“YAY!” Qalereyasında hüquq ədəbiyyatı təqdim edilib
22.09.2013 [11:02]
Sentyabrın 21-də “YAY!” Qalereyasında Azərbaycan Hüquqşünasları Konfederasiyasının və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə konfederasiyanın “Müasir hüquq ədəbiyyatının nəşri və tələbələr arasında pulsuz yayımı” layihəsi çərçivəsində nəşr olunmuş kitablar təqdim edilib.
AzərTAc xəbər verir ki, konfederasiyanın rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün konfederasiya “YARAT!” Müasir İncəsənət Məkanının rəssamları ilə birgə hüquqşünaslığı və incəsənəti birləşdirməyə nail olub. Artıq müəyyən vaxtdır ki, biz “YARAT!” Müasir İncəsənət Məkanının fəaliyyəti ilə yaxından tanışıq. Cəmiyyətimiz, o cümlədən gənclər onları daim dəstəkləyir. Lakin hüquqşünasların əsərləri əsasən mürəkkəb, əlçatmaz olur. Bizim bu cəhdimiz hüquqşünaslığı və incəsənəti birləşdirir.
Diqqətə çatdırılıb ki, nüfuzlu milli və beynəlxalq təşkilatların dəstəyi nəticəsində bu günədək konfederasiya tərəfindən yeddi hüquq ədəbiyyatı nəşr olunub. Müasir incəsənətin təbliğinə dəstək və onun gənclər arasında tanıdılması məqsədi ilə hüquq ədəbiyyatlarının cildində “YARAT!” Müasir İncəsənət Məkanının rəssamlarının əsərləri yer alıb ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir.
Nəşr olunmuş hüquq ədəbiyyatı Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru Vüqar Məmmədovun “Məhkəmə təbabəti”, Əkrəm Həsənovun “İş və xidmət müqavilələri: Mülki Məcəllənin kommentariyası”, Qafqaz Universitetinin hüquq kafedrasının müdiri Fərhad Mehdiyevin “Nəzəriyyə və təcrübədə insan hüquqları”, Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, hüquq üzrə fəlsəfə doktoru Etibar Əliyevin “Beynəlxalq iqtisadi hüquq” və “Beynəlxalq nəqliyyat hüququ”, Amil M.Məhərrəmovun “İqtisadi diplomatiya”, dosent Mübariz Yolçiyevin “Sığorta hüququnda sığortaçının varisliyə əsaslanan reqres hüququ (Türkiyə hüququ ilə müqayisəli olaraq)” kitablarıdır.
“YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova birgə ərsəyə gəlmiş layihədən çox şad olduğunu deyib. Bildirib ki, bu istiqamətdə əməkdaşlıq davam edəcək, birgə ideyalar həyata keçiriləcək. Diqqətə çatdırıb ki, “YARAT!” Azərbaycanın müasir incəsənətini ölkə daxilində və xaricində təbliğ edən qeyri-kommersiya təşkilatıdır. Fəaliyyət göstərdiyi iki il ərzində bir sıra nailiyyətlər əldə edib və müxtəlif təşkilatların, qurumların dəstəyini qazanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov “YARAT!”ın Azərbaycanın müasir incəsənətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Aida Mahmudovanın gördüyü işlər ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, rəssamın adını daşıdığı, görkəmli şərqşünas alim, ərəb ədəbiyyatının bilicisi Aida İmanquliyevanın gördükləri işlərin davamıdır.
Natiq Azərbaycan Hüquqşünasları Konfederasiyasının hüquq ədəbiyyatının nəşri kimi xeyirxah işlərini yüksək qiymətləndirib. Bildirib ki, təqdim olunmuş kitablarda gənc rəssamlar Aida Mahmudovanın, Rəşad Ələkbərovun, Orxan Hüseynovun, Fəxriyyə Məmmədovanın əsərlərinin reproduksiyaları diqqəti cəlb edir. Bu işlərin hamısında yeni, gözlənilməz bir baxış var. Bu kitabı oxuyanlar onun sonunda əsərlərlə tanış olacaq, gözləri dincələcək, gözəlliklə ünsiyyətdə olacaqlar. Kimsə bu qəbildən başqa əsərləri də görmək, kimsə bu sənətin mahiyyəti ilə daha yaxından tanış olmaq istəyəcək. Görülən işlərin hamısının kompleksində Azərbaycan mədəniyyətinə, incəsənətinin inkişafına böyük diqqət və qayğı var.
Rafael Hüseynov hər iki təşkilatın rəhbərlərinə təşəkkür edib, hüquq və incəsənəti birləşdirmək istiqamətində belə layihələrin gələcəkdə də davam etdirilməsini arzulayıb.
Təqdim olunan kitablar məşhur dünya və Azərbaycan alimlərinin rəyləri ilə çap olunub. Bütövlükdə 1000 nüsxə tirajla çap olunmuş hüquq ədəbiyyatı kitabları pulsuz yayılır.
Kitabların nəşrinə müxtəlif təşkilatlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Almaniyanın Fridrix Ebert Fondu, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu və digər qurumlar dəstək veriblər.
Hüquq ədəbiyyatlarının nəşrində Azərbaycan Hüquqşünasları Konfederasiyası Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ilə əməkdaşlıq edib.
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

