/ / Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru Klod Monike: Azərbaycanda seçkilər yüksək şəffaflıq şəraitində və beynəlxalq standartlar əsasında keçirilib
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru Klod Monike: Azərbaycanda seçkilər yüksək şəffaflıq şəraitində və beynəlxalq standartlar əsasında keçirilib
11.10.2013 [10:08]
Oktyabrın 10-da “Hyatt Recensy” hotelində Beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrlə bağlı yekun mətbuat konfransı keçirib.
AzərTAc xəbər verir ki, mətbuat konfransında çıxış edən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Klod Monike ölkəmizdə keçirilən prezident seçkilərini qurumun 9 nəfərlik nümayəndə heyətinin izlədiyini bildirib. Diqqətə çatdırıb ki, ESİSC Azərbaycanda keçirilən prezident seçkilərində müstəqil müşahidə missiyasını yerinə yetirib.
Klod Monike deyib ki, oktyabrın 9-da nümayəndə heyətinin üzvləri gün ərzində Bakı, Sumqayıt şəhərlərində və digər ərazilərdə yerləşən 200 seçki məntəqəsində müşahidə aparıblar. Günün sonunda isə 11 məntəqədə səslərin hesablanması prosesini izləyiblər. Eyni zamanda ESİSC-in nümayəndə heyəti Bakıda və Sumqayıtda əlillər üçün mobil səsvermə məntəqələrində, cəzaçəkmə müəssisəsində və hərbi hissədə təşkil edilmiş seçki məntəqələrində olublar.
Müşahidə qrupunun rəhbəri vurğulayıb ki, həbsxanalarda seçkiləri keçirmək təhlükəsizlik nöqteyi-nəzərindən çətindir. Ona görə də ESİSC nümayəndələri həbsxanalarda məhkumların tam məxfiliklərinin qorunması şərti ilə seçki hüquqlarının təmin olunmasını yüksək qiymətləndirirlər.
Klod Monike bildirib ki, nümayəndələr baş çəkdikləri bütün məntəqələrdə, eləcə də əlillər üçün təşkil edilmiş mobil seçki məntəqələrində həm seçki komissiyası, həm də milli müşahidəçi missiyaları tərkibində qadınların fəal iştirakını müşahidə ediblər. Eyni zamanda, vətəndaşların seçki məcəlləsinə olan hörmətinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və müstəqil vətəndaşların seçkilərdə müşahidəçi qismində fəal iştirakının və seçicilər arasında qadınların və gənclərin üstünlük təşkil etməsinin şahidi olublar.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru bildirib ki, səslərin hesablanması zamanı da nümayəndələr qanuna ciddi şəkildə riayət edilməsini və yerli müşahidəçilərin fəallıqlarını müşahidə ediblər. ESİSC nümayəndə heyəti bütün bunları nəzərə alaraq Azərbaycanda seçkilərin şəffaflıq şəraitində və beynəlxalq standartlara uyğun olaraq keçdiyini təsdiqləyib. Azərbaycan hələ də keçid və stabilləşdirmə dövründə olmasına baxmayaraq azad, ədalətli və şəffaf seçki qaydalarını tam təmin edib.
K.Monike daha sonra deyib: “Seçkilərdən sonra səslərin sayılması prosesində də beynəlxalq müşahidəçilərin iştirakının və orada beynəlxalq qaydaların, standartların qorunduğunun şahidi olduq. Beynəlxalq müşahidəçilərə qarşı rəsmilərin, xüsusilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin açıq mövqe göstərməsi bizi tam qane etmişdir. Onların bu münasibəti xüsusilə Bakıda seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilərin işlərini asanlaşdırmışdır”.
Klod Monike vurğulayıb ki, ümumilikdə oktyabrın 9-da seçki məntəqələrində apardıqları müşahidələrə və əldə etdikləri nəticələrə əsasən Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun və tam şəffaf həyata keçirildiyini demək mümkündür.
Seçkilərdə medianın rolunu da yüksək qiymətləndirən Klod Monike deyib ki, KİV-lər bu prosesdə mütəşəkkilliklə iştirak edib.
Müşahidə missiyasının rəhbəri qeyd edib ki, tərəfimizdən Azərbaycanda keçirilən seçkilərlə bağlı yekun bəyanat hazırlanıb. Bəyanatda nümayəndə heyətinin müşahidələri və əldə etdi nəticələr öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

