Bakıda “Birgə Cəmiyyətlər - 2014” Forumuna hazırlıq məsələləri müzakirə edilib
07.09.2013 [09:28]
Sentyabrın 6-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq toplantı çərçivəsində mətbuat konfransı olub.
AzərTAc xəbər verir ki, tədbirdə Latviya, Finlandiya, Hollandiya, Şri-Lanka və digər ölkələrin keçmiş dövlət və hökumət başçıları, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərləri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuat konfransında çıxış edərək cari ilin mayında Bakıda keçirilmiş Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətini və onun ölkəmizdə təşkil olunan tədbirlər arasında özünəməxsus yerini diqqətə çatdırıb.
N.İbrahimov ölkəmizin qadın hüquqları, insan hüquqları, demokratik dövlət quruculuğu istiqamətində mühüm yol qət etdiyini vurğulayıb. Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səsvermə hüququnun Azərbaycanda verildiyini diqqətə çatdıran Nazim İbrahimov hazırda sürətlə inkişaf edən Azərbaycanın bu mötəbər tədbirin keçirilməsi üçün məkan kimi seçilməsini bir çox məsələlərin həllinin ölkəmizdə reallaşdırılmasına verilən inamın göstəricisi olduğunu deyib. Bildirib ki, biz bu tədbirləri yüksək səviyyədə keçirməklə bir daha bütün dünyaya Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyini, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətlə getdiyini əyani surətdə nümayiş etdirmək istəyirik.
Nizami Gəncəvi irsinin beynəlxalq tədqiqatçılar tərəfindən bir daha ciddi surətdə araşdırılmasının vacibliyini bildirən DİDK-nın sədri dahi şairin bütün dünya kitabxanalarında, müxtəlif ölkələrdə olan əlyazmalarının bir daha öyrəniləcəyini diqqətə çatdırıb.
Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayan Nazim İbrahimov ölkəmizdə bu foruma diqqətin çox yüksək olduğunu bildirib.
Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun üzvü xanım Vayra Vike-Frayberqa Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edərək neft-qaz ixracının ölkələrin inkişafındakı roluna diqqət yetirib. Səsvermə hüquqları, çoxmilli, çoxmədəniyyətli cəmiyyətlərdə təhsil sistemi məsələlərindən danışan Vayra Vike-Frayberqa, cəmiyyətdə qarşıya çıxan problemlər və onların qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Azərbaycanın çox böyük təbii sərvətlərə malik olduğunu vurğulayan natiq ölkə rəhbərliyinin bu mənbələrdən gələn gəlirin sosial sahəyə yönəldilməsi sahəsindəki uğurlu siyasətini yüksək qiymətləndirib.
Bu görüşün “Birgə Cəmiyyətlər - 2014” Forumuna hazırlıq məqsədi daşıdığını qeyd edən Niderland Krallığının sabiq Baş naziri, Madrid Klubunun prezidenti Vim Kok yenidən Bakıda toplaşdıqları üçün məmnunluğunu bildirib. Toplantı çərçivəsində bir sıra vacib məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran V.Kok, cəmiyyətimizin gündən-günə dəyişərək inkişaf etdiyini, Niderland Krallığında da müxtəlifliyin mövcudluğunu vurğulayıb. O, ölkəsində demokratiyanın hökm sürdüyünü, qadın və kişilərin bərabər hüquqlara məlik olmasının güclü hüquqi baza əsasında tənzimləndiyini diqqətə çatdırıb.
Niderland Krallığına qonşu ölkələrdən miqrasiya edənlərin sayının artdığını vurğulayan V.Kok müsəlman ölkələrindən gələnlərin sayının xüsusilə çoxaldığını bildirib. Ölkəsində hökumətlə müsəlman və yəhudi komitələri arasında sağlam əməkdaşlıq mühitinin qurulduğunu vurğulayan sabiq Prezident sabit və sağlam cəmiyyət qurulmasının onun üçün əsas prioritetlərdən olduğunu qeyd edib. V.Kok ikigünlük toplantı çərçivəsində dini, mədəni fərqliliklərlə bağlı müzakirələr aparıldığını, birgə çalışmaqla müxtəlif məsələlərin həllinə nail olmağın mümkünlüyünü qeyd edib.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin toplantının maraqlı keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirib. O deyib ki, belə tədbirlərin keçirilməsi qadınların rolunun gücləndirilməsi, etnik, dini azlıqların qorunması, müştərək cəmiyyətlərin inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcək.
Konfransda Cənubi Qafqazda münaqişələrin həlli, qadınların cəmiyyətdə fəallığının artırılması, mədəniyyətlərarası və dinlərarası dialoq, 2015-ci ildən sonrakı Minillik İnkişaf Proqramı kimi mövzular müzakirə edilib.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu, eləcə də Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzi arasında gələcək əməkdaşlıq haqqında saziş imzalanıb.
Sazişi Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov imzalayıblar.
Tədbirdə “Nizami obrazları xalçalarda” kitabının təqdimatı da olub. Kitabın müəllifi professor Röya Tağıyevadır. Nəşrini isə Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova həyata keçirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

