Səbail rayonunda Beynəlxalq Müəllim Günü qeyd olunub
05.10.2013 [11:23]
Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Müəllim Günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə ənənəvi toplantı keçirilib.
Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib və qeyd edib ki, ölkə başçısının Sərəncamı ilə son 3 ildə Beynəlxalq Müəllim Günü ərəfəsində rayonun orta təhsil müəssisələrinin müəllimlərindən 7 nəfər “Tərəqqi” medalına layiq görülüb, 6 nəfərə “Əməkdar müəllim” adı verilib.
Bildirilib ki, yay aylarında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planına əsasən 7 saylı və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin akt və idman zalı əsaslı təmir olunub. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunublar. Həmçinin, Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılıb.
20-ci yaşayış sahəsində yerləşən “Turac” uşaq bağçasında möhkəmləndirmə işləri aparılıb, hazırda əsaslı təmir davam etdirilir.
Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və sentyabrın 26-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə burada açılış mərasimi keçirilib.
Qeyd olunub ki, məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü büruzə verir.
Səbail rayonunun 6 saylı orta məktəbi və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfə 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin, rayonun 6 nəfər müəllimi isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olublar. 2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülüb. Keçən tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirib, onlardan 927 nəfəri tələbə adını qazanıb.
Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirib, əmin edib ki, qarşıdan gələn Prezident seçkilərində Səbail təhsil işçiləri yekdilliklə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

