/ / “Bu xəstəliyin daşıyıcısı olan hər hansı bir şəxsin Prezident və Ali Baş Komandan olması yolverilməzdir”
“Bu xəstəliyin daşıyıcısı olan hər hansı bir şəxsin Prezident və Ali Baş Komandan olması yolverilməzdir”
24.09.2013 [09:28]
Cəmil Həsənovun III qrup əlil kimi ciddi əmək fəaliyyəti ilə məşğul ola bilməməsi məsələsinə həkim-mütəxəssislər tərəfindən aydınlıq gətirilib
“Milli şura” tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənovun III qrup əlil kimi ciddi əmək fəaliyyəti ilə məşğul ola bilməməsi məsələsinə həkim-mütəxəssislər tərəfindən aydınlıq gətirilib.
Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən brifinqdə həkim-ekspert Fəxrəddin Abbasov qeyd edib ki, hər bir insanın əmək fəaliyyəti onun sağlamlıq durumu ilə əlaqədardır. O vurğulayıb ki, III qrup əlillik dərəcəsi olan insan əmək qabiliyyətli olur, lakin öz peşə sahəsində həmin fəaliyyəti yerinə yetirə bilmir: “Həmin insan yüngülləşdirilmiş əmək qabiliyyətli olur və yalnız yüngülləşdirilmiş işdə işləməlidir”.
F.Abbasovun sözlərinə görə, C.Həsənovun gözündə yaranmış problem diabetik angiopatiya ilə əlaqədardır ki, bu da onun görmə qabiliyyətini zəiflədib və ona III qrup əlillik dərəcəsi verilib: “Diabetik angiopatiyanın yaxşılığa doğru getməsi mümkünsüzdür. Əksinə, həmin xəstəlik zaman keçdikcə ağırlaşmalara səbəb ola bilir. Bir sözlə, həmin xəstələrin səhhətində yaxşılaşmanın müşahidə olunması qeyri-mümkündür. O, yalnız yüngülləşdirilmiş əmək qabiliyyətli şəxs sayıla bilər”.
F.Abbasov əlavə edib ki, III qrup əlillik dərəcəsi olan şəxs birmənalı olaraq hərbi xidmətə yararsızdır və Ali Baş Komandan statusu alması mümkün deyil.
Oftalmoloq - həkim Qurban İsmayılov bildirib ki, III qrup əlillik dərəcəsi o şəxslərə verilir ki, onların gözünün birinin görmə itililiyi ya tam yoxdur, ya da 0,04-dən aşağıdır, görmə sahəsi isə 20 dərəcədən aşağıdır, yəni bu şəxslərin bir və ya hər iki gözü 1 metrlik görmə sahəsi ilə məhdudlaşıb. Q.İsmayılov vurğulayıb ki, bu insanlar görmənin aktiv iştirak etdiyi işlərdə çalışa bilməzlər.
Həkim-mütəxəssis Ceyhun Allahverdiyev isə bildirib ki, III qrup əlillik insanı öz peşə fəaliyyətinə yararsız edir, lakin aşağı ixtisas dərəcəsi ilə digər peşə sahələrində fəaliyyətini davam etdirə bilər: “O xəstəliyin daşıyıcısı olan hər hansı bir şəxsin Prezident və Ali Baş Komandan olması yolverilməzdir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

