“Azərbaycan sabaha inamla baxır”
22.09.2013 [10:47]
Ukraynanın Antifaşist Forumunda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Kiyevdəki xüsusi müxbiri Zeynal Ağazadənin Prezident İlham Əliyev haqqında “Azərbaycan sabaha inamla baxır” sərlövhəli məqaləsi dərc edilib.
Məqalə müəllifi yazır: “Bu gün Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Seçkilər cari ilin oktyabr ayının 9-da keçiriləcəkdir. Ölkənin aparıcı siyasi qüvvəsi - Yeni Azərbaycan Partiyası ali dövlət vəzifəsinə vahid namizəd kimi Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidenti İlham Əliyevin namizədliyini irəli sürmüşdür.
Azərbaycanlıların böyük əksəriyyəti başa düşür ki, bu, ölkə üçün alternativi olmayan seçimdir, çünki İlham Əliyevin Prezident olduğu 10 ilə yaxın müddətdə Azərbaycan bəlkə də öz tarixində misli görünməmiş dərəcədə sürətlə inkişaf etmiş, ölkədə möhtəşəm dəyişikliklər baş vermişdir”.
Materialda vurğulanır ki, son on ildə Azərbaycanın həyatında əsl keyfiyyət sıçrayışı baş verib, misilsiz uğurlar qazanılıb. Ölkə iqtisadiyyatı 3 dəfə, büdcənin gəlirləri 14 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb. Bu gün Cənubi Qafqazda ÜDM-in 75 faizi Azərbaycanın payına düşür. İqtisadiyyatın uğurlu inkişafı ilə bərabər insanların həyat səviyyəsi də yüksəlir, xalqın maddi rifahı yaxşılaşır. Ölkədə yoxsulluq səviyyəsi 6 faizə düşüb, işsizlik kəskin azalıb, xarici borcun məbləği ÜDM-in 8 faizi həddindədir. Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən birinə çevrilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 46-cı və MDB-də 1-ci yerdədir.
Müəllif yazır: “Bu gün bütün respublikada quruculuq ruhu duyulur. Kəndlər və şəhərlər günbəgün yaxşılığa doğru dəyişir, tarixi memarlıq abidələri bərpa edilir, ən müasir obyektlər ucaldılır, yeni istehsalatlar və sosial təyinatlı obyektlər açılır, təhsil və mədəniyyət sahəsində sürətli inkişaf hiss olunur. Şübhəsiz, belə möhtəşəm dəyişikliklərin həyata keçirilməsi üçün əsas kapital mənbəyi neft-qaz sektorunun gəlirləridir. Məhz həmin sektorlar hesabına ölkənin maliyyə ehtiyatlarının həcmi 40 milyard dolları keçmişdir.
Lakin heç bir ölkənin neft ehtiyatları tükənməz deyildir. Ona görə də indi əsas məsələ təbiətin verdiyi bu kreditdən ağılla, düşünülmüş şəkildə istifadə etməkdir. Müasir nəsil onu əvəz edəcək nəsillərə ölkəni hansı vəziyyətdə qoyub gedəcəkdir - Prezident İlham Əliyev və Azərbaycan hökuməti bu barədə düşünərək iqtisadiyyatın şaxələndirilməsi siyasətini ardıcıl həyat keçirir, neft-qaz sahəsindən əldə edilən mənfəət hesabına qeyri-neft sektorunun inkişafına təkan verilir. Bu iqtisadi siyasət artıq indidən yaxşı dividendlər gətirir”.
Materialda son illər sosial-iqtisadi sahədə aparılan islahatlara, qanunvericilik bazasının və dövlət idarəçiliyinin təkmilləşdirilməsi məsələlərinə də xeyli yer ayrılıb. Uğurlu investisiya siyasəti nəticəsində bu günə qədər Azərbaycan iqtisadiyyatına 144 milyard dollar sərmayə qoyulub. Bu məbləğin 51 faizi xarici investisiyaların payına düşür. İndi Azərbaycan özü investor ölkəyə çevrilməkdədir.
Məqalədə vurğulanır ki, müasir reallıqların qiymətləndirilməsi, prioritetlərin müəyyən edilməsi və ən ambisiyalı layihələrin gerçəkləşməsi İlham Əliyevin rəhbərlik üslubunun müəyyənedici cəhətləridir.
O yaxşı başa düşür ki, dünyanın gələcəyi müasir texnologiyalara bağlıdır. Bunlarsız müasir insanın heç bir fəaliyyət sahəsini təsəvvür etmək mümkün deyil. Elə buna görə də, Prezident 2013-cü ili Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ili elan etməklə, ölkəni innovasiyalı iqtisadiyyatı inkişaf etdirməyə istiqamətləndirir. Müəllif ukraynalı oxuculara xatırladır ki, cari ilin fevral ayında Azərbaycanın “Azərspace-1” adlı ilk süni telekommunikasiya peyki buraxılıb, bununla da dünyanın kosmik dövlətləri klubunun qapıları Azərbaycanın üzünə açılıb.
Məqalədə daha sonra deyilir: “Bu gün dövlət Prezident İlham Əliyevin rəhbərliyi altında fəal xarici siyasət yürüdür, iqtisadi inkişaf, inteqrasiya prosesləri, energetika məsələlərinə dair çoxsaylı təşəbbüslərlə çıxış edir, özünə həmfikirlər və tərəfdaşlar tapır.
Dünya da öz növbəsində, qədim tarixə və mədəni ənənələrə malik olan Azərbaycanı özü üçün yenidən kəşf edir, onu siyasi arenada bərabərhüquqlu və mühüm oyunçu kimi qəbul edir”.
Prezidentin fəaliyyəti barədə danışarkən ailəsinin ona göstərdiyi dəstəyi qeyd etməmək olmaz. Bu dəstək hərtərəflidir: ölkədə çoxsaylı humanitar layihələrin həyata keçirilməsində də, milli mədəniyyətin xaricdə təbliğində də, dünyada Azərbaycanın müsbət imicinin təsdiqlənməsində də.
Məqalənin sonunda qeyd edilir ki, yeni siyasətçilər formasiyasına mənsub olan İlham Əliyev öz xalqının həqiqi lideridir, onun amallarını bilir və onlara şərik çıxır, xalq da Ona hədsiz etimad göstərir, insanlar ölkədə və öz həyatlarında baş verən müsbət dəyişiklikləri məhz Onun adı ilə bağlayır, öz gələcəyini məhz Ona etibar edirlər.
Materialın tam mətni ilə tanış olmaq üçün bu internet resursuna müraciət edə bilərsiniz: http://antifashist.com/stat/21120-azerbajdzhan-s-uverennostju-smotrit-v-zavtrashnij-den.html.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

