Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan gəncləri daim dövlətin dəstəyini hiss edir

Azərbaycan gəncləri daim dövlətin dəstəyini hiss edir

06.09.2013 [09:26]

Respublikada gənclərin hərtərəfli inkişafına, onların ölkənin layiqli vətəndaşı kimi yetişməsinə hər bir şərait yaradılıb
Məlum olduğu kimi, Azərbaycanda gənclərin hərtərəfli inkişafına, ölkənin layiqli vətəndaşı kimi yetişməsinə hər bir şərait yaradılıb. Son 10 ildə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, əldə olunan uğurlar da deyilənləri bir daha təsdiqləyir.
Azərbaycanda gənclər siyasətinin uğurları barədə danışan Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva bildirib ki, dövlət gənclərin ictimai-siyasi proseslərdə xüsusi fəallığını nəzərə alaraq, onların mühüm dövlət strukturlarında, funksional idarəetmə orqanlarında və azad biznes sektorunda təmsil olunmalarına əlverişli şərait yaradıb: “Gənclərin öz bilik və bacarıqlarını, potensiallarını üzə çıxarmaq, müxtəlif sahələrdə onların bu imkanlarından yararlanmaq üçün bütün şərait mövcuddur. Ölkə həyatının bir çox sahələrini əhatə edən məqsədyönlü Dövlət proqramlarının, sosialyönümlü layihələrin həyata keçirilməsində gənclərin rolu əvəzsizdir. Buna görə də, hökumət gənc nəslin sosial həyatı ilə bağlı məqsədyönlü işləri davam etdirməyi nəzərdə tutur”.
S.Quliyeva son 10 il ərzində, gənclərə ipoteka kreditlərinin verilməsini, istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin gücləndirilməsini, ali məktəbləri bitirən gənclərin dövlət strukturlarında və maliyyə-biznes qurumlarında işə cəlb olunmasını və digər tədbirləri bu təbəqəyə olan diqqət və qayğının bariz nümunəsi, onlarla bağlı sosialyönümlü siyasətin həyata keçirilməsinin təsdiqi kimi səciyyələndirib.
O, həmçinin, qeyd edib ki, bu gün cəmiyyətin ən aktiv təbəqəsi məhz gənclərdir. Çünki gənclər ölkədə baş verən bütün proseslərdə iştirak edərək qabaqcıl təbəqəyə çevriliblər: “Gənclər ölkəmizin ictimai-siyasi həyatında çox yaxından iştirak edirlər. Çünki yaradılan münbit şərait cəmiyyətdə gənclərə öz sözlərini deməyə, hüquqlarını müdafiə etməyə və bütün bunları müasir standartlara uyğun olaraq həyata keçirməyə imkan verir. Əminliklə deyə bilərik ki, gənclərə göstərilən diqqət və qayğı bu gün cəmiyyətdə öz bəhrəsini verir. Gənclər nəinki ölkədə gedən ictimai-siyasi proseslərin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvəsi kimi çıxış edir. Bu gün istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. İstər kino, teatr, rəsm, sənətlə məşğul olan yaradıcı gənclər, istər musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə seçilən gənclər, istərsə də gənc alimlərimizin, ixtiraçılarımızın nəinki ölkəmizdə, həmçinin, xarici dövlətlərdə əldə etdikləri uğurlar haqqında eşitmək bizi çox sevindirir”.
YAP Gənclər Birliyinin sədr müavini deyib ki, dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, müxalifət düşərgəsində gənclərin təmsilçiliyi çox cüzidir. Onun sözlərinə görə, müxalifətin mitinqlərində də cüzi sayda gənc iştirak edir: “Demək olar ki, Azərbaycan gəncliyi orada təmsil olunmur. Ancaq özləri deyib, özləri eşidirlər. Bunun obyektiv səbəbləri ondan ibarətdir ki, gənclər Azərbaycanda gedən həm daxili, həm də xarici siyasətdən razıdırlar. Azərbaycanın inkişafı, ölkədə gedən quruculuq-abadlıq işləri, regionların çiçəklənməsi, bütün sahələrdə islahatların aparılmasını təbii ki, hər bir gənc görür və bu siyasəti dəstəkləyirlər. Bu gün gənclər anlayırlar ki, bəzi dağıdıcı, separatçı qüvvələr var ki, onlar da öz mənafelərinə görə ölkədə təxribat törətmək, iğtişaşlar yaratmaq niyyətindədirlər. Bütün bunlara şahid olan gənclər 20 ildir heç bir irəliləyiş əldə etməyən, Azərbaycanın imicinə zərər vurmaqdan başqa ölkənin xeyrinə, xalqın dövlətçiliyimizin qorunmasına yönələcək bir işi olmayan müxalifəti təbii ki, dəstəkləməyəcək”.
Ölkədə gənclərlə bağlı görülən işləri yüksək dəyərləndirən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Əsasını Ulu öndərimizin qoyduğu dövlət gənclər siyasəti bu gün uğurla və yeni formada davam etdirilir. Bu isə onu deməyə əsas verir ki, ölkənin gələcəyi olan gənclər daim dövlətimizin diqqət mərkəzindədir və hərtərəfli qayğı ilə tam əhatə olunublar. Bu uğurlu siyasət Azərbaycan gəncliyinin inkişafına təkan verməklə onların ölkəmizin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəallığını daha da artırır”.
V.Qədirov qeyd edib ki, gənclərimizin malik olduğu potensialın üzə çıxarılması, onların intellektual və yaradıcı qabiliyyətlərinin önə çəkilməsi, müasir cəmiyyətimizdə fəallıqlarının artırılması dövlətin qarşısında duran əsas məsələlərdəndir: “Biz Ulu öndərimiz tərəfindən 1999-cu ildə imzalanmış Dövlət gənclər siyasəti haqqında Fərmana nəzər yetirsək, eyni zamanda, 2005-2009 və 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramlarına baxsaq, gənclərimizin malik olduqları potensialın üzə çıxarılmasının həmin proqramlarda xüsusi olaraq qeyd olunduğunu görə bilərik. Dövlətimiz gənclərin fəal vətəndaş və peşəkar kadr kimi yetişməsində maraqlıdır və bu istiqamətdə sistemli işlər aparılır. Hədəf isə neft kapitalının insan kapitalına çevrilməsi, bu təbii sərvətdən əldə olunan gəlirin ölkənin davamlı inkişafını təmin edəcək layihələr və işlərə yönəldilməsidir”.
V.Qədirov əlavə edib ki, gənclərə göstərilən diqqət və qayğı bu gün öz bəhrəsini verdiyi üçün bir gənc kimi, bununla fəxr edir: “Bölgələrimizdə ən müasir şəraitə malik gənclər mərkəzləri, olimpiya idman kompleksləri tikilib və tikilməkdədir. Gənclər təşkilatları və gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi üçün Gənclər Fondu yaradılıb. Fond Azərbaycanda gənclərin və gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində böyük uğurlara imza atıb. Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən tanınmış ali məktəblərindən gəlir. Gənclərimiz dövlət hesabına pulsuz təhsil alır, idman sahəsində, mədəniyyət sahəsində yetərincə uğurlar qazanırlar. Ötən illərdə ölkəmizdə “Eurovision” musiqi yarışmasının keçirilməsi, Olimpiya oyunlarında gənclərimizin nailiyyətləri, həm regionda, həm də beynəlxalq arenada Azərbaycanın gənclərinin haqq səslərinin eşidilməsi yuxarıda sadalananların bariz nümunəsidir”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də qeyd edib ki, müstəqil Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət günümüzdə də davam etdirilir: “Məlum olduğu kimi, Azərbaycanda 2005-2009-cu illərdə gənclər sahəsində Dövlət Proqramı qəbul edildi və təhsil, vətənpərvərlik, ekologiya, beynəlxalq əməkdaşlıq da daxil olmaqla bütün sahələrdə böyük işlər görüldü. 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı sayəsində 5 minədək Azərbaycan gəncinin dünyanın ən məşhur ali təhsil ocaqlarında oxumasına şərait yaradıldı. Neft kapitalı insan kapitalına çevrilir. Ədəbiyyat, incəsənət, elmin müxtəlif sahələri üzrə gənclərə təqaüdlər verilir. Azərbaycan gəncləri ölkəni “Eurovision” mahnı müsabiqəsində uğurla təmsil edir. Sonuncu London Yay Olimpiya oyunlarında idmançılarımız böyük uğurlar qazandı və medallarının sayına və dərəcəsinə görə Azərbaycan 30-cu pilləyə yüksəldi. Olimpiada qaliblərinə xüsusi olimpiya medalı təsis edildi. Gənclərin mənzil-məişət məsələlərinin həllinə yönələn addımlar atıldı, istedadlı gənclərə dövlətin qayğısı artırıldı”.
E.Həsənli xatırladıb ki, 2007-ci ilin “Gənclər ili” elan olunması da bu sahədə görülən işlərə əlavə stimul verdi. Bundan əlavə respublikanın bir çox yerlərində Gənclər evi yaradılıb. Onun sözlərinə əsasən, 2011-2015-ci illəri əhatə edən gənclər sahəsində Dövlət Proqramının icrası Azərbaycan gəncliyi qarşısında daha böyük imkanlar yaradacaq.
E.Həsənli gənclərə yaradılan digər imkanlardan da bəhs edib: “Gənclərimiz üçün yay və qış düşərgələri təşkil olunur. Gənclərin ictimai-siyasi həyatdakı rolu artır. İşsizliyin ləğvi, sosial-iqtisadi inkişaf, məcburi köçkün ailələrinə edilən yardımlar birabaşa və dolayı yolla gənclərin inkişafına təsir göstərir. Bütövlükdə, hər bir sahədə gənclərə böyük diqqət və qayğı hiss olunur”.
Hülya

Paylaş:
Baxılıb: 1198 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31