Azərbaycan-Belarus əlaqələri strateji səviyyəyə yüksəlib
30.10.2025 [11:30]
Hökumətlərarası Komissiyanın 15-ci iclasındaəməkdaşlığın yeni istiqamətləri müəyyənləşib
Oktyabrın 28-də Azərbaycan və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İclasda Azərbaycan tərəfindən Baş nazirin müavini, komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini, komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edib. Tərəflər Azərbaycan və Belarus arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıblar ki, ikitərəfli münasibətlər qarşılıqlı etimad, səmimi siyasi dialoq əsasında inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlətlərarası əlaqələrin ildən-ilə möhkəmlənməsi iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməklə birgə layihələrin gerçəkləşdirilməsində özünü əks etdirir.
Komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib, 2024-2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər qeyd edilib. Natalya Petkeviç bildirib ki, Gəncə Avtomobil Zavodunda Belarus tərəfi ilə birlikdə kənd təsərrüfatı və xüsusi təyinatlı texnikanın yığılması sənaye sahəsində uğurlu layihələrdən biridir. Bununla yanaşı, Belarusla lift istehsalı və təchizatı sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycanda “Moqilyovliftmaş” ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir, 2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur.
Ticarət dövriyyəsi ötən il 500 milyon dollara yaxınlaşıb
S.Şərifov bildirib ki, Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir, tərəflərin birgə işgüzar dialoqunun və təşəbbüskarlığının genişlənməsi sayəsində əmtəə dövriyyələri artır. Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 500 milyon dollara yaxınlaşıb, cari ilin ilk rübündə isə dövriyyə 101 milyon dolları ötüb. Azərbaycanın Belarusa ixracı 82 faiz artaraq 17 milyon dollara çatıb. Bu o deməkdir ki, respublikamız bu ölkənin bazarında qeyri-neft ixracatçısı kimi mövqeyini möhkəmləndirir. Mal mübadiləsinin böyüməsində Belarusda Azərbaycan fəaliyyət göstərən Ticarət Evi də əhəmiyyətli rol oynayır. Ticarət Evi Azərbaycan istehsalı olan spirtli içkilərin, o cümlədən şərabların təşviqində fəal iştirak edir, eyni zamanda, digər yeyinti mallarının ixracının stimullaşmasına çalışır.
Bütün bunlara baxmayaraq, tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər və əmtəə dövriyyəsinin artırılması üçün potensialın daha böyük olduğu qənaətindədirlər.
Postsovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyoru olan Belarus iqtisadi dövriyyəni artırmaq üçün öz imkanlarını səfərbər edəcəyini bəyan edir. Ticarət Sənaye Palatasının sədri Mixail Myatlikovun sözlərinə görə, Azərbaycan Belarusun ticarət tərəfdaşları sırasında 11-ci pillədən 7-yə yüksəlib. Ölkəmizə əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edən Belarus bu bazarın mal çeşidlərini artırmaq üçün partyor şirkətlərlə intensiv müzakirələr davam etdiriləcək. Eyni zamanda, Belarusa neft-kimya məhsulları, spirtli içkilər, fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçaları ixrac edən Azərbaycan dövriyyənin artırılması istiqamətində ticari təşviqləri gücləndirmək niyyətindədir.
Birgə biznes layihələri icra olunacaq
İki ölkənin biznes icması arasında da birgə layihələr icra etmək üçün yaxşı imkanlar mövcuddur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, sahibkarlar arasında birbaşa əlaqələri genişləndirmək üçün dəstəkləyici addımlar atılması nəzərdə tutulur. Hazırda Belarusda Azərbaycan kapitalı ilə 156 şirkət fəaliyyət göstərir ki, onlar da ölkənin müxtəlif regionlarında istehsal sahələri yaradıblar. Həmin şirkətlərin ticarət zəncirinin artırılmasında fəallığının artırılması prioritetlərdən biridir. Həmçinin, belaruslu iş adamları da Azərbaycanda istehsal və emal müəssisələri qurmaq niyyətindədirlər. “Beltamojservis” şirkətinin logistika ofisinin direktoru Marina Belousova bildirib ki, ölkəsi əsasən aqrar məhsullar istehsal edir və bu baxımdan kənd təsərrüfatı sahəsində daha sıx əməkdaşlıq əlaqələri qurmaq və qarşılıqlı sərmayənin həcmini artırmaq mümkündür. Azərbaycanda xarici sərmayə üçün münbit imkanların mövcudluğunu qeyd edən Belarusun Universal Əmtəə Birjasının sədri Aleksandr Osmolovski isə ikitərəfli biznes dialoqlarının şaxələnməsi üçün ölkəsinin müxtəlif stimullaşdırıcı alətlərdən istifadə edəcəyini vurğulayıb.
Yeni iqtisadi ünvan azad edilmiş ərazilərdir
Belarus Azərbaycanın azad edilmiş ərazilərində də investisiya layihələri icra etmək niyyətindədir. Hazırda birgə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə aqroşəhər layihəsi üzərində işlər davam edir. Layihə üzrə Baş plan təsdiqlənib və aqrar-istehsalat klasterinin yaradılması üzrə işçi qrupu formalaşdırılıb. Eyni zamanda, farmasevtika sahəsində Belarus texnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman və vaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətində müzakirələrin yekunlaşma mərhələsində olduğu bildirilib. Belarusun sənaye şirkətləri Qarabağ və Şərqi Zəngəzurda təmsil olunmaq maraqlarını gizlətmir, eləcə də zəngin mineral ehtiyatlara və torpaq resurslarına malik bu bölgədə aqrar layihələrin icrasında iştirak etmək istəyir.
MDB regionunda kənd təsərrüfatı texnikasının istehsalı, maşın və avadanlıqların tədarükü sahəsində liderlərdən biri olan Belarus azad ərazilərdə ağır sənaye texnikalarının istehsalı şəbəkəsi qurmaq üçün hökumətə müraciət edib. Eləcə də heyvandarlığın inkişafı ilə bağlı belaruslu iş adamlarının təklifləri dəyərləndirilir. Cins mal-qara üzrə MDB-nin lideri olan Belarusun heyvandarlıq müəssisələri yaratması bu bölgə üçün xüsusi önəm daşıya bilər. Bu, həmin bölgədə və Azərbaycanda süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün də xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə dərin töhfə verə bilər. Eləcə də Belarus təcrübəsi üzrə Qarabağda aqroşəhərciklərin salınması böyük bir iş yerləri, məşğulluq proqramlarının gerçəkləşməsi deməkdir.
Ümumiyyətlə, Belarus Respublikasının Azərbaycanla iqtisadi bağlantılarında yeni səhifə açmaq üçün təklif və planları olduqca geniş və çoxşaxəlidir. Biznes-forumda aparılan müzakirələr zamanı gələcək əlaqələrin yeni xəritəsinin cızılması, habelə razılaşdırılmış yeni sazişlər nəzərdə tutulan hədəflərə çatmağa imkan verəcək.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın 15-ci iclasında Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb. Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb. Tərəflər münasibətlərin qarşılıqlı fayda və dəstək prinsipləri əsasında ardıcıl olaraq genişləndirilməsini bəyan ediblər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

