Serbiyanın Azərbaycandakı səfiri xocavəndli məcburi köçkünlərlə görüşüb
22.09.2013 [11:01]
Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olub.
AzərTAc xəbər verir ki, səfir əvvəlcə qəsəbədə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonra Xocavənd rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüş keçirilib.
Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonağa geniş məlumat verib, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açıb. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ müharibəsində Xocavənd rayonundan 145 nəfər şəhid olub, 300 nəfərdən çox sakin sağlamlığını itirib. Ermənistan silahlı qüvvələri nəinki Xocavənd rayonunu və Qarabağın dağlıq hissəsini, eləcə də ətraf rayonları işğal edib, azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilib. Təkcə Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı nəticəsində 118 sakin əsir götürülüb, 77 nəfər qətlə yetirilib, 800 nəfərə yaxın sakin məcburi köçkün düşüb.
Hazırda rayon əhalisi məcburi köçkün kimi ölkənin 36 rayonunda məskunlaşıb. Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır. O, təəssüflə bildirib ki, Ermənistan beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə əməl etmir.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Zoran Vayoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xeyli məlumatlı olduğunu deyib, bir diplomat kimi Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Səfir deyib ki, bugünkü səfərinin məqsədi Xocavənd rayonunun işğalının 21-ci ildönümü ərəfəsində xocavəndli məcburi köçkünlərlə görüşərək, onların həyat şəraiti ilə tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha geniş məlumat əldə etməkdir. “Serbiya və Azərbaycan oxşar talelər yaşayıb, hər iki dövlət separatçılıqla üzləşib. Serbiya Azərbaycanın ərazi bütövlüyü tanıyır. Yaxın vaxtlarda Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi Serbiya parlamentində müzakirəyə çıxarılacaqdır”, - deyə səfir bildirib.
Görüşdə səfirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb.
Qonaq milliyyətcə erməni olan Jenya Zeynalova (Yesayan) ilə də görüşüb söhbət edib. 75 yaşlı erməni qadın 1959-cu ildə azərbaycanlı Cavanşir Zeynalovla ailə qurduğunu, 4 övladı, 12 nəvəsi, 7 nəticəsi olduğunu, burada hamının ona hörmətlə yanaşdığını, övladlarına ev verildiyini bildirib.
Səfir sonra bir neçə şəhid ailəsinin mənzilinə baş çəkərək onların yaşayışı ilə maraqlanıb, Salakətin kənd orta məktəbində və rayon mərkəzi xəstəxanasında olub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

