Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Ağ Yol” Vətəndaş Hərəkatı “Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyaya start verib

“Ağ Yol” Vətəndaş Hərəkatı “Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyaya start verib

19.09.2013 [09:35]

“Ağ Yol” bu ilin iyul ayının 1-dən “Facebook” üzərindən fəaliyyətə başlayıb və qısa zaman ərzində MDB-nin ən böyük “Facebook” qrupu olan 540 000 minlik “Ağ Yol” qrupunu yaradıb.
“Ağ Yol” həmçinin 128 minlik bir səhifə yarada, qrup və səhifəni Azərbaycanda ən dinamik və canlı müzakirə meydanına çevirə bilib. İndiyə kimi, “Ağ Yol” cəmiyyətin bütün təbəqələrinə yaşıl işıq yandırıb və onların səsinin yüz minlərlə Azərbaycan vətəndaşına çatması üçün şərait yaradıb.
Bu gün isə real siyasi vəziyyəti dəyərləndirərək, “Ağ Yol” Vətəndaş Hərəkatına çevrildiyini və prezidentliyə namizəd hazırkı Prezident İlham Əliyevi müdafiə edəcəyini bəyan edir.
Hərəkatdan APA-ya verilən məlumata görə, bununla bərabər, “Ağ Yol” Vətəndaş Hərəkatı namizədlərin ilk çıxışını dinləyərək, ölkədə baş verən proseslərə konkret və açıq mövqe ifadə etmək niyyətini ortaya qoyaraq, hazırkı Prezident İlham Əliyevin namizədliyinə dəstək vermək haqqında qərar qəbul edib. Sentyabrın 18-dən, “Ağ Yol” Vətəndaş Hərəkatı cənab İlham Əliyevin açıq təbliğat kampaniyasına başladığını bəyan edib.
Eyni zamanda, “Ağ Yol” Vətəndaş Hərəkatı “Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyaya start verib. Kampaniya çərçivəsində Prezident İlham Əliyevin 10 il ərzində tarixə yazdığı 20 ən böyük uğuru haqqında posterlər hazırlanacaq və geniş cəmiyyətə keçmiş sovetlər məkanının ən böyük “Facebook” qrupu olan 540,000 minlik “Ağ Yol” qrupu, 128,000 minlik “Ağ Yol” “Faceboo”k səhifəsi vasitəsilə təqdim ediləcək.
Birinci uğur Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 155 ölkənin səsini qazanaraq qeyri-daimi üzv seçilməsidir.
Növbəti mərhələdə, bir neçə gün ərzində fəaliyyətin internetlə yanaşı, real həyata keçirilməsi üzərində də işlər aparılır.
Qeyd edək ki, “Ağ Yol” Vətəndaş Hərəkatı cənab Prezidentin apardığı kursun davam etməsinin tərəfdarıdır. Bu kursun davam etdirilməsi Azərbaycanın növbəti illərdə uğurlu inkişafının zəmanətçisidir. Bunu əsas tutaraq, “Ağ Yol” Prezident İlham Əliyevin tutduğu yola “DAVAM” deyir və hazırladığı “DAVAM” posterini də geniş ictimaiyyətin müzakirəsinə verir.

Paylaş:
Baxılıb: 1273 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31