İncəsənət xadimlərinin seçimi cənab İlham Əliyevdir!
05.10.2013 [11:21]
“Son illər Azərbaycan musiqisi, muğamının dünyaya təbliğ olunması istiqamətində böyük işlər görülüb. Bütün bunlara Prezident İlham Əliyev və Onun xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində nail olunub. Odur ki, incəsənət xadimləri də qarşıdan gələn prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər”. Bu fikir Azərbaycan Musiqi Xadimləri İttifaqının ötən gün Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyi tədbirdə səsləndirilib. Tədbiri giriş sözü ilə açan respublikanın Xalq artisti, Azərbaycanın Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli qeyd edib ki, bütün seçicilər kimi, Azərbaycanın musiqi xadimləri də qarşıdan gələn prezident seçkilərində aktiv iştirak edərək, öz namizədlərinə səs verəcəklər. O, musiqi xadimlərinin də artıq öz seçimlərini etdiklərini və bu namizədin Azərbaycanı gələcək uğurlara aparacaq möhtərəm Prezident İlham Əliyev olacağını vurğulayıb. Sonra toplantıda ölkənin tanınmış incəsənət xadimləri çıxış ediblər. Çıxışlarda Azərbaycanın musiqi mədəniyyətinin, o cümlədən muğamın dünyaya təbliğ olunmasında, musiqi xadimlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev, eləcə də Onun xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub. Sonda toplantı iştirakçıları adından bəyanat qəbul olunub.
Bəyanatda deyilir: “Biz Azərbaycan Musiqi Xadimləri İttifaqının üzvləri, 9 oktyabr 2013-cü ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində keçirdiyimiz ümumi toplantıda səslənmiş çıxışları, görkəmli sənət xadimlərinin rəyini nəzərə alaraq, hesab edirik ki, bu vəzifəyə ən layiqli namizəd İlham Əliyevdir. Bu gün musiqi mədəniyyətimizin bütün dünyada tanıdılması və nüfuzunun yüksəlməsində, Azərbaycan musiqisinin bir tərəfdən milli ənənələr, digər tərəfdən, dünya musiqisi təcrübəsinin nailiyyətlərindən bəhrələnərək inkişaf etməsi və bugünkü səviyyəyə çatmasında İlham Əliyev cənablarının müstəsna rolu olmuşdur. Onun Prezident olduğu müddətdə apardığı siyasət, musiqimizə və sənət xadimlərinə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyanın mühüm mədəni mərkəzlərindən birinə çevrilmişdir. Bütün bunları nəzərə alaraq, biz, toplantı iştirakçıları 9 oktyabr 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyik və bütün xalqımızı da Ona səs verməyə çağırırıq”.
Əlibaba Məmmədov (Xalq artisti): “Prezident İlham Əliyev son on ildə Azərbaycanı elə bir inkişaf mərhələsinə çatdırıb ki, sözsüz ki, bu inkişafın davamı da gəlməlidir. Odur ki, düşünürəm ki, qarşıdakı seçkilərdə bütün xalqımız bu inkişafı dəstəkləyəcək. Əminəm ki, bu gün Prezident İlham Əliyevin alternativi yoxdur”.
Xuraman Qasımova (Xalq artisti): “Prezident seçkiləri ölkənin taleyində mühüm siyasi hadisədir. Odur ki, biz musiqiçilər də, cəmiyyətin nüfuzlu təbəqəsi kimi bu prosesdə aktiv iştirak etməli, düzgün seçimimizlə xalqa nümunə olmalıyıq. Hesab edirəm ki, hər bir musiqiçi artıq namizədini müəyyən edib. Sözsüz ki, bu, Prezident İlham Əliyevdir. Çünki məhz Onun Prezidentliyi dövründə Azərbaycan musiqisi, incəsənətimiz dünyada daha geniş təbliğ olunmağa başladı. Ölkəmiz sürətlə inkişaf etməyə başladı. Bu inkişafı görməmək mümkün deyil. Odur ki, mən, eləcə də, bacım, respublikanın Xalq artisti Fidan Qasımova qarşıdan gələn seçkilərdə İlham Əliyevə səs verəcəyik”.
Şəfiqə Eyvazova (Xalq artisti): “Azərbaycan musiqisi, milli mədəniyyətimiz indiki kimi heç zaman dövlət tərəfindən qayğı və dəstəklə əhatə olmamışdır. Biz Sovet dövrünün adamları yaxşı xatırlayırıq ki, o illərdə milli musiqi alətlərimiz - tar və kamança, eləcə də milli musiqimizin şah damarı olan muğamlarımıza məhdudiyyətlər qoyulmuşdu, az qala efirlər də yasaq olmuşdu. Məhz cənab İlham Əliyevin, eləcə də Onun xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qayğı və dəstəyi sayəsində bu gün Azərbaycan musiqisi və muğamı dünyada layiqincə təbliğ olunmaqdadır. Odur ki, biz musiqiçilər də dövlətin bizə göstərdiyi bu dəstək və qayğıya öz münasibətimizi bildirməli, Prezident İlham Əliyevi növbəti dəfə dövlət başçısı seçməliyik”.
Ramiz Quliyev (Xalq artisti): “Cəmiyyətin aktiv nümayəndələri olan biz -mədəniyyət xadimləri xalqa düzgün yol göstərməliyik, səhv etməyə ixtiyarımız yoxdur. Düşünürəm ki, dünyanın heç bir yerində Prezident İlham Əliyev yaşda olan bir dövlət başçısı öz ölkəsi üçün bu qədər iş görməyib, ölkəsini bu qədər inkişaf etdirə bilməyib. Məhz Onun hakimiyyəti illərində Azərbaycan musiqisi dünyanı belə fəth edə bildi, musiqi xadimlərimiz dövlətin qayğısı ilə əhatə olundu. Bu gün Qəbələ Beynəlxalq musiqi festivalı, Beynəlxalq muğam festivalı, eləcə də, il ərzində keçirilən neçə-neçə beynəlxalq musiqi festivalları artıq dünya musiqiçilərinin və musiqisevərlərin təqvim planlarında yer alır. Hesab edirəm ki, bu, çox böyük bir nailiyyətdir və biz bunu daha da inkişaf etdirməliyik. Düşünürəm ki, hər bir musiqi xadiminin qarşıdakı prezident seçkilərində seçimi bir olmalıdır - bu inkişafı dəstəkləyən, onu gələcək uğurlara aparacaq İlham Əliyev olmalıdır”.
Aleksey Miltıx (Əməkdar artist): “Bu gün Prezident İlham Əliyevin səyləri nəticəsində ölkədə tolerantlıq hökm sürür. Digər xalqların nümayəndələrinə qarşı heç bir ayrı-seçkilik yoxdur. Əksinə, etnik qrupların nümayəndələrinə respublikada çox hörmətlə yanaşılır, onların dini etiqadlarına hörmət olunur. Məhz İlham Əliyevin rəhbərliyi dövründə respublikada neçə-neçə kilsə, senaqoq və digər dini məbədlər tikilərək istifadəyə verilib. Digər millətlərin nümayəndələri Azərbaycanda özlərini rahat hiss edirlər- istər vəzifəyə təyin olunması olsun, istər fərxi adlar və digər dövlət mükafatlarının verilməsi məsələsi olsun, - heç bir fərq görmürük. Odur ki, qarşıdakı prezident seçkilərində bizim seçimimiz İlham Əliyev olacaqdır”.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

