Siyasətin maklerləri və ya makler siyasətçilər: ölkənin radikal müxalifətinin simasında
24.09.2013 [09:28]
Cəmiyyətin siyasi həyatında seçkilər qədim dövrlərdən etibarən aparıcı yer tutmağa başlayıb. İnsanlar uzun müddət özlərinə layiqli rəhbər, lider müəyyənləşdirməyin ədalətli formalarını axtararaq nəhayət, seçki kimi səmərəli forma tapmağa müyəssər olublar. Müasir demokratiyanın qərarlaşmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsini təmin edən idarə strukturları seçkilər nəticəsində meydana çıxır.
Heç kəsə sirr deyil ki, Azərbaycan bu gün, özünün ən mühüm siyasi dövrünü yaşayır. Belə ki, ölkə 9 oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlaşır və siyasi dairələrdəki fəaliyyət də bu seçkinin demokratik, şəffaf və qanun pozuntusuz keçirilməsinə köklənib. Lakin bütün göstərilən səylərə, əldə olunan uğurlara baxmayaraq, təəssüf doğuran məqam da mövcuddur. Bu təəssüf isə Azərbaycan müxalifətinin radikal qanadıdır.
Müxalif olmaq ayıb deyil, xalqa müxalif olmaq isə cinayətdir
Müxalifət ərəb sözü olub, ziddinə olmaq, pozmaq, əks fəaliyyət, müqavimət, öz baxışlarını və siyasətini digər baxışlara, siyasətə qarşı qoymaq, çoxluğun rəyinə və ya hakim fikrə zidd çıxan qrup, partiya deməkdir. Hələ qədim dövrlərdən müxalifət qruplar, birliklər yerli icmalara, hakim çoxluq və düşüncəyə qarşı çıxaraq, birincilik uğrunda mübarizə aparmış, müasir politoloji dillə desək, öz platformalarından çıxış edərək, əsas siyasi elita olmağa can atmışlar.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan vətəndaşı müxalifət düşərgəsinə boylanarkən orada nəinki hakim siyasi fəaliyyətə etiraz edən sima görür, əksinə, xalqa müxalif olmağı hədəf almış bir qrup işbazlarla rastlaşır. O işbazlar ki, 1990-cı ilin əvvəllərində ölkə iqtidarında təmsil olunaraq, vətəndaş müharibəsinə səbəb ola biləcək yarıtmaz siyasətlə məşğul olublar... o işbazlar ki, “otur-dur, dur-otur” əmri verməklə, xalqın hissiyatıyla oynayıblar... o işbazlar ki, öz şəxsi maraqları naminə müxtəlif ölkələrdə və müxtəlif zamanlarda Azərbaycan qadınının, qızının, gəlininin şərəf və ləyaqətini tapdalayan erməni separatçıları ilə əməkdaşlığa gediblər...
Bəli... utancla bildirməliyəm ki, ölkə müxalifətinin radikal qanadının “lider”ləri xalqa müxalif olmaqla, populist çıxışlarla gündəmi ələ almağa, heç məsuliyyət daşımadan şər və böhtan xarakterli ittihamlar səsləndirməklə, erməni lobbisinin quluna çevrilmiş havadarlarının yazdığı ssenari ilə siyasət səhnəsində yer almağa, söz sahibi olmağa çalışırlar. Lakin nə zaman o zamandır, nə də xalqımız onlara inanacaq qədər sadəlövh deyil. Özünütənqid və özünütərbiyə hissindən məhrum olan bu kəsim, asanlıqla öz nəfslərinin qurbanına çevrilir və bununla da Azərbaycanın siyasi həyatına ləkə olmaqdan başqa bir işə yaramırlar.
Siyasət maklerləri tarixin qaranlıqlarında yer tutur
Nə üçün makler? Məlum olduğu kimi, maklerlər öz niyyətlərinə çatmaq və daha çox mənfəət əldə etmək üçün ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə edirlər - yalandan andiçmə, el arasında istifadə olunan “sən öl, mən ölüm” kimi məişət jarqonları, pisi ən yaxşı qismində təqdim etmək məharəti və s. Lakin xalqdan məqsədə çatmaq üçün istifadə etmək - bu, artıq siyasətin çirkabında batmaq deməkdir.
Bizim yarıtmaz müxalifət düşərgəsi də, məhz xalqdan vasitə olaraq istifadə edərək öz amallarına varmaq istəyir. Sual yarana bilər ki, bu vasitələr hansılardır?! Buna görə, aşağıda kiçik bir araşdırmanı təqdim edirəm. Beləliklə, müxalifət düşərgəsinin radikal qanadı:
- 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərində Demokratik Konqres adlı bir qurum yaratdı. Bu qurum təxminən 2001-2003-cü ilə qədər fəaliyyət göstərdi. Əbülfəz Elçibəyin ölümündən sonra Əli Kərimli ilə İsa Qəmbər arasında gərginlik yaşandığı üçün 2000-ci ilin payızında, parlament seçkiləri dövründə parçalanaraq iki qanada bölündü - Demkonqres-1 və Demkonqres-2. Hazırda bu qurumu gördüm, eşitdim deyə bir söz bildirən yoxdur...
- 1997-ci ildə SİDSUH (Sekçi İslahatlari ve Demokratik Seçkilər Uğrunda Hərəkat) deyə bir təşkilat yaradıldı və yalnız 1999-cu ilə qədər adını qorumağa müvəffəq oldu...
- 1998-ci ildə İsa Qəmbərin təşəbbüsü ilə Demokratiya Uğrunda Böyük Birlik (DUBB) yaradıldı... Səbəb də Demkonqresdə Müsavatla müttəfiqlik edən AXCP-nin həmin qurumdan xəbərsiz AMİP-lə əməkdaşlıq sazişi bağlaması idi... Çünki Müsavat və müsavatçılar AXC-Müsavat cütlüyünün hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəbkarlarından biri kimi qiyamçı Surət Hüseynova açıq-aşkar dəstək verən AMİP-i, onun lideri Etibar Məmmədovu görür, bu səbəbdən də, həmin şəxsi qəbul, həzm edə və bağışlaya bilmirdilər... Eyni zamanda, Müsavat və müsavatçılar 1994-95-ci ildən artıq AXC(P)-də Elçibəyi, elçibəysevərləri, əsl cəbhəçiləri küncə sıxışdıraraq, üstünlüyü ələ alan mason tipli “Yurd” qrupunun, onun lideri Əli Kərimlinin daha çox AMİP-lə əməkdaşlıqda maraqlı olduğunu görərək, onların bu addımını xəyanət kimi qiymətləndirirdilər... AXCP, Əli Kərimli isə Müsavatın bu addımını cavabsız qoymaraq, DUBB-a qarşı - Demokratiya Uğrunda Hərəkatı (DUH) yaratdı və çox keçmədən də hər iki qurum tarixin qaranlıq səhifələrinin birində gözdən itdi...
- SİDSUH-u, DUBB-u, DUH-u bir-bir “yola salan” radikal müxalifət 2000-ci ilin parlament seçkilərindən sonra Birləşmiş Müxalifət Hərəkatı (BMH) çətiri altında toparlanmağa çəhd etdi. Amma 2000-ci ilin parlament seçkilərindən sonra aralarında yaranan dərin çatlar üzündən Əli Kərimli, AXCP tərəfdarları, eləcə də, Lalə Şövkət və ALP yeni yaranmış təşkilata üzv olmaqdan imtina etdi və BMH-nin də ömrü uzun çəkmədi ...
- Bir müddət sonra, yəni, 2002-ci ilin sonları, 2003-cü ilin əvvəllərində radikal müxalifət liderləri bir araya gəlsələr də, sonda yenə bir ola bilmədilər... İsa Qəmbər 2003-cü il prezident seçkilərində namizədliyinin dəstəklənməsi üçün “Bizim Azərbaycan” seçki blokunu yaratdı. Analoji hal burada da təkrarlandı. Nə Əli Kərimli, nə Etibar Məmmədov, nə də Lalə Şövkət İsa Qəmbərə dəstək verdilər, hər biri ayrılıqda seçkilərə getdilər, ancaq son anda Rəsul Quliyev və o zaman lideri olduğu ADP Müsavat başqanına dəstək verdi... Çox maraqlıdır ki, Rəsul Quliyev və ADP İsa Qəmbərə dəstəklə bağlı qərar qəbul etsə də, o zaman Qurban Məmmədov və tərəfdarları bu qərarın əleyhinə çıxaraq, Etibar Məmmədova dəstək nümayiş etdirdilər (həmçinin, Əli Kərimli də “üzü olmadığı” üçün İsa Qəmbərə yox, namizədliyindən geri çəkilərək sonda Etibar Məmmədova dəstək verdi) və nəticəsi də məlum...
- 2005-ci ilin parlament seçkilərində Eldar Namazov “YeS”-i, İsa Qəmbər, Əli Kərimli və Rəsul Quliyev triosu isə “Azadlıq” Seçki Blokunu yaratdılar. Laməkan Lalə Şövkət “YeS”dən ayrılaraq, bu dəfə məlum üçlüyə qoşuldu. Lakin 2005-ci il parlament seçkilərindən sonrakı ziddiyyətlər bu birlikdəliyi də tarixin arxivinə göndərdi...
- 2010-cu ildə AXCP-Müsavat Seçki Bloku yarandı və aqibəti də hamıya bəllidir... 2011-ci ildə isə Ziyalılar Forumu (?!) yaradıldı. Sanki burada ölkə ziyalıları, yəni, müxalifəti təmsil edən ağsaqqallar, akademiklər, professorlar bir araya gəlirdi. Kimliklərinə nəzər saldıqda isə, onların əslində hansı məqsədə qulluq etdiklərini anlamaq elə də çətin olmadı. Elə həmin il yaradılmış “İctimai Palata”nın da aqibəti hamıya yaxşı məlumdur...
- Bu il isə əvvəlcə “El”, ardıyca isə Demokratik Qüvvələrin “Milli şura”sı təsis edildi. Amma yenə də içi çürük çıxmış alma və ya sabun köpüyü effektini verdi...
Məncə, bu qədər ifşa yetər... Göründüyü kimi, son 10 ildə bu siyasi işbazlar “xalq bizimlədir, bizim dəstəkçimiz xalqımızdır” bəhanələri ilə 15-ə yaxın təşkilat yaradıb, lakin eyni məğlub aqibətlə qarşılaşıblar. Necə deyərlər - toplananların yerini dəyişməklə, cəm dəyişmir. Çox guman ki, sözünü etdiyimiz müxalifət düşərgəsi bu qızıl qaydadan xəbərsizdir.
Azərbaycan xalqı siyasi işbazlara YOX deyir
Artıq bir həftədən çoxdur ki, seçkilərin təbliğat-təşviqat kampaniyasına start verilib və namizədlər öz platformaları ilə seçicilərin görüşünə gedirlər. Lakin müxalifət hələ də yerində sayır və xalqın hüzuruna getmək əvəzinə, xalqı ayaqlarına gətirməyə çalışırlar. Onlar unudurlar ki, bu, fiaskodan başqa bir nəticə verməyəcək və həyata keçirdikləri yarıtmaz siyasət bumeranq kimi özlərinə geri qayıdacaq.
Xalqı vasitə olaraq görən və çirkin niyyətlərinə qurban edən bir düşərgə siyasi hakimiyyətdə təmsil olunmaq kimi şansa sahib olmamalıdır. Öz birliklərini qoruyub saxlamayanlar, yekdil mövgedən çıxış etməyənlər, mənəm-mənəmlik idiası ilə kreslo davası aparanlar Azərbaycan üçün ləkədən başqa bir şey deyil. Beləliklə, siyasi makler və işbazların cəmləşdiyi bir qurumun hökumətdə nə yeri var, nə də elektoratı.
Seçimini 1993-cü ildə edən müdrik xalqımız Qurtuluşdan başlanan yola ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etmək istəyir və Azərbaycanın parlaq gələcəyi naminə səslərini birmənalı şəkildə cənab Prezidentə verdiklərini bəyan edir. Qurtuluşdan quruculuğa, quruculuqdan intibaha, intibahdan müasir inkişafa səbəb olan bu seçim, hələ çox zəfərlərə, uğurlara qucaq açaçaq.
Aytac Əliyeva
YAP Gənclər Birliyinin
sədr müavini
Xəbər lenti
Hamısına baxGündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

