təxminən 30 beynəlxalq tədbir təşkil etmişik”, - deyə A.Abbasov əlavə edib.
Onun sözlərinə görə, bu konfrans müstəmləkə ideologiyalarının necə qurulduğunu, institusionallaşdırıldığını və əsaslandırıldığını, daha da vacibi onların təsirlərinin müasir dünya həyatını necə formalaşdırmağa davam etdiyini daha dərindən anlamağı hədəfləyir: “Məqsədimiz bütün xalqların öz müqəddəratını təyinetmə, bərabərlik və mədəni muxtariyyət hüququna tam hörmət edən bir dünyanın intellektual və mənəvi əsaslarını dəstəkləməkdir”.
Müstəmləkəçilik beynəlxalq hüquq məsələsi kimi...
Çıxış edən BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü June Christine Marie Soomer bildirib ki, elm sahəsi uzun illər boyunca yalnız inkişaf və tərəqqi ilə deyil, həm də müxtəlif ictimai-siyasi ideologiyaların təbliği və istismarı ilə də əlaqələndirilib. Bu gün dünyanın bir çox regionlarında, xüsusilə də tarixən koloniyalaşdırılmış ölkələrdə elmin dekolonizasiyası ilə bağlı məsələlər gündəmdədir. Onun sözlərinə görə, kolonializmin zorakılığı, insanlıqdan kənar münasibətləri və ideoloji təsiri hələ də bir çox elmi və institusional strukturlarda davam etməkdədir: “Hazırda elmi tədqiqatlarda və texnologiyada keçmiş və mövcud imperialist güclərin üstünlüyü davam edir. Bu üstünlük yalnız iqtisadi və texnoloji deyil, həm də mədəni önyarğılar və elmi diskursda özünü göstərən struktur bərabərsizliklər şəklində təzahür edir. Təəssüf ki, elm hələ də tam şəkildə dekolonizasiya olunmayıb, bu isə qlobal miqyasda elmi bərabərsizliyin davam etməsinə səbəb olur”.
ABŞ-ı təmsil edən idarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin isə deyib ki, müstəmləkəçilik beynəlxalq hüquq məsələsi kimi BMT Nizamnaməsində əks olunub. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasından sonra dekolonizasiya (müstəmləkəçiliyin ləğvi) üç əsas mərhələdə baş verib. Dekolonizasiya bu gün də BMT-nin diqqət mərkəzindədir və bir sıra ərazilərlə bağlı proseslər hələ də davam edir.
Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri, professor Chakib Benhafri bildirib ki, bugünkü internet məkanında və kütləvi informasiya vasitələrində, xüsusilə fransız televiziya kanallarında, Afrikaya dair müsbət imiclərə nadir hallarda rast gəlinir: “Həmçinin Əlcəzairlə bağlı media təsvirlərinin ideoloji kökləri nəzərəçarpacaq dərəcədə özünü göstərir. Məsələn, bəzi siyasi fiqurlar tərəfindən səsləndirilmiş fikirlər buna nümunə ola bilər - Əlcəzairin əsl tarixi yoxdur. Əlcəzair bir millət olaraq heç vaxt mövcud olmayıb. Əlcəzairi Fransa yaradıb və əslində yenidən sahiblənib”. Bu fikir açıq şəkildə Qollist yanaşmanın davamıdır. Şarl de Qollun Əlcəzairlə bağlı sərgilədiyi mövqe, bu gün Fransa Prezidenti Emmanuel Makronun proqramlarında da açıq şəkildə təzahür edir. Bu yanaşma keçmiş koloniyalara baxışın hələ də dəyişmədiyini göstərir. Tarix və kollektiv yaddaş hələ də bəzi dairələr tərəfindən manipulyasiya edilir”.
Hazırkı dünyada bu cür düşüncələrin ifşasının və tənqidinin vacib olduğuna diqqət çəkən Chakib Benhafri əlavə edib ki, bu, təkcə akademik məsələ deyil, həm də beynəlxalq münasibətlər, tarixi ədalət və qlobal cəmiyyətin gələcəyi ilə bağlı məsuliyyətli mövqedir.
Afrika mənşəli xalqların hüquqlarının müdafiəsi aktual olaraq qalır
BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez isə çıxışında qeyd edib ki, Afrika mənşəli xalqların hüquqlarının müdafiəsi və qlobal ədalətsizliklərə qarşı mübarizəsi bu gün də aktual olaraq qalır. Onun sözlərinə görə, dünyada irqçilik və bərabərsizliklərə qarşı heç kim tam immunitetə malik deyil: “Afrika mənşəli xalqlar isə tarixən müstəmləkəçilik və köləlik siyasətinin ilk və ən ağır qurbanları olublar. Bu gün də həmin siyasətlərin nəticələri davam edir. Hazırda miqrasiya məsələləri, siyasi məqsədlərlə alətə çevrilmiş insan hüquqları, irqçilik və xüsusilə ksenofobiya qlobal çağırışlara çevrilib. İqlim böhranı, enerji keçidi və süni intellektin inkişafı kimi müasir proseslər də sosial bərabərsizliklərə və irqçiliyə yeni təsir formaları yaradır. Bu problemlərin aradan qaldırılması üçün Afrika mənşəli insanların tarixi, təcrübəsi və mövqeyi nəzərə alınmalı, onların qlobal qərarların qəbulunda daha fəal iştirakı təmin olunmalıdır”.
Konfransda digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışlarda müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında təhlil olunub.
Tədbirdə beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları və s. müzakirə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

