/ / Təbii ehtiyatlarla zəngin olan Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkələrdən biridir
Təbii ehtiyatlarla zəngin olan Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkələrdən biridir
09.10.2013 [14:36]
“Moody’s”: Azərbaycanın kredit qabiliyyəti dövlət borcunun aşağı səviyyədə olmasına, davamlı fiskal profisitə və xalis kredit mövqeyinin möhkəmlənməsinə əsaslanır
Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindəndir. Bu isə ölkədə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını azaltmaq və tədricən aradan qaldırmaq, iqtisadiyyatın diversifikasiyasına nail olmaq, qeyri-neft sektorunu inkişaf etdirmək nəticəsində mümkün olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib. İqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan, xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olub. Xüsusilə, qeyri-neft sektoru üzrə ixracın dinamik artımı ölkədə liberal biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini göstərir.
Respublikanın ixrac potensialının möhkəmləndirilməsində məqsəd davamlı inkişafın təmin edilməsi və makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Hökumət həyata keçirdiyi tədbirlərlə həm də iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dəstək verməyə, rəqabətqabiliyyətli mal, məhsul və xidmətlərin region və dünya bazarlarına ixracına yardımçı olmağa çalışır.
Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə car ilin müvafiq dövründə 13,5 faiz artıb. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.
Qeyri-neft sektorunun inkişafı bu sahənin investorlar üçün cəlbediciliyini də artırır. Son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı da genişlənib. Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Qeyd etmək lazımdır ki, 2013-cü ilin birinci yarısında ölkə iqtisadiyyatına 4,8 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 8,1 faiz çox xarici investisiyalar yönəldilib. İnvestisiyaların 18,7 faizi iqtisadiyyata maliyyə kreditləri, 51,9 faizi birbaşa, 29,4 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub. Birbaşa investisiyaların həcmi 2,5 milyard dollar təşkil edib, onun 2,1 milyard dolları iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib. Bu dövrdə ölkə rezidentlərinə 889,9 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, onlardan 9,3 faizi dövlət təminatlı kreditlərdən ibarət olub.
Əlavə edək ki, Azərbaycanın ümumi iqtisadi inkişaf göstəricilərini yaxşılaşdırmaq və uzunmüddətli planda makroiqtisadi sabitliyi təmin etmək strategiyasına uyğun olaraq ölkədə dayanıqlı, sabit inkişaf edən bank sektoru formalaşdırılıb. Mərkəzi Bankın həyata keçirdiyi sərt və kifayət qədər ehtiyatlı, ümumi makroiqtisadi sabitliyə, infliasiyasının aşağı səviyyədə saxlanılmasına və maliyyə bazarının dayanıqlılığına yönəlmiş pul-kredit siyasəti sayəsində Azərbaycanda bank sistemi 2008-2010-cu illərin qlobal maliyyə böhranı dövründə fəaliyyət qabiliyyətini qoruyub saxlayıb. Həmin dövrdə Azərbaycanda banklar müəyyən vəsait qıtlığı ilə üzləşsələr də, respublikamızda digər xarici ölkələrdə olduğu kimi, iri bankların müflis olması və ciddi bank böhranının baş verməsi müşahidə olunmadı. Əlverişli makroiqtisadi dinamika, bank sektorunun dayanıqlığı beynəlxalq reytinq agentliklərinin Azərbaycan bankları ilə bağlı proqnozlarının yaxşılaşdırılmasına şərait yaradıb.
Hazırda iqtisadi təhlükəsizlik üçün zəmanəti təmin edən strateji valyuta ehtiyatları Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb. Azərbaycanın strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula (ÜDM) nisbəti ilin ikinci rübündə dəyişməyib və 70 faizə yaxınlaşır. 2013-cü ilin birinci rübünün yekunlarına görə, ölkənin strateji valyuta ehtiyatları 48 milyard ABŞ dollarına (Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarının cəmi) çatıb. Azərbaycanın strateji valyuta ehtiyatları hazırda xarici dövlət borcunu 10 dəfə üstələyir. Başqa sözlə, ölkənin strateji valyuta ehtiyatları 3 illik idxalın və xidmətlərin maliyyələşdirilməsinə kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında ən yaxşı göstəricilərdən biridir.
Xatırladaq ki, dünya praktikasına görə, ölkənin strateji valyuta ehtiyatlarının həcmi ən azı 3 aylıq idxala bərabər olmalıdır. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 24-30 faizini təşkil edir. Neftlə zəngin olan ərəb ölkələrində isə bu rəqəm təxminən 45 faizə bərabərdir. Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə dünyada ilk 15 dövlət sırasındadır. Azərbaycanın güclü maliyyə-valyuta ehtiyatlarına malik olması ölkənin davamlı inkişafı üçün uzunmüddətli təminat yaradır. Demək ölkəmiz hazırda valyuta rezervlərinin real artımı və həcminə görə, dünyada ən yaxşı göstəriciyə malikdir. Güclü maliyyə-valyuta rezervləri ölkənin davamlı inkişafı üçün uzunmüddətli zəmanətdir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir.
Təsadüfi deyil ki, ölkəmizdə həyata keçirilən iqtisadi, sosial islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. Xüsusilə, “Standard & Poor’s”, “Fitch” və “Moody’s” agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bundan əlavə, Davos Dünya İqtisadi Forumu 4 il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edib. Təbii ki, Forumun cari ilin aprelində Bakıda baş tutması da deyilənlərin bariz sübutudur. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə, Azərbaycan iqtisadiyyatı 46-cı yerdə qərarlaşıb.
Cari ilin mayında “Fitch Ratings” beynəlxalq reytinq agentliyi yerli və xarici valyutalarda emitent defoltu reytinqini (RDE) təsdiqləyib. Belə ki, agentlik Azərbaycan üçün uzunmüddətli reytinqi sabit proqnozla “BBB-” səviyyəsində, qısamüddətli reytinqi F3 səviyyəsində, ölkə reytinqinin yuxarı həddini isə “BBB-” səviyyəsində təsdiq edib.
Yeri gəlmişkən, “Moody’s” agentliyi tərəfindən bu yaxınlarda dərc edilən “Azərbaycanın kredit qabiliyyəti dövlət borcunun aşağı səviyyədə olmasına, davamlı fiskal profisitə və xalis kredit mövqeyinin möhkəmlənməsinə əsaslanır” adlı hesabatı da bu baxımdan olduqca qənaətbəxşdir. Hesabatda göstərilir ki, Azərbaycana xarici və yerli valyuta şəklində istiqrazlar üzrə BAA3 reytinqi verilməsi, Azərbaycanın inkişafının 3 meyarını əks etdirir: dövlət borcunun aşağı səviyyədə olmasını, davamlı fiskal profisitə və ölkənin bir neçə il ərzində topladığı böyük məbləğdə xarici aktivlər sayəsində xalis kredit mövqeyinin möhkəmlənməsini.
Reytinq agentliyi yazır ki, təbii ehtiyatlarla zəngin olan Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycan hökuməti neft kontraktlarından əldə edilən maliyyə mənfəətini fiskal profisit yaranmasına və infrastrukturun inkişafına investisiyalara yönəldib, bununla da neft sektorunun müsbət effektlərini bütün iqtisadiyyata şamil edib, yoxsulluq səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb. Hesabatda deyilir: “Bu güclü mövqelər ölkə iqtisadiyyatına daxili və xarici iqtisadi zərbələrdən qorumağa kömək edəcəkdir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

