Daşkəsən rayonunun Quşçu kəndinə yeni içməli su xətti çəkilib
05.10.2013 [11:24]
Yaponiya hökumətinin qrantı hesabına 8,4 kilometr məsafədən çəkilmiş, ümumi layihə dəyəri 120 min ABŞ dolları olan yeni su xəttinin açılış mərasimi olub
Daşkəsən rayonunun Quşçu kəndində Yaponiya hökumətinin qrantı hesabına 8,4 kilometr məsafədən çəkilmiş, ümumi layihə dəyəri 120 min ABŞ dolları olan yeni su xəttinin açılış mərasimi olub. Layihənin həyata keçirilməsi nəticəsində kənddə tutumu 50 ton olan su anbarı tikilib və kəndin müxtəlif yerlərində 4 bulaq inşa edilib. Açılış mərasimində Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabey, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində gündən-günə inkişaf edən Yaponiya və Azərbaycan arasında yaradılan xoş işgüzar əlaqələrdən, xalqlarımız arasında dostluq-qardaşlıq münasibətlərindən danışan natiqlər Azərbaycanın ucqar dağ kəndlərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq və razılıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi vasitəsilə ölkəmizdə müxtəlif sosialyönümlü layihələr həyata keçirilir, Azərbaycan-Yaponiya dostluğu və əlaqələri günü-gündən daha da möhkəmlənir. Bu layihələr ölkəmizin müxtəlif kəndlərinin içməli su ilə təchizatına, səhiyyə və təhsil sahəsində çalışan vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına müəyyən mənada dəstək verir. Bu layihə 2200 nəfərdən artıq kənd sakininin həyatına müsbət təsirini göstərəcək. Belə layihələr insanların sosial-iqtisadi həyatına müsbət təsir etməklə yanaşı, ölkələr və insanlar arasında əlaqələrin daha da genişlənməsi ilə nəticələnir: “Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı olaraq, Yaponiya səfirliyi ilə möhkəm dostluq və işgüzar əlaqələrin günbəgün möhkəmləndirilməsinə ümid edirəm. İnanıram ki, uğurla başa çatmış bu layihə kənd sakinləri tərəfindən müsbət qarşılanaraq minnətdarlıqla qəbul edilmişdir. Su həyatdır, aydınlıqdır, sağlam yaşamaq deməkdir”.
Açılışda Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabey çıxış edərək deyib ki, Daşkəsənə ilk dəfədir səfər edir: “Buranın gözəl təbiəti, füsunkar gözəlliyi vardır. 10 ildə Yaponiya hökuməti Azərbaycanda 170-ə yaxın bu cür layihələr həyata keçirmişdir. Su əlbəttə, gözəllikdir, sağlamlıqdır, lakin həm də su qorxuludur. Yaponiyada 2 il bundan əvvəl sunaminin yaratdığı problemləri, baş vermiş insan fəlakətlərini xatırlatmaq istərdim. Gərək belə qorxulu fəlakətlərin qarşısı vaxtında alınsın. Yeri gəlmişkən, minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti bizim ölkə rəhbərinə və xalqımıza başsağlığı verdi. Azərbaycan dost ölkə kimi Yaponiya xalqına bu ağır günündə maddi yardım göstərdi”.
Quşçu kənd sakinləri adından Firudin Həsənov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Gəncə bölgəsi üzrə axundu Hacı Tahir və digərləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Yaponiya hökumətinə rayon sakinlərinə göstərilən diqqət və qayğıya görə hörmət və ehtiramlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

