Siyasi dialoqun gündəmi Ağdamda...
15.07.2025 [10:12]
Siyasi partiya rəhbərlərinin iyulun 10-da sürət qatarı ilə Ağdama səfəri siyasi dialoq prosesində yeni, olduqca mühüm bir mərhələ kimi yaddaşlara həkk olundu. Ağdama çəkilən qatar yolunun fəaliyyəti, ərazidə aparılan quruculuq işləri ilə yaxından tanışlıq siyasi münasibətlərdə səmimi mühitin formalaşdırdığını göstərən növbəti amil kimi ortaya çıxır. Bunu, səfərlə bağlı qəzetimizə öz fikirlərini bölüşən partiya sədrləri də təsdiqləyib.
Arzuxan Əlizadə: Görülən işlərin miqyası heyrətamiz və qürurvericidir
Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, bu səfərlər siyasi partiyalar arasında siyasi dialoq mühitini daha da inkişaf etdirir. O vurğulayıb ki, ötən dövr ərzində ölkənin siyasi palitrasında çox ciddi dəyişikliklər baş verib. Prezident İlham Əliyevin vacib bir şərt kimi ortaya qoyduğu yeni siyasi münasibətlər sisteminin formalaşması prosesi çox uğurla davam edir. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin əksəriyyətinin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, Ağdam səfəri mühüm əhəmiyyət daşıyır: “Siyasi partiya rəhbərləri və KİV nümayəndələri ilə Ağdama bu dəfə Azərbaycan Dəmir Yollarına məxsus xüsusi sürət qatarı ilə səfər etdik. Bu, olduqca qürurverici bir hiss idi. İşğaldan azad edilən dövrdə Ağdam şəhərindəki dağıntılar həqiqətən də çox böyükmiqyaslı idi. Bu gün həmin tar-mar edilmiş, dağıdılmış Ağdamın yerinə yeni, müasir, olduqca mühüm infrastruktura malik bir Ağdam gördük”.
Partiya sədri bildirib ki, Ağdama birinci səfərdən (17.03.2021) ötən 4 il ərzində görülən işlərin miqyası həqiqətən heyrətamiz və qürurvericidir: “Qardaş Qırğızıstanın hədiyyə olaraq inşa etdiyi Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, daxili imkanlarla qurulan müasir uşaq bağçası, Muğam Mərkəzi, iş adamlarımızın investisiya yatırdıqları və istehsal edilən məhsulları artıq xaricə ixrac edilən Ağdam sənaye parkı, hotellər, yaşayış binaları, yeni görkəm alan Xıdırlı kəndi, müasir tələblərə uyğun yollar, reallaşan infrastruktur layihələri, Avtomobil və Dəmiryolu Vağzalı kompleksi, bərpa edilən Ağdam məscidi, saymaqla bitməyən daha geniş infrastruk Qarabağımız yenidən qurulduğunu əyani şəkildə ortaya qoyur. Bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və hər kəsə sonsuz minnətdarlıq hissi ilə Allahdan Şəhidlərimizə rəhmət diləyirik. Səfərin təşkilinə görə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinə və şöbənin rəhbəri Ədalət Vəliyevə minnətdarlıq edirəm. Eyni zamanda, içdən gələn şövqlə görülən işləri bizlərə təqdim edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, bizlər siyasi həmrəyliyimizi möhkəmləndirməklə bütün problemləri həll edə bilərik. Bu məsələdə hər kəs aktiv olmalı və ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir”, - deyə A.Əlizadə deyib.
Razi Nurullayev: Birgə səfərlər milli birliyin, siyasi dialoqun güclənməsinə böyük təsir göstərir
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də qeyd edib ki, Ağdam səfəri zamanı qarşıdakı dövrdə siyasi həmrəyliyin daha da gücləndirməli, birliyi daha da möhkəmləndirmənin vacibliyinin əyani şahidi olub. O qeyd edib ki, problemlərimizin həlli üçün bu vacib şərtdir - hər birimiz dövlətimizə dəstək olmalıyıq, onun yanında olmalıyıq: “Siyasi partiyalar arasında dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində mühüm adımlar atılır. Bu birlik, həmrəylik ölkəmizin apardığı uğurlu siyasətə güc qatır. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik. Döyüş meydanında qazandığımız qələbəni möhkəmləndirmək, milli hədəflərimizə doğru inamla addımlamaq üçün birliyimizi, həmrəyliyimizi qorumalıyıq”.
Partiya sədri ötən 4 il ərzində Ağdamda baş verən dəyişiklikləri heyrətamiz adlandırıb. Onrun sözlərinə görə, Ağdama səfərin məhz sürət qatarı ilə edilməsi də olduqca vacib bir məqamdır: “Bu bir daha onu göstərir ki, işğaldan azad edilən ərazilərimizdə görülən işlər ən müasir texnologiyalara əsaslanır. Ağdamda tikilən binalar, Muğam Mərkəzi və digər vacib obyektlərin hər bir gözəlliyi ilə seçilir. Qardaş ölkə olan Qırğızıstanın hədiyyə olaraq inşa etdiyi Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi isə həm də Türk birliyinin simvoludur. Səfərin reallaşmasında zəhməti olan hər kəsə minnətdarlıq edirəm. Belə ziyarətlər və birgə səfərlər milli birliyin, siyasi dialoqun güclənməsinə böyük təsir göstərir”.
Musa Ağayev: Ağdama səfər mühüm əhəmiyyət daşıyır
Yeni Zaman Partiyasının sədri Musa Ağayev də Ağdama edilən bu səfəri yüksək dəyərləndirib. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin əksəriyyətinin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, Ağdama səfəri mühüm əhəmiyyət daşıyır”.
Partiya sədri Ağdamda görülən işlər haqqında da danışıb. O bildirib ki, Ağdam hələ Birinci Qarabağ Müharibəsi dövründə qəhrəmanlığı ilə şöhrət qazanmışdı: “Ağdam Birinci Qarabağ müharibəsində ən çox itki verən rayonlarımızdandır. Ermənilər bu şəhəri sözün əsl mənasında dağıtmışdı. Təsadüfi deyildi ki, müharibədən sonrakı dövrdə Ağdam haqqında danışılanda bu şəhəri “Qafqazın Xirosiması” adlandırırdılar. Amma bu gün gördüklərimiz tam fərqli bir Ağdam obrazı formalaşdırdı. Azərbaycan dövləti bu gözəl və qədim şəhərin bərpası və abadlaşdırılması istiqamətində vacib addımlar atıb və atmaqda da davam edir. Səfərin təşkilinə görə Prezident Administrasiyasının müvafiq strukturlarına təşəkkür edirəm. Bu kimi səfərlər ölkədə milli birilyin güclənməsinə xüsusi töhfələr verir”.
Ağasif Şakiroğlu: Bu siyasi birlik quruculuq, abadlıq işlərinə də mühüm müsbət təsir göstərir
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da bu səfərin ölkəmizdəki siyasi həmrəyliyi, birliyi özündə təcəssüm etdirdiyini bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə iqtidarla müxalifət arasında fəal dialoq mühiti mövcuddur. Bu, dövlətimizin inkişafına da öz töhfəsini verir: “Xatırlayırıqsa, 2020-ci ilin sentyabrın 27-də, əks-hücum əməliyyatları başlayan günü siyasi partiyalar birlik, həmrəylik bəyanatı imzaladılar. Hətta o dövrdə bəzi beynəlxalq dairələr bundan narahatlıq keçirirdi. Onlar təsəvvür edə bilmirdilər ki, Azərbaycan cəmiyyəti bir yumruğa çevrilib vahid mövqedən çıxış edər. Amma xalqımız, siyasi təşkilatlarımız yekdil şəkildə Prezidentimizin ətrafında birləşdi. Post müharibə dövründə də bu birliyin davam etdirilməsi zəruridir. Bu siyasi birlik quruculuq, abadlıq işlərinə də mühüm müsbət təsir göstərir”.
Partiya sədri bildirib ki, Ağdam siyasi dialoqun növbəti ünvanı kimi də olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, rayon işğaldan əvvəl də Qarabağın iqtisadi və mədəni mərkəzi idi. Görülən işlər bir daha təsdiq edir ki, Ağdam gələcəkdə də Azərbaycanın ən böyük iqtisadi mərkəzlərindən birinə çevriləcək. “Bu istiqamətdə mükəmməl işlər görülür. Orada aparılan tikintilərin və qurulan yaşayış komplekslərinin miqyası böyükdür. Biz ilk dəfə Ağdama gedəndə üstü örtülü qalan bina yalnız Cümə Məscidi idi. İndi isə neçə-neçə gözəl binalar var. Bu böyük işlərə görə cənab Prezidentimizə və hörmətli Birinci vitse-prezidentimizə dərin minnətdarlığımı ifadə edirəm”, - deyə A.Şakiroğlu əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

